Məhkəmə qərarları › İş №2(046)-1231/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1231/2022

16.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1231/2022 16.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, Cavabdeh2 qarşı miras qalmış əmlakın qəbul edilməsinin müəyyən edilməsi və vəsiyyət üzrə miras əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 miras qalmış JN-023 F, kod 40808068 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Göyçay rayonu, Kürdəmiş kəndində yerləşən 0.18 ha torpaq sahəsinin (miras əmlakın kütləsinə aid hissəsinin) 0.6 ha hissəsinin onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və vərəsəlik hüququmun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixdə X8 ilə ailə qurmuş, X3na məxsus Göyçay rayon Cəyirli kəndində yerləşən 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə gəlin köçmüş və birgə təsərrüfatı idarə etmişlər. Cehiz əmlaklarımı həmin evə aparmış və hal-hazırda həmin evdə yaşayır. Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə X6 və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həyətyanı məqsədi ilə 0.18 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququ JN-023 F, kod 40808068 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X3 xx.xx.2019-cu il tarixdə xəstəliyi nəticəsində ölmüşdür. İddia ərizəsinə əlavə etdiyim Göyçay rayon İcra Hakimiyyəti Bşcısınm Cəyirli kəndi İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 09 dekabr 2021 -ci il tarixli arayışa əsasən X1 yaşadığı müddətdə öhdəsində aşağıda adları göstərilən ailə üzvləri olmuşdur. Arvadı - İddiaçı, qızı - Cavabdeh1, oğlu - Cavabdeh2. X1 ölümündən sonra miras qalmış Göyçay rayonu Kürdəmiş kəndində yerləşən 0.18 ha torpaq sahəsinin mirasın kütləsinə aid hissəsinə yiyələnmiş və miras əmlakı faktiki surətdə idarə etməyə başlamışdır. Hesab edir ki, qeyd edilən xüsusatlar X1 ölümündən sonra miras qalmış JN-023 F, kod 40808068 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Göyçay rayonu Kürdəmiş kəndində yerləşən 0.18 ha torpaq sahəsinin mirasın kütləsinə aid hissəsinin tərəfindən qəbul edilməsi kimi qiymətləndirilməlidir. Cavabdeh1 ərə getmiş, daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Digər cavabdeh isə Cavabdeh2 Bakı şəhərində yaşayır. Bu səbəbdən cavabdehlər miras qalmış əmlakı nə faktiki, nədəki rəsmi qəbul etməmişlər. Göründüyü kimi X5 ölümündən sonra miras qalmış Göyçay rayonu Kürdəmiş kəndində yerləşən 0.18 ha torpaq sahəsinin mirasın kütləsinə aid hissəsi onun tərəfindən qəbul edilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Göyçay Notariat Ofisinə müraciət etsə də, bununla bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Göyçay Notariat Ofisinə müraciət etməkdən və gəlməkdən imtina etmişdir. Bu səbəbdən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 miras qalmış torpaq sahəsinə dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası X4 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsinə etiraz etmir İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə və digər Cavabdeh2 məhkəmə baxışının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və cavabdeh üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X14 görünür ki, İddiaçı ilə X8 xx.xx.2008-ci il tarixdə nikah bağlamışlar. E-məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh1 xx.xx.1990-cı il tarixdə və Cavabdeh2 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. X2r. Məhkəməyə təqdim edilmiş Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN 023F saylı Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Göyçay rayonu Kürdəmiş kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi X5, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat Ofisi tərəfindən İddiaçı Əlapaşa qızına xx.xx.2021-ci il taridə verilmiş imtina məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair miras şəriyi Cavabdeh2 ilə aralarında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduğu üçün vərəslik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay RİHB-nın Göyçay rayon Cəyirli kənd İƏD üzrə Nümayəndəliyi təfərindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X8 yaşadığı müddətdə öhdəsində aşağıda adları göstərilən ailə üzvləri olmuşdur: arvadı - İddiaçı, uşaqları Cavabdeh2 və Cavabdeh1. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi mirasın altı ay ərzində qəbul edilməsini nəzərdə tutur. Deməli, mirası qəbul etmək üçün qanunla altı aylıq müddət müəyyənləşdirilir. Bu o deməkdir ki, vərəsə altı aylıq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməsə, onda o həmin hüququ itirir. Belə ki, mirasın qəbul edilməsi müddətinin ötürülməsi (buraxılması) vərəsə üçün vərəsəlik hüququnun itirilməsinə səbəb olur. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki məcəllənin 1291 -ci maddəsinə əsasən Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bu baxımdan mən hazır ki, tələblə məhkəməyə müraciyət etmək məcburiyyətində qalmışam. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-maddəsinə görə : Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Fləmin məcəllənin 1243.2-ci maddəsinə görə : Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunan məcəllənin 1243.3-cü maddəsinə görə : Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Yenə həmin məcəllənin 1255-ci maddəsinə əsasən Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri- formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə - vərəsənin mirasın açıldığı yerin notariat orqanına mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşulür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: məsələn, vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və sair hallar. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə - vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o, hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və sair hallar aiddir. Eyni zamanda miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən verilən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və sair. Lakin, yuxarıda qeyd olunduğu kimi, mirasın qəbuluna istər rəsmi, istərsə də faktiki yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə X8 xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar, İddiaçı miras qoyan X6 məxsus Göyçay rayon Kürdəmiş kəndində yerləşən 0.18 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahlarından uşaqları anadan olmamışdır. X5 digər nikahından isə xx.xx.1990-cı il tarixdə Cavabdeh1 və xx.xx.1991-ci il tarixdə Cavabdeh2 anadan olmuşdur. X8 xx.xx.2019-cu il tarixdə vəfat edəndən dərhal sonra miras qalmış əmlakı İddiaçı faktiki olaraq qəbul etmiş, orada yaşamağa başlamış, torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş, torpaq sahəsinin yararlı halda qalması üçün zəruri işləri görmüş, kommunal və sair xərcləri mütəmadi şəkildə ödəmişdir. Birinci növbə vərəsələrdən Cavabdeh1 İzzətəalı qızı məhkəməyə ərizə təqdim edərək xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası X4 qalmış bütün miras əmlakdan onlara çatası payı qəbul etmədiyini, , miras əmlakı faktiki idarə etməyə başlamadığını, mirasın bu hissəsindən imtinanın bütövlükdə mirasdan imtina etdiklərini bildirmişdir. Digər birinci növbə vərəsə olan Cavabdeh2 həmin fərdi yaşayış evini qanunla müəyyən edilmiş müddət ərzində nə faktiki qəbul etməmiş, nə də müvafiq ərizə ilə notariat ofisinə müraciət etməmişdir. İddiaçı bu günədək həmin torpaq sahəsində yaşamaqla, miras əmlakı faktiki olaraq qəbul etmişdir, öz mülkiyyəti kimi həmin əmlaka yiyəlik və sahiblik edir. Məhkəmə iddia tələbi ilə bağlı yekun olaraq qeyd edir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakı miras açıldığı vaxt arvadı İddiaçı qəbul etdiyi üçün, iddia təmin edilməli, İddiaçı əri - X3ndan miras qalmış JN-023 F, kod 40808068 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Göyçay rayonu, Kürdəmiş kəndində yerləşən 0.18 ha torpaq sahəsinin (miras əmlakın kütləsinə aid hissəsinin) 0.6 ha hissəsinə vərəsəlik hüququ tanınmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı əri - X3ndan JN-023 F, kod 40808068 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Göyçay rayonu, Kürdəmiş kəndində yerləşən 0.18 ha torpaq sahəsinin (miras əmlakın kütləsinə aid hissəsinin) 0.6 ha hissəsinə qanun üzrə vərəsəlik hüququ tanınmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X3ndan miras qalmış JN-023 F, kod 40808068 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Göyçay rayonu, Kürdəmiş kəndində yerləşən 0.18 ha torpaq sahəsinin (miras əmlakın kütləsinə aid hissəsinin) 0.6 ha hissəsinə qanun üzrə vərəsəlik hüququ tanınsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İ.B.Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar