Məhkəmə qərarları › İş №2(046)-1257/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1257/2021

01.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1257/2021 01.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 25.12.1986-cı il tarixdə Göyçay rayon Bığır kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 104 saylı doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi ərizəsini müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, xx.xx.1986cı il tarixdə Göyçay rayon Bığır kəndində anadan olmuş, atası X7 17.08.1957-ci il tarixdə, anası X8 01.07.1959-cu il tarixdə anadan olmuşlar. Bığır kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Respublikasının Beynəlxalq Universitetinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətdə olmuşdur. Hal-hazırda Göyçay rayon Bığır kəndində yaşayır və işləyir. Doğum haqqında şəhadətnaməmi itirdiyindən, təkrarən almaq üçün Maraqlı şəxsnə müraciət edərkən, məlum olmuşdur ki, 104 saylı doğum haqqında akt qeydinin uşaq bəndində 2-ci qrafada adı “Bəhruz” kimi, ata qrafasında ata adı “X9”, ana qrafasında isə ana adı “X4” kimi qeyd edilmişdir. Adı 104 saylı doğum haqqında akt qeydinin uşaq bəndində 2-ci qrafada adım “Nicat” əvəzinə “Bəhruz” kimi qeyd edildiyindən Maraqlı şəxs doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Özünə aid olan bütün sənədlərdə (dövlət aktında, Hərbi biletində, tələbə biletində, Diplomunda və xarici pasportunda) adı Nicat kimi qeyd edilmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və maraqlı tərəfi dinləyib, toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, ərizəçinin valideyinlərin X9 19.09.1957-ci il tarixdə və X4 01.07.1959-cu il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Nikah haqqında şəhadətnamədən görünür ki, X9 il X4 nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Doğum Haqqında akt qeydindən görünür ki, X6 xx.xx.1986-cı il tarixdə Göyçay rayonunun Bığır kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 25.12.1986-cı il tarixdə 104 nömrə ilə qeyd edilmişdir. X1 19.09.1957-ci il tarixdə anadan olmuşdur, anası X4 01.07.1959-cu il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş BB-İ 021652 saylı Diplomdan görünür ki, Ərizəçi 2012ci il tarixdə Odlar Yurdu Universitetinin Stomologiya fakultəsini bitirmişdir. Məhkəməyə təqdim edilmiş PS 20174453 saylı Azərbaycan Respublikası Pasportundan görünür ki, Daxili İşlər Nazirliyi tərəfindən Ərizəçi 11.04.2006-cı il tarixdə xarici pasport verilmişdir. Məhkəməyə təqdim edilmiş Əsas Təhsil Haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Göyçay rayonu Bığır kənd 2 saylı tam orta məktəbi bitirmişdir. Məhkəməyə təqdim edilmiş AZE ******** saylı Şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi Göyçay rayonu Bığır kəndində anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Bığır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06.05.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Göyçay rayonu Bığır kəndində yaşayır. Maraqlı şəxs tərəfindən verilmiş 27.04.2021-ci il tarixli məktubdan görünür ki, 25.12.1986-cı il tarixdə Göyçay rayon Bığır kənd icra nümayəndələyi tərəfindən tərtib edilmiş 104 saylı doğum haqqında akt qeydinin uşaq bəndində 2-ci qrafada Ərizəçi adı Bəhruz qeyd edilməsinə baxmayaraq təqdim edilmiş şəxsiyyət vəsiqəsində Nicat kimi göstərilmişdir. Ərizəçi Bəhruz oğlunun adına açılmış doğum aktı qeydində ata qrafasında ata adı X9 (doğum tarixi19.09.1957-ci il), ana adı isə X4 (doğum tarixi 01.07.1959-cu il). Sənədlər arasında ziddiyətlər olduğu üçün doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X20 tərəfindən verilmiş 24.06.2021-ci il tarixli 226 nömrəli arxiv arayışdan görünür ki, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Bığır kəndi üzrə nümayəndəsinin Bığır kəndinə aid 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabın 1062-ci təsərrüfatında X9 ailə başçısı olmaqla öhdəsində 0.06 ha həyətyanı torpaq sahəsi və aşağıdakı ailə üzvlərinin olması Göstərilmişdir: arvadı- X4, oğlu-X3 və oğlu- X5. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçiyə məxsus sənədlərdə adı Nicat kimi, lakin doğum haqqında akt qeydində adının Bəhruz kimi kimi göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Müvafiq İcra Hakimiyyəti orqanı ilə aidiyyati şəxslər arasında mübahisə olduqda, qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi doğum haqqında akt qeydində düzəliş edilməsi barədə ərizəsi qanuni olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X2 adına tərtib edilmiş 25.12.1986-cı il tarixli 104 saylı doğum haqqında akt qeydində Ərizəçi İntiqam oğlunun adına düzəliş edilməsi üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar