Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-121/2023 09.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, X3, X9, X8, X4 və İddiaçı3 Əbülfəz oğlunun cavabdehlər Cavabdeh2, Göyçay rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, X3, X9, X8, X4, İddiaçı1 Əbülfəz oğlu və İddiaçı3 Əbülfəz oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 3.55 ha torpaq sahəsi ilə bağlı X10 ilə Cavabdeh2 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 25 may 2006-cı il tarixli (4Ə-517 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsinin, JN-247, kod 40804068 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətdə olan və Göyçay rayon Mallı-Şıxlı kəndində yerləşən 3.55 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarış etibarsız hesab edilməsi və Göyçay rayon Mallı-Şıxlı kəndində yerləşən 3.55 ha torpaq sahəsindən Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçılar iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 08 dekabr 1997-ci il tarixli, 07 saylı qərarı ilə torpağa mülkiyyət hüququ JN-247, kod 40804068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 3.55 ha torpaq sahəsi onların mülkiyyətindədir. 2022-ci ilin fevral ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsinə rəsmi müraciət edərək, ümumi birgə mülkiyyətdə olan Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 3.55 ha torpaq sahəsinə dair çıxarış verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsinin 01 mart 2022-ci il tarixli imtina məktubundan sonra məlum olmuşdur ki, Göyçay rayon DNK tərəfindən 25 may 2006-cı il tarixdə 4Ə-517 reyestrlə təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 3.55 ha torpaq sahəsi Cavabdeh2 satılmışdır. Hesab edirlər ki, həmin alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olmaqla yanaşı, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış, qanunsuz və saxtadır. Belə ki, JN-247, kod 40804068 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətdə olan və Göyçay rayon Mallı-Şıxlı kəndində yerləşən 3.55 ha torpaq sahəsinin satılması barədə həqiqi iradə ifadələri olmamış, Göyçay rayon DNK tərəfindən 25 may 2006-cı il tarixdə 4Ə-517 reyestrlə təsdiqlənmiş alqı-satqı müqaviləsi onlar tərəfindən imzalanmamışdır. Halbuki, ümumi əmlak üzərində sərəncam verilməsi yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı ilə həyata keçirilə bilərdi. Buna görə də hesab edir ki, Göyçay rayon DNK tərəfindən 25 may 2006-cı il tarixdə 4Ə-517 reyestrlə təsdiqlənmiş, Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 3.55 ha torpaq sahəsi ilə bağlı X10 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək göstərmişdir ki, xx.xx.2005-ci il tarixdə notariat kontoruna ünvanlanmış ərizədəki imzalar o və digər iddiaçılar tərəfində imzalanmamış, alqı-satqı müqaviləsindən xəbərləri olmamışdır. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə digər iddiaçılara qanunvericilikdə nəzərdə tutulmuş qaydadqa məlumat verilmiş, lakin iddiaçılar məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə digər iddiaçıların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-247, kod 40804068 saylı Dövlət Aktının surətindən görünür ki, Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 3.55 ha torpaq sahəsi X11, X12, X3, X9, X8, X4, İddiaçı1 Əbülfəz oğlu və İddiaçı3 Əbülfəz oğlunun mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş X11, X12, X3, X9, X8, X4, İddiaçı1 Əbülfəz oğlu və İddiaçı3 Əbülfəz oğlu tərəfindən Göyçay rayon Dövlət Notariat Kontoruna ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizədən görünür ki, Dövlət Torpaq komitəsinin 08 dekabr 1997-ci il tarixli JN-247 nömrəli dövlət aktına əsasən onlara məxsus Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 3.55 ha torpaq sahəsinin satılmasına etiraz etməmişlər. Qeyd: Ərizə, ərizəçilər tərəfindən imzalanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 rayonu Mallı-Şıxlı kəndində yerləşən 3.55 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Məhkəməyə təqdim edilmiş Seriya MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 3.55 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyəti kimi xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 3.5523 ha torpaq sahəsinin AZNAR QSC-yə satmışdır. Məhkəməyə təqdim edilmiş məhkəmə-xəttşunaslıq ekspertizasının 4/337 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Ekpspertizaya təqdim olunmuş, İddiaçı1, İddiaçı2, İddiaçı3, X5, İddiaçı5, X2 və Abdullayevə Əntiqə Vəli qızının adlarından Cavabdeh1na ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizədə “İmzalar:” bölməsində “2.” rəqəminin qarşısındaki imza - X12 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, İddiaçı1, İddiaçı2, İddiaçı3, X5, İddiaçı5, X2 və X21 qızının adlarından Cavabdeh1na ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizədə “İmzalar:” bölməsində “3.” rəqəminin qarşısındaki imza - X6 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, İddiaçı1, İddiaçı2, İddiaçı3, X5, İddiaçı5, X2 və X21 qızının adlarından Göyçay Rayon Notariat Kontoruna ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizədə “İmzalar:” bölməsində “4.” rəqəminin qarşısındaki imza - X9 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, İddiaçı1, İddiaçı2, İddiaçı3, X5, İddiaçı5, X2 və X7 adlarından Cavabdeh1na ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizədə “İmzalar:” bölməsində “5.” rəqəminin qarşısındaki imza - Şıxaliyeva (Abdullayevə) Dilşad Əbülfəz qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, İddiaçı1, İddiaçı2, İddiaçı3, X5, İddiaçı5, X2 və X7 adlarından Cavabdeh1na ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizədə “İmzalar:” bölməsində “6.” rəqəminin qarşısındaki imza - İddiaçı5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, İddiaçı1, İddiaçı2, İddiaçı3, X5, İddiaçı5, X2 və X7 adlarından Cavabdeh1na ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizədə “İmzalar:” bölməsində “7.” rəqəminin qarşısındaki imza - İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, İddiaçı1, İddiaçı2, İddiaçı3, X5, İddiaçı5, X2 və X7 adlarından Cavabdeh1na ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizədə İddiaçı3 adından imza olmadığından təqdidat işi aparılmadı. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.7-ci maddsinə əsasən ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenumum qərarında şərh edilmişdir ki, Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nigahda olan ərarvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçılar İddiaçı1, X3, X9, X8, X4, İddiaçı1 Əbülfəz oğlu və İddiaçı3 Əbülfəz oğlu “torpağa mülkiyyət hüququna dair JN-247, kod 40804068 saylı Dövlət Aktına əsasən mülkiyyətlərində olan Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 3.55 ha torpaq sahəsini mərhum ataları X11 tərəfindən xx.xx.2006-cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılarkən onların razılıqı alınmadığını iddia edirlər. Buna görə də həmin alqı-satqı müqaviləsinin, eləcə də alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh2 mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılmasını xahiş edirlər. Məhkəmə tərəfindən verilmiş sorğular əsasında müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətində olan Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 3.55 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl iddiaçılar tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin alqı-satqısına dair notariat kontoruna xx.xx.2005-ci il tarixdə ərizə verilmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçılar tərəfindən onların adından notariat kontoruna ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizədəki imzalar mübahisələndirildiyindən, məhkəmə tərəfindən məhkəmə xəttşunaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə xəttşunaslıq ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2005-ci il tarixli ərizədəki imzalar iddiaçılar tərəfindən icra edilmişdir. Göründüyü kimi iddiaçılar tərəfindən mübahisələndirilən hal, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla və ekspert rəyi ilə öz təsdiqini tapmamışdır. Eləcə də məhkəmə baxışı zamanı İddiaçı1 tərəfindən iddianın əsaslı olduğuna dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, İş üzrə ekspertiza xərci olan 127 manat məhkəmə xərci İddiaçı1 tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçılar İddiaçı1, X3, X9, X8, X4, İddiaçı1 Əbülfəz oğlu və İddiaçı3 Əbülfəz oğlunun cavabdehlər Cavabdeh2, Göyçay rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçılar İddiaçı1, X3, X9, X8, X4, İddiaçı1 Əbülfəz oğlu və İddiaçı3 Əbülfəz oğlunun cavabdehlər Cavabdeh2, Göyçay rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 127 manat məbləğində pul cavabdeh İddiaçı1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-121/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-121/2023
09.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver