Məhkəmə qərarları › İş №2(046)-125/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-125/2021

01.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-125/2021 01.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə ərizə ilə müraciət edərək cavabdehlə barışıb ailə münasibətlərini bərpa etdiklərinə görə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar