Məhkəmə qərarları › İş №2(046)-1341/2022

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1341/2022

02.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1341/2022 02.05.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Tabeliyində olan X11 X6rşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinə Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad edilməsinə dair Cavabdeh1 11.01.2022-ci il tarixli əmrinin ləğv edilməsi, Dövlət X5 Göyçay Peşə X8 Hüquqi Şəxsinin sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmağa görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki işə əlavə edilmiş ******* nömrəli Əmək Kitabçasının surətindən görünür ki, İddiaçı ilə 05.07.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin xitamı Cavabdeh1 işə qəbul və kadrlarla iş şöbəsinin müdiri R.Şərifova tərəfindən verilmişdir. Cavabdeh1 hüquqi ünvanı isə ünvan 1əlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi cavabdehin tələbi hüquqi şəxs olan Cavabdeh1nə olduğundan İddiaçı iddia ərizəsi məhkəmə aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsində baxılmalı deyil. İddiaçı, iddia ərizəsində cavabdeh kimi Dövlət X5 Göyçay Peşə X8 Hüquqi Şəxsi də qeyd etməsinə baxmayaraq, ona qarşı heç bir tələb irəli sürməmişdir. İddiaçı bu yolla iddianın süni şəkildə Göyçay rayon məhkəməsinin icraatında baxılmasına nail olmaq istəmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsinı dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya Cavabdeh1 hüquqi ünvanı üzrə aidiyyatı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar