Məhkəmə qərarları › İş №2(046)-127/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-127/2023

31.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-127/2023 31.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Məlikova(Babayeva) Sumayə Rafiq qızının iştirakı ilə, «miras payının tanınması» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X20 və X10 qarşı və Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs: Göyçay rayon notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək mərhum X5ndan miras qalmış, Göyçay rayonunun Qarabağlar kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində **********61-10301 nömrə ilə qeydə alınmış ümumi sahəsi 168.9 kvm olan miras evdə və cavabdehlərlə ümumi-bırgə mülkiyyətində olan 0,30 ha torpaq sahəsinin miras hissəsində miras payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 1972-ci il tarixdə X14 ilə Cavabdeh1 nikahından anadan olmuşdur. X5 01 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Ondan başqa başqa valideynlərinin Cavabdeh2, Şəfiyeva(Babayeva) Durna Rafiq qızı, Məlikova(Babayeva) Sumayə Rafiq qızı və Cavabdeh5 vardır. Mərhum atasından Göyçay rayonunun Qarabağlar kəndində fərdi yaşayış evi, cavabdehlərlə ümumi-birgə mülkiyyətində olan 0,30 ha həyətyanı torpaq sahəsinin (torpağın mülkiyyətə verilməsinə dair JN-184 A saylı şəhadətnamə) və Göyçay rayonunun Mirzəhüseynli kəndində cavabdehlərlə ümumi-birgə mülkiyyətində olan 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin(torpağa mülkiyyət hüququna dair JN-656 saylı dövlət aktı) 1/6 hissəsi miras qalmışdır. Mərhum atasının vəfatından sonra ondan qalan mirası Göyçay rayon notariat ofisinə 30 dekabr 2021-ci il tarixdə poçt vasitəsi ilə ərizə göndərməklə (ərizəsi notarius xəbərnaməyə imza etməklə 30 dekabr 2021-ci il tarixdə qəbul etmişdir) qəbul etmişdir. Digər qanun üzrə birinci növbə vərəsələrlə miras əmlakın bölüşdürülməsinə dair ixtilaf olduğu üçün miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir.Buna görə də iddianın təmin edilməsini xahiş edir. İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı onun oğludur. X14 isə əridir. X14 01 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra ona məxsus miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. İddiaçı həmin miras qalmış evdə və torpaq sahəsində yaşamamış, mirası qəbul etməmişdir. Hazırda mərhum ərindən miras qalmış əmlakıonunla bərabər digər oğlu Cavabdeh5 idarə edir. Cavabdeh Şəfiyeva(Babayeva) Durna Rafiq qızı iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı onun qardaşıdır. X14 isə atasıdır. X14 01 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ona məxsus miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. İddiaçı həmin miras qalmış evdə və torpaq sahəsində yaşamamış, mirası qəbul etməmişdir. Atasından miras qalmış əmlakda anası Cavabdeh1 və qarşı qardaşı Cavabdeh5 yaşayır. Cavabdeh X15 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı onun qardaşıdır. X14 isə atasıdır. X14 01 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ona məxsus miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. İddiaçı həmin miras qalmış evdə və torpaq sahəsində yaşamamış, mirası qəbul etməmişdir. Atasından miras qalmış əmlakda anası Cavabdeh1 və qarşı qardaşı Cavabdeh5 yaşayır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh5 və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh2 və Cavabdeh5 və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: X19 görünür ki, X14 ilə Cavabdeh1 xx xxxx 1972-ci il tarixdə nikah bağlamışlar. X11 görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Cavabdeh2 xx.xx.1971-ci il tarixdə, Cavabdeh5 xx.xx.1977-ci il tarixdə, X20 xx.xx.1974-cü il tarixdə və X15 xx.xx.1975-ci il tarixdə anadan olmuşlar. X3, anaları Cavabdeh1dır. X9 görünür ki, X2 Zamin Müzəffər oğlu ilə xx.xx.2006-cı il tarixdə, X4 Bahadur Həmzə oğlu ilə xx.xx.2011-ci il tarixdə və Cavabdeh2 X24 ilə xx.xx.1971-ci il tarixdə nikah bağlamışlar. X25 görünür ki, X14 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X7 adına aşağıdakı daşınmaz əmlakiar aşkar edilmişdir. Göyçay rayonu, Qarabağlar kəndində keçmiş DTİMHQİ-nin xx.xx.1988-ci il tarixli, 137 saylı qeydiyyat vəsiqəsinə və 352 inventar nömrəli texniki pasporta əsasən X7 adına fərdi yaşayış evi vardır, (elektron məlumat bazasında və arxiv sənədlərində vətəndaşın təvəllüdü barədə məlumat yoxdur) Göyçay rayonu, Qarabağlar kəndində 2006-cı il tarixli, JN-184A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X7 ümumibirgə mülkiyyətində (5 nəfər) 0.30 ha həyətyanı torpaq sahəsi vardır, (elektron məlumat bazasında və arxiv sənədlərində vətəndaşın təvəllüdü barədə məlumat yoxdur) Göyçay rayonu, Mirzəhüseynli kəndində xx.xx.1998-ci il tarixli, JN-656 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına X7 ümumibirgə mülkiyyətində (5 nəfər) 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Əlavə olaraq bildiririk ki, JN-656 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən xx.xx.2016-cı il ^arixli, 27/2028 nömrəli məhdudiyyət və yüklülüklər haqqında arayış (forma-1) verilmişdir. Lakin, verilmiş forma-1 əsasında hər hansı bir əqdin bağlanıbbağlanmaması barədə Ərazi idarəsində məlumat yoxdur. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Qarabağlar kəndində yerləşən 168.9 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7, həmin fərdi yaşayış evinin yerləşdiyi 0.30 ha torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrə X14, Cavabdeh1, Cavabdeh5, X20 və X8 adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göyçay rayon Notariat ofisinə təqdim edilmiş ərizədən görünür ki, İddiaçı Notariat ofisinə rəsmi şəkildə ərizə təqdim edərək xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 qalmış fərdi yaşayış evi və torpaq sahəsi haqqında ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Göyçay rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 403 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Göyçay rayonu Qarabağlar kəndində yerləşən yaşayış evinə və torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Mülki Məcəllənin 1291-ci maddəsinə istinad edilməklə bildirilmişdir ki, miras şəriki olan Cavabdeh1, Cavabdeh2, X21, X17 və Cavabdeh5 ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün Göyçay rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri- formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə - vərəsənin mirasın açıldığı yerin notariat orqanına mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşulür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: məsələn, vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və sair hallar. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə - vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o, hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və sair hallar aiddir. Eyni zamanda miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən verilən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və sair. Lakin, yuxarıda qeyd olunduğu kimi, mirasın qəbuluna istər rəsmi, istərsə də faktiki yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, miras qoyan X14 ilə Cavabdeh1 12 sentyabr 1969-cu il tarixdə nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından 04 mart 1971-ci il tarixdə Cavabdeh2, xx xxxx 1972-ci il tarixdə İddiaçı, 09 iyun 1974-cü il tarixdə X21, 01 noyabr 1975-ci il tarixdə X17, 13 avqust 1977-ci il tarixdə Cavabdeh5 doğulmuşdur. Cavabdeh2 24 sentyabr 1971-ci il tarixdə X24 ilə, X17 01 mart 2006-cı il tarixdə X13 ilə, X21 03 noyabr 2011-ci il tarixdə X16 ilə nikah qeyd etdirməklə ailə qurmuş və ayrı təsərrüfatda yaşamağa başlamışlar. X14 01 oktyabr 2021-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh5 miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, orada yaşamağa başlamış, fərdi yaşayış evindən təyinatı üzrə istifadə etmiş, fərdi yaşayış evinin yaşayış üçün yararlı halda qalması üçün zəruri işləri görmüşlər. Qanun üzrə birinci növbə vərəsə olan İddiaçı Notariat ofisinə 30 dekabr 2021-ci il tarixdə rəsmi şəkildə ərizə göndərərək 01 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X5ndan qalmış mirası qəbul etdiyini bildirmişdir. Digər qanun üzrə birinci növbə vərəsə olan Cavabdeh2, X15 və X20 həmin fərdi yaşayış evini qanunla müəyyən edilmiş müddət ərzində nə faktiki qəbul etməmiş, nə də müvafiq ərizə ilə notariat ofisinə müraciət etməmişlər. İddiaçı Notariat ofisinə ərizə verməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 bu günədək miras evdə yaşamaqla, miras əmlakı faktiki olaraq qəbul etmiş, öz mülkiyyəti kimi həmin əmlaka sahiblik edirlər. İşə əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, miras fərdi yaşayış evi 1977-ci ildə, yəni mərhum miras qoyanla Cavabdeh1 birgə nikah dövründə inşa edilmişdir və həmin evin ½ hissəsi miras kütləsinə daxildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə iddia tələbi ilə bağlı yekun olaraq qeyd edir ki, 01 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakı miras açıldığı vaxt İddiaçı Notariat ofisinə ərizə verməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 əmlaka sahiblənməklə faktiki qəbul etdikləri üçün, iddia təmin edilməli, X1 miras qalmış Göyçay rayonunun Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinin 1/6 hissəsinə iddiaçının, 1/6 hissəsinə Cavabdeh5, 4/6 hissəsinə Cavabdeh1 payları tanınmalıdır. X1 miras qalmış Göyçay rayonunun Qarabağlar kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,30 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin 0,06 ha hissəsində iddiaçının, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 hər birinin 1/3 hissə miras payı tanınmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 miras qalmış Göyçay rayonunun Qarabağlar kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0,30 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin 0,06 ha hissəsində İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 hər birinin 1/3 hissə, Göyçay rayonunun Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinin 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə Cavabdeh5, 4/6 hissəsinə Cavabdeh1 payları tanınsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İ.B.Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar