Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1269/2021 25.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi (əri) Nümayəndə iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində 25 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə müraciət edərək, Göyçay rayonu Bığır kəndində yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-0069 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının ümumi-birgə mülkiyyətçilər sırasında 3-ci nömrədə X1 adına yazılmış qeydin Ərizəçi1 və 2-cü nömrədə X2 adına yazılmış qeydin Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi1 ərizəsini müdafiə edərək göstərmişdir ki,Göyçay rayon Aqrar İslahat Komissiyasının 15.12.1998-ci il tarixli 45 saylı qərarı ilə ona və ailə anası Ərizəçi2 Torpağın Mülkiyyətə Verilməsinə dair JN-0069 saylı dövlət aktına əsasən ümumilikdə 1.17 ha kənd təsərrüfatı məhsulların istehsalı üçün torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət olunmuşdur .Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə təqdim etdiyimiz sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 15.12.1998-ci il tarixli 45 saylı qərarı ilə onlara verilən JN-0069 nömrəli dövlət aktında səhvən Ərizəçi1 əvəzinə “X5” və Ərizəçi2 əvəzinə “X6”, kimi qeyd olunmuşdur. Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi JN-0069 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktın” da adda olan səhvlərinin dəyişdirilməsi və bütün sənədlər eyni şəxsə, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olduğu halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən torpaq sahəsinə çıxarış verilməsindən imtina edilmişdir. Buna görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X3 surətindən görünür ki, Ərizəçi1 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Atası Nümayəndə, anası Ərizəçi2dır. Məhkəməyə təqdim edilmiş X4 surətindən görünür ki, ərizəçilər Nümayəndə ilə Ərizəçi2 07.03.2011-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktının surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 15.12.1998-ci il tarixli qərarı ilə Göyçay rayonu Bığır kəndində yerləşən 1.17 ha torpaq sahəsi X1 və X2 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 04.05.2021-ci il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-0045 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi1 əvəzinə “X5” və Ərizəçi2 əvəzinə “X6”, kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsi təmin edilməli, Göyçay rayon Aqrar İslahat Komissiyasının 15.12.1998-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonu Bığır kəndində yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-0069 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının ümumi-birgə mülkiyyətçilər sırasında X1 adına yazılmış qeydin Ərizəçi1 və X2 adına yazılmış qeydin Ərizəçi2 məxsus olması faktının müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 adına verilmiş JN-0069 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0069 saylı Dövlət Aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1269/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1269/2021
25.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver