Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1257/2025 02.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, X23 ilə Ərizəçi nənə-nəvə olması (qohumluq münasibətləri) faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar-islahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə X19, X6, X15, X11, Ərizəçi və X12 0.12 ha hayatyanı torpaq sahəsi verilmişdir. X16, X4, X14, X8, X7 və X9 torpağa mülkiyyət hüququ JN-013A, KOD 40814038-saylı "torpağın mülkiyyətə verilməsinə dair" Şahadətnamə ilə rəsmiləşdirilmişdir. Göyçay rayonu İkinci Ərəbcəbirli kəndində yerleşən 0.12 ha torpaq sahəsinin 0,02 hissəsinin mülkiyyətçisi X1 anası X23 olmuşdur. X13 xx.xx.2010-cu il tarixdə, X23 isə xx.xx.2013-cü il tarixdə vefat etmişdir. X16 ölümündən sonra onun (nəvəsi) vərəsəsi kimi ondan miras qalmış Göyçay rayonu İkinci Ərəcəbirli kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0,02 hissəsini o faktiki olaraq qəbul edərək idarə edir. X1 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə həmin dövrə aid "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 qeyd edilən doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də Ərizəçi ilə X5n qohumluq əlaqəsini təsdiq edən sənəd olmadığından miras qalmış Göyçay rayonu İkinci Ərəbcəbirli kəndində yərləşən 0.12 ha torpaq sahəsinin 0,02 hissəsinə vərəsəlik hüququ haqqında şahadətnamə almaq üçün Göyçay rayon Notariat Kontoruna müraciət edilməmişdir. Çünki vərəsəlik hüququ haqqında şahadətnamə almaq üçün qohumluq əlaqəsini təsdiq edən sənəd zəruridir. X23 ilə nənə-nəvə olması (qohumluq) faktını ərizəyə əlavə etdiyi sənədlər təsdiq edə bilər. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X17 göstərdi ki, Ərizəçi onun xalası nəvəsidir. Mərhum X3 olmuşdur. Sonuncun anası isə X23 idi. Zəhra Əzizova yeganə övladı Fəxrəddin olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X28 göstərdi ki, Ərizəçi onun bacısı oğludur. X5 tanıyırdı. Sonuncun yeganə Fəxrəddin adında uşağı var idi. Fəxrəddin Ərizəçi atasıdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Yazılı sübut qismində işə əlavə edilmiş Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Ərəbcəbirli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 66 saylı arayışından görünür ki, mərhum X2 Zəhra Dadaş qızının oğludur. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-176/2025 məktubuna əsasən X4 doğum haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Məhkəməyə müraciət edilməyi tövsiyə olunmuşdur. AZ-T № 090269 saylı “Doğum haqqında Şəhadətnamənin” surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə doğulmuşdur. X3, anası X18r. AZ-İ № 395302 saylı “Ölüm haqqında Şəhadətnamənin” surətindən görünür ki, X13 xx.xx.2010-cu il tarixdə ölmüşdür. AZ-İ № 658336 saylı “Ölüm haqqında Şəhadətnamənin” surətindən görünür ki, X23 xx.xx.2013-cü il tarixdə ölmüşdür. ********** saylı qəbzdən görünür ki, məhkəməyə ərizənin verilməsi üçün Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.1-ci maddəsinə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmə qaydasında baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X23 xx.xx.1986-cı ildə anadan olmuş Ərizəçi nənəsi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə xərcləri Ərizəçi aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2013-cü il tarixdə vəfat etmiş X23 xx.xx.1986-cı ildə anadan olmuş Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-1257/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1257/2025
02.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver