Məhkəmə qərarları › İş №2(046)-131/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-131/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-131/2021 16.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh X3 iştirakı ilə, debitor borcunun və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X2 372.90 manat qazdan istifadəyə görə borcun, 907.20 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə borcun, 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı olmaqla ümumilikdə 1310.50 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi X11 iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay Qarabaqqal kəndində yaşayan X3 evində istifadə edilmiş təbii qaza görə İddiaçı Ağsu X9 İdarəsinin Göyçay Xidmət Sahəsinə 372.90 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli 19/07-GXS-2897 nömrəli müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini 1 (bir) ay müddətində Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Bundan başqa xx.xx.2020-ci il tarixində İddiaçı Ağsu RQİİ-nin Göyçay Xidmət Sahəsinin əməkdaşları Göyçay rayonu Qarabaqqal kəndində yaşayan X4 məxsus fərdi yaşayış evinə baxış keçirən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmiş, bununla bağlı xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. X3 Göyçay XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 90720 m3 - 907.20 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. X1 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonent tərəfindən ödənilməlidir. X5 ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ilə cavabdeh X5 arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt vasitəsi ilə tam ödəməlidir. Məhkəməyə təqdim edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, X3 yaşadığı Göyçay rayonu Qarabaqqal kəndində yerləşən fərdi yaşayış evində smart-kart tipli qaz sayğacının qaz xətti üzərindən açılaraq rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş Abonentin saldosundan görünür ki, X3 qazdan istifadəyə görə 2020-ci ilin may ayına İddiaçı İB-nə 907.20 manat borcu vardır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh X5 2020-ci ilin aprel ayınadək qazdan istifadə etmişdir. Buna görə də cavabdeh X3 istifadə etdiyi qazın dəyərini təşkil edən 372.90 manat, eləcə də 907.20 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə borcu iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il № 80 saylı Qərarının 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 372.90 manat qazdan istifadəyə görə borc, 907.20 manat sayğacdan kənar əlavə qa xəttindən istifadəyə görə dəymiş ziyan, 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı olmaqla ümumilikdə 1310.50 manat alınaraq İddiaçı İB-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 372.90 manat qazdan istifadəyə görə borc, 907.20 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə dəymiş ziyan, 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı olmaqla ümumilikdə 1310.50 manat alınaraq İddiaçı İB-nin xeyrinə ödənilsin. Qətnamənin icrası üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar