Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1342/2023 03.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi , Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-0018, KOD 40808048 №-li “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 9,5 ha hissəsindən cavabdehlər Göyçay rayonu, Cəyirli kəndində yaşayan Cavabdeh2 və Cavabdeh1 çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan 0,41 ha kənd təsərrüfatlı torpaq sahəsindən könüllü olaraq çıxmışlar. Buna görə də iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiaçıya məxsus 0,41 ha kənd təsərrüfatlı torpaq sahəsinin ona aid olan hissəsindən çıxmaya razıdır. İddia ərizəsinin qaytarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçıya məxsus 0,41 ha kənd təsərrüfatlı torpaq sahəsinin ona aid olan hissəsindən çıxmaya razıdır. İddia ərizəsinin qaytarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş müstəqil tələblər irəli sürməyən üçüncü şəxsl Göyçay rayon Cəyirli Bələdiyyəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir.İşə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxıd iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, habelə ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Göyçay rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1342/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1342/2023
03.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver