Məhkəmə qərarları › İş №2(046)-1232/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1232/2021

08.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1232/2021 08.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 08 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, N.Nərimanov adına Tibb İnstitutu tərəfindən 108319 nömrəli diplomun və 3044/884 nömrəli fərdi yaşayış evinə aid texniki pasportun ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin həcminin azaldılması barədə ərizə verərək göstərmişdir ki, xx xxxxxxxx 1950-ci ildə Göyçay şəhərində anadan olmuşdur. 12 sentiyabr 1950-ci il tarixli, 276 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamədə ona aid məlumatlar qrafasında soyadı, adı və ata adı “Ərizəçi” kimi qeyd olunmuşdur. Göyçay rayonunda orta məktəbi bitirdikdən sonra, 1968-ci ildə N.Nərmanov adına Tibb İnstitutuna daxil olmuş, 28 iyun 1974-cü ildə həmin İnstitun “Həkim” ixtisasını bitirmişdir.Yaş həddi ilə bağlı əmək pensiyası təyin edilərkən, təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi üçün Maraqlı şəxsnə müraciət edərkən məlum olmuşdur ki, N.Nərmanov adma Tibb İnstitutu tərəfindən verilmiş 108319 nömrəli diplomda soyadı “Vətənxa” əvəzinə “Vətənxah” kimi qeyd edilmişdir. Təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd etmək istəyir ki, əvvəlki sovet pasportlarında və əvvəlki şəxsiyyət vəsiqəsi müvafiq qurumdan aldığı vaxt səhvən familiyası Vətənxa əvəzinə Vətənxah yazılmışdır. Buna görə də, bütün sənədləri Vətənxah kimi olmuşdur. N.Nərmanov adına Tibb İnstitutun tərtib etdiyi diplomda soyadının “Vətənxah” deyil, “Vətənxa” olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyim üçün, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf ƏƏSMN yanında Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı tərəfin nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə maraqlı tərəFin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş N.Nərimanov adına Tibb İnstitutu tərəfində verilmiş 108319 nömrəli diplomdan görünür ki, X1 həmin universitetin həkim ixtisasını bitirmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi adına N.Nərimanov adına Tibb İnstitutu tərəfində verilmiş 108319 nömrəli diplomun ona məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. N.Nərimanov adına Tibb İnstitutu tərəfində verilmiş 108319 nömrəli diplomun Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar