Məhkəmə qərarları › İş №2(046)-129/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-129/2020

03.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-129/2020 03.06.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 16 saylı x6 nümayəndəsi x1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair mülki işə Göyçay şəhərində 03 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-471 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 2.43 ha torpaq sahəsinin 1.60 ha hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 1997-ci ildə torpaq islahatı keçrildikdən sonra ona kənd ərazisində torpaq sahəsi ayırmışlar. Təxminən 2017-ci ildə bələdiyyə tərəfindən onun istifadə etdiyi torpaq sahəsinə tut ağacları əkilərkən ona məlum olmuşdur ki, həmin ərazi mənə məxsus deyil. Sonradan torpağın yerini müəyyən etmək üçün ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinə müraciət etmiş və həmin idarədən ona məxsus olan ərazini göstərilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə iddia qaldırsa da məhkəmənin qərardadına əsasən ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerqurluşu layihə tədqiqat Mərkəzi tərəfindən verilmiş 10.05.2019-cu il tarixli 02/0007 saylı mütəxəssis rəyində uyğunsuz olduğundan Göyçay Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli, 2(046)-135/2019 saylı qərardadına əsasən mülki iş baxılmamış saxlanılmış və JN-471 nömrəli Torpağın Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən ona verilmiş 2.43 hektar torpaq sahəsinin naturada ona tanıdılması (Dövlət aktında nəzərdə tutulmuş plan sxemə uyğun) ilə bağlı OMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinə müraciət etmiş, 27.09.2019-cu il tarixdə xidmət tərəfindən Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən ona məxsus JN-471 nömrəli Torpağın Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən aktda nəzərdə tutulmuş plan və sxemə uyğun torpaq sahəsi tanıdılmışdır. Baxış keçrilməsi barədə Cavabdeh da məlumat verilmişdir. Tanıdılma zamanı yenidən ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi zəbt edilmişdir. Buna görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş və iddiaçıya məxsus torpaq sahəsi qeyd edilən ərazidə yerləşməmişdir. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 16 saylı x6 nümayəndəsi x2 izahat verərək mövcud xəritə materialları ilə natura arasındaki uyğunsuzluqları arada qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016ci il tarixli 818 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələri hazırlananadək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İş üzrə iddiaçını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, İddiaçı iddiası aşağıdakılara görə qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 29.03.2013-cü il tarixli ******* saylı, 29.03.2013-cü il tarixli ******* saylı və 03.04.2013-cü il tarixli ******* saylı çıxarışlardan görünür ki, Göyçay rayonunun Mallı-Şıxlı kəndində yerləşən 0,2005 ha, 0,007 ha və 0,10 ha torpaq sahələri İddiaçı xüsusi mülkiyyəti kimi Dövlət Qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 21.01.2020-ci il tarixli rəy və sxem mülki işə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 63.24 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 12.03.2020-ci il tarixli 32440 saylı rəyindən görünür ki, mütəxəssis rəyinə əsasən, x3 ilə naturadaki vəziyyət arasında uyğunsuzluq olduğundan JN-471 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən konfiqurasiya faktiki naturada olan vəziyyəti əks etdirmir və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün deyildir. Eyni zamanda “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, JN-471 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında nəzərdə tutulmuş 2.43 ha torpaq sahəsinin 1.27 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən İddiaçı mülkiyyətində olan JN-471 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2.43 ha torpaq sahəsinin 1.27 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus 2.43 ha torpaq sahəsinin 1.27 ha hissədə qanunsuz istifadə edilməsi iddiaçının mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan 0,2005 ha torpaq sahəsinin 0.0578 ha hissəsinincavabdehin zəbt etməsi, orada tikililər inşa etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, JN- 471 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Göyçay rayonunun Mallı-Şıxlı kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 2.43 ha torpaq sahəsinin 1.27 ha hissəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 63.24 manat məhkəmə xərci cavabdehdən tutularaq Kadastr və x4 Mərkəzinin hesabına keçirilməli, iş üzrə ekspertiza xərcləri olan 100 manat cavabdehdən tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı JN-471 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan Göyçay rayonunun Mallı-Şıxlı kəndində yerləşən 2.43 ha torpaq sahəsinin 1.27 ha hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 63.24 manat məhkəmə xərci Cavabdeh alınaraq Kadastr və x4 Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərcləri olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar