Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1241/2023 19.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında işə baxaraq, müəyyən etdi: İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi, Teymur Əhmədov adına "xxxx" QSC-nin mülkiyyətində olan Göyçay şəhəri Qızılağac kəndində yerləşən 1,57 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-in nümayəndəsi Nümayəndə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatəti Göyçay Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərardadı ilə təmin edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Ekspert rəyi daxil olduqdan sonra Göyçay Rayon Məhkəməsinin 04 oktyabr 2023cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və məhkəmə hazırlıq iclası 19 oktyabr 2023-cü il saat 11.30-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dəqiq koordinatlarının müəyyən edilməsini və naturada tanıdılmasını,buna görə də hazırki iddia ərizəsinin baxılmasına zərurətin qalmamasını bildirib,iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasın xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İşə əlavə edilmiş sənədlərdən görünür ki,məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan və 100 manat ekspertiza xərcindən ibarətdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı iddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, ödənilmiş dövlət rüsumu qaytarılmalı,100 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nə qaytarılsın. İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-dən 100 manat ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilsin. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1241/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1241/2023
19.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver