Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-130/2021 15.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı debitor borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 528.10 manat debitor borcunun, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə 432 manat itirilmiş qazın dəyərinin, 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı olmaqla ümumilikdə 990.50 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə İddiaçı nümayəndəsi Ömərov Ramil Şaiq oğlu iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonunun Kürdəmiş kəndində yaşayan Cavabdeh istifadə olunmuş təbii qaza görə İddiaçı Ağsu X2 idarəsinin Göyçay Xidmət sahəsinə 528.10 manat debitor borcu vardır. İddiaçı Ağsu X2 idarəsinin Göyçay Xidmət sahəsinin əməkdaşları xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmiş və bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək Cavabdeh Göyçay XS-nın abonent bazasındakı abonent koduna 4320 m3 – 432 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan əlavə Cavabdeh 528.10 manat debitor borcunu ödəməmişdir. Cavabdeh borcunun ödənilməsi barədə bir neçə dəfə xəbərdarlıq edilmiş, bildirişdə göstərilən borcu mübahisələndirməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh iddia tələbini qəbul etməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, sayğaca qoşduğu əlavə qaz xəttindən 4 gün müddətində istifadə etmişdir. Maddi imkanı olmadığına görə borcu ödəyə bilmir. İş üzrə cavabdehin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli, 20/04-GXS-95 saylı müqavilədən görünür ki, iddiaçı ilə Cavabdeh arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank, poçt, internet və ya ödəniş terminalları vasitəsi ilə tam ödəməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşlarının iştirakı ilə istehlakçıya məxsus Göyçay rayonunun Türkman kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar edilmiş və itirilmiş qazın dəyərinin hesablanması üçün İddiaçı İB-nin Ağsu RQİİ-yə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş İddiaçı xx.xx.2020-ci il tarixli itirilmiş qazın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh Göyçay XS-nin abonent bazasındakı abonent koduna 4320 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixdə verilmiş Abonentin saldosundan görünür ki, Cavabdeh qazdan istifadəyə görə İddiaçı İB-nə 960.10 manat borcu vardır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2020-ci ilin may ayınadək qazdan istifadə etmiş, eləcə də sayğacdan kənar əlavə qaz xəttindən istifadə etmişdir. Buna görə də Cavabdeh istifadə etdiyi qazın dəyərini təşkil edən 960.10 manatı iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 443.1-ci öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, tərəflərin hansı hüquq münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı 960.10 manat borcun, 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı tələbinə dair iddiası təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 960.10 manat borcu, 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı, cəmi 990.50 manat alınaraq İddiaçı İB-nin xeyrinə ödənilsin. Qətnamənin icrası üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-130/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-130/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver