Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-127/2024 01.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki,Cavabdeh ilə oğlu Elvin Manafov 2006-ci il tarixdə el adətinə uyğun toy etməklə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Elvin cavabdehlə evlənəndən sonra mülkiyyətində olan Göyçay rayon Ulaşlı- Şıxlı kəndində yerləşən evində yaşamışlar. Ər-arvad arasında yaranan problemlərə görə 2020-ci ilin iyun ayında cavabdehlə aralarında münaqişə baş vermiş və cavabdeh iki azyaşlı uşağı ilə birlikdə hazırda onun mülkiyyətində olan evdən çıxmışdır. Hazırda cavabdehin şəxsi əmlakı onun evində qalmışdır. Göyçay rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında olan nkah pozulmuşdur. Cavabdeh Göyçay rayon məhkəməsində ona qarşı mülkiyyətində olan evə köçürülmə tələbi barədə iddia qaldırmamışdır. Ona qarşı olan evə köçürülmə barədə iddia ərizəsi məhkəmə tərəfindən təmin edilməmişdir. Ayrıldıqdan sonra cavabdehdən evində yerləşən əmlakının könüllü olaraq çıxarılmasını bildirmiş, lakin müraciətinə heç bir cavab verilmədiyi üçün məhkəmədə iddia qaldırmalı olmuşdur. Buna görə də cavabdehə məxsus iddia ərizəsində qeyd etdiyi 195 adda əmlakların mülkiyyətində olan fərdiy yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə iddiaçını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-1144/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh Manafov Elvin Rəfail oğlu arasında xx.xx.2006-cı il tarixdə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahdan xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2009-cu il tarixdə anadan olmuş Manafov Elvin Rəfail oğlu iddiaçı Cavabdeh yanında qalmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdehlər Manafov Elvin Rəfail oğluna və İddiaçı qarşı Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi xx.xx.2022-cil tarixli qətnaməsindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(046)-1907/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdehlər Manafov Elvin Rəfail oğlu və İddiaçı qarşı evə köçürülmə tələbinə dair iddiası cavabdeh Manafov Elvin Rəfail oğluna münasibətdə qismən təmin edilmiş, iddiaçı Cavabdeh Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən Manafov Elvin Rəfail oğlunun ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququ 26 iyun 2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək, yəni 26 iyun 2025-ci il tarixədək saxlanılmılşdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh Manafov Elvin Rəfail oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-409/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qətnaməsi iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun 26 iyun 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək, yəni 26 iyun 2025-ci il tarixədək saxlanılması hissəsində dəyişdirilmiş, Cavabdeh mübahisəli fərdi yaşayış evinə istifadə hüququ 2 (iki) il müddətinə saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən alınmış xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən 0.41 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 89.1 kv.m fərdi yaşayış evi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı oğlu Manafov Elvin Rəfail oğlu ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə qeydə alınmış nikah pozulmuş, bundan sonra Cavabdeh Manafov Elvin Rəfail oğluna və İddiaçı qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh 26 iyun 2007-ci il tarixdə anadan olmuş oğlu X4 və xx.xx.2009-cu il tarixdə anadan olmuş oğlu Manafov Elvin Rəfail oğlu ilə birlikdə Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən Manafov Elvin Rəfail oğlunun ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinə 2 (iki) il müddətinə köçürülmüşdür. Hazırda iddiaçı X3 xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehə məxsus cehiz əmlakarın çıxarılmasını xahiş edir. Cavabdeh mübahisəli fərdi yaşayış evində yaşamaq hüququ 2 il müddətinə müəyyən edilmiş, lakin müddəti əvvəli müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin müddətin əvvəli Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının çıxarıldığı gündən hesablanmalıdır. Cavabdeh mübahisəli fərdi yaşayış evində yaşamaq hüququ xx.xx.2022-ci il tarixdən hesablandıqda həmin müddətin sonu xx.xx.2024-cü il tarixədəkdir. Cavabdeh mübahisəli fərdi yaşayış evindən xx.xx.2024-cü il tarixədək istifadə hüququ olduğundan, ona məxsus əşyaların xx.xx.2024-cü il tarixədək fərdi yaşayış evindən çıxarılması Cavabdeh qanunla qorunan hüquqlarına ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus 195 adda cehiz əşyaları İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Ulaşlı- Şıxlı kəndində yerləşn fərdi yaşayış evindən xx.xx.2024-cü il tarixdən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşn fərdi yaşayış evindən Cavabdeh məxsus mebel 08 qapılı, divan 01 ədəd, kreslo 02 ədəd, termo 01 ədəd, stol 01 ədəd, stul 06 ədəd, jurnalni 01 ədəd, taburetka 04 ədəd, yataq dəsti şifoner 01 ədəd (6 qapılı), taxt 01 ədəd, tumboçka 02 ədəd, stolüstü lampa 01 ədəd+ 01 ədəd altlığı, lüstür 01 ədəd (12şamlı), uşaq krvatı (taxta) 01 ədəd, döşək 03 ədəd (01 taxta, 02 tək), yorğan 04 ədəd, balış böyük 04 ədəd, balaca 06 ədəd, döşəkcə böyük 06 ədəd, balaca 04 ədəd, döşəkcə 01 ədəd, adyal 01 ədəd, pakrval 02 ədəd, çexol 05 ədəd, prostina 05 ədəd, balışüzü 07 ədəd, dəsmal 03 ədəd, çay dəsmalı 09 ədəd, yemək dəsti boşqab böyük düz 06 ədəd, boşqab dərin 06 ədəd, bulud 03 ədəd, boşqab salat 06 ədəd, subnik qapaqlı 01 ədəd, qapaqsız 01 ədəd, yağ qabı 01 ədəd, kasa qapaqlı 01 ədəd, duz qabı 01 ədəd, sadə boşqab böyük düz 04 ədəd, yemək 16 ədəd, salat 17 ədəd, bişinti 06 ədəd, kasa balaca 07 ədəd, böyük 06 ədəd, boşqab bulud böyük 02 ədəd, boşqab bulud balaca 02 ədəd, boşqab düz 12 ədəd, boşqab pendir 12 ədəd, bıçaq 03 ədəd, çəngəl 05 ədəd, qaşıq xörək 05 ədəd, qaşıq çay 05 ədəd, çömçə, kəfkir 06 ədəd, qaşıq (plas) 06 ədəd, çay dəsti 06 ədəd, çaynik 01 ədəd, çaşka 06 ədəd, nəlbəki 06 ədəd, boşqab bişinti böyük 01 ədəd, boşqab bişinti balaca 06 ədəd, pesok qabı 01 ədəd, şərbət qabı 01 ədəd, çaynik - 01 ədəd, qrafin 02 ədəd, bakal 06 ədəd+ 05 ədəd stəkan, bakal böyük 06 ədəd, bakal balaca 06 ədəd, bakal 06 ədəd, bakal 06 ədəd, bakal 06 ədəd, bakal 12 ədəd, böyük- 06 ədəd, bakal balaca- +06 ədəd (rumka), rumka- 06 ədəd, rumka 08 ədəd, qrafin (sadə) – 01 ədəd, stəkan (rumka)- 06 ədəd, güldan 08 ədəd, vaz 03 ədəd,vaz 02 ədəd, vaz 02 ədəd (qulplu), qəndqabı 09 ədəd, qəndqabı 02 ədəd, konfetqabı böyük- 02 ədəd, konfetqabı balaca 02 ədəd, duzqabı 06 ədəd, pesok qabı 04 ədəd, nəlbəki 09 ədəd, nəlbəki 16 ədəd, razetka 17 ədəd, razetka 12 ədəd, çərəzqabı 06 ədəd, çərəzqabı 01 ədəd ( 3 mərtəbə), çərəzqabı 06 ədəd (dəst), şirniyyatqabı 01 ədəd, su stəkanı 01 qutu- 03 ədəd, qutu- 06 ədəd, qutu 12 ədəd, su stəkanı 06 ədəd, çay stəkanı sadə şüşə 06 ədəd (rus), lampa 01 ədəd, şamqabı 02 ədəd, külqabı 03 ədəd, tərəvəz doğrayan 01 ədəd, tərəvəz doğrayan 01 ədəd (qırıq), ətçəkən maşın 01 ədəd (elektrik), ətçəkən maşın 01 ədəd (rus əlilə işləyən), meyvəqabı 01 ədəd, tava böyük – 01 ədəd şüşə qapaqlı, tava balaca 01 ədəd şüşə qapaqlı, tava 01 ədəd qırmızı, tava 01 ədəd alüminum, qazan balaca 01 ədəd, qazan balaca 01 ədəd (kvadrat qapaqlı), qazan böyük 01 ədəd aliminum, qazan balaca 02 ədəd aliminum, qazan böyük 02ədəd şüşə qapaqlı, qazan balaca 03 ədəd şüşə qapaqlı, qazan balaca 01 ədəd çuqun, fen 01 ədəd, tyorka 01 ədəd (dəst), tyorka 01 ədəd, padnos 01 ədəd (ağ plasmas), padnos 06 ədəd, çömçə balaca 06 ədəd, suvenir 05 ədəd (b.g.b.a), suvenir (şüşə heykəl balaca satlı) 01 ədəd, saat (balaca) 01 ədəd (g.ü), saat stol üstü 01 ədəd, suvenir gül (balaca), 01 ədəd, suvenir santaklaus 01 ədəd, gül dekorativ 01 ədəd, gül dibçəkli 01 ədəd, gül buket 03 ədəd, gül buket tək 01 ədəd, qum saatı 01 ədəd, saat (divar kəpkir) 01 ədəd, ağ şərab (bonema) 01 ədəd, qırmızı şərab 01 ədəd, qılınc suvenir şüşə mayeli 01 ədəd, çörəkqabı 01 ədəd, balonbağlayan maşın 01 ədəd, sandıq 01 ədəd (qıfılnan bağlı), samovar (elektrik) 01ədəd, çaynik (nikel) 01 ədəd, çaynik (saxsı) 02 ədəd, mikser 01 ədəd, balonağzı açan 02 ədəd, kruşka 01 ədəd (qulplu, çuqun), kruşka 01ədəd (plasmas), çaydan 01 ədəd, vedrə (balaca plasmas) 03 ədəd, vedrə dəmir 01 ədəd, vedrə çuqun 01 ədəd, filək (aliminum) 01 ədəd (10l), filək (çuqun, balaca) 01 ədəd, ləyən çuqun 01 ədəd, ləyən aliminum 01 ədəd, bak (dəmir) 01 ədəd, vanna (plasmas) 01 ədəd, oxlov 03 ədəd ( 1 böyük, 2 balaca), tərəvəzdoğranan taxta 01 ədəd böyük, 01 ədəd balaca, baçok (plasmas) 01 ədəd, polağacı 01 ədəd, qıf 01 ədəd, ələk 01 ədəd, çuqun qab 01 ədəd, çaynik altı (xrom üzləmə) 01 ədəd, plasmas qab 05 ədəd (1 böyük, 4 balaca), plasmas qab 01 ədəd (kasa), şiş 06 ədəd, manqal 01 ədəd, aftafa (plas) 02 ədəd, rajok 02 ədəd, şotka 01 ədəd, apteçka 01 ədəd, tumboşka (plas) (4 yeşikli) 02 ədəd, televizor 01 ədəd, krosnu aparatı 01 ədəd, çamadan qırmızı 01 ədəd, sumka (sport) 02 ədəd, termoüstü (tül) 01 ədəd, vazaltı (tül) 06 ədəd böyük 02 ədəd balaca, tozsoran 01 ədəd, xalça 01 ədəd, daroşka 02 ədəd, pərdə (atlas) 01 ədəd, damaşnik 03 ədəd, oyuncaq 08 ədəd (mişqa, i.s ceyran), ütüstolu 01 ədəd, mebel mətbəx 01 ədəd (7 qapalı), mətbəx stolu01 ədəd, taburetka 04 ədəd, qızıl boyunbağı 01 ədəd, paltaryuyan (ZED) 01 ədəd cehiz əmlaklar çıxarılsın. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-127/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-127/2024
01.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver