Məhkəmə qərarları › İş №2(046)-131/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-131/2023

08.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-131/2023 08.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay rayon Qızılacağ kəndində yerləşən 0.75 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin nümayəndəsi (vəkil) Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC tələbi belə əsaslandırmışdır göstərmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, **********91 reyestr nömrəli çıxarışa əsasən Göyçay rayon Qızılacağ kəndində yerləşən 0.75 ha torpaq sahəsi İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin mülkiyyətinə verilmişdir. Mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və qeyriqanuni istifadə edilir. Bununla da İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin həmin torpaq sahəsi üzərində mövcud olan mülkiyyət hüququ pozulmuşdur. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-yə məxsus torpaq sahəsindən istifadə etmir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, **********91 reyestr nömrəli çıxarışdan görünür ki, Göyçay rayon Qızılacağ kəndində yerləşən 0.75 ha torpaq sahəsi İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin xüusi mülkiyyətidir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 1.35 hektar torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, **********91 reyestr nömrəli çıxarışla iddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin mülkiyyətinə verilmiş 0.75 hektar torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli 10/1259 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 1.35 hektar torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, **********91 reyestr nömrəli çıxarışla iddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin mülkiyyətinə verilmiş 0.75 hektar torpaq sahəsi ilə üst-üstə düşmür. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mütəxəssis və ekspert rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, **********91 reyestr nömrəli çıxarışa əsasən əsasən iddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin paylı mülkiyyətinə verilmiş 0.75 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edildiyinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə ekspertiza xərci olan 100 manat İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-dən tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia rədd edilsin. iddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması barədə tələbi təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 100 manat İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-dən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar