Məhkəmə qərarları › İş №2(046)-136/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-136/2024

22.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-136/2024 22.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı və eyni zamanda İddiaçı2 nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar Nümayəndə2, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı miras əmlakda 1/3 payının tanınması iddia tələbinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar Nümayəndə2 və İddiaçı2 qızına qarşı miras əmlak üzərində 1/2 payın müəyyən edilməsi qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar Nümayəndə2 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anaları X1 miras qalmış, ünvan 1 ünvanda yerləşən, fərdi yaşayış evi və 0,081080 ha torpaq sahəsinə hər birilərinə 1/3 hissə olmaqla miras paylarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi verərək ilkin iddianın təmin edilməməsi, mərhum X1 miras qalmış, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,081080 ha torpaq sahəsinin tərəflərindən qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaklar üzərində onların, yəni Cavabdeh2 1/2 və Cavabdeh1 1/2 hissədə payının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçılar Nümayəndə2 və İddiaçı2 iddia tələbini belə əsaslandırmışdır ki, mərhum anaları X1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,081080 ha torpaq sahəsindən ibarət daşınmaz əmlak miras qalmışdır. Ataları Cavabdeh2 Hüseynbaba oğlu 07 iyun 1978-ci il tarixdə, anaları X7 15 aprel 1998-ci il tarixdə vəfat etmişlər. X12 xx xxxxxx 1965ci il təvəllüdlü İddiaçı2, 24 iyun 1967-ci il təvəllüdlü X10, xx xxxxxx 1976-cı il təvəllüdlü Cəfərova(Əliyeva) Könül Ağababa qızı adlı vərəsələri vardır. Qanun üzrə birinci növbə vərəsələrdən Azər Cəfərov 16 mart 2019-cu il tarixdə vəfat etmişdir. X16 arvadı Cavabdeh1, qızı Cəfərova (Hacıyeva) Gülnar Azər qızı və oğlu Cavabdeh2 adlı vərəsələri vardır. Mərhumdan qalan mirası onlar və mərhum qardaşları faktiki qəbul edib idarə ediblər. Belə ki, Nümayəndə2 08 iyun 2002-ci il tarixdə X9 ilə nikah qeyd etdirib təxminən 2 il miras evdə yaşadıqdan sonra Göyçay rayonunun Çərəkə kəndinə köçmüş, İddiaçı2 və mərhum Azər Cəfərov miras evdə yaşayaraq əmlakı idarə etmişlər. X16 arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 mirasın bölüşdürülməsinə razı olmadıqları üçün onlar miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməyiblər. Bu səbəbdən də mirasda paylarının tanınması tələbinə dair iddia ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmək qərarına gəliblər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, mərhum X1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,081080 ha torpaq sahəsindən ibarət daşınmaz əmlak miras qalmışdır. Mirası ilk əvvəl mərhum X10, sonuncu vəfat etdikdən sonra isə onlar faktiki qəbul edib idarə etmişlər. İlk iddia üzrə iddiaçılar mirası mərhum Azər Cəfərovla bərabər onlarında qəbul etdiyini iddia ərizəsində göstərsələr də, buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, "xxxx" ASC-nin, “Azəriqaz” İB-nin, "xxxx" ASC-nin məlumat bazasından çıxarışlardan və Göyçay Bələdiyyəsinin arayışından göründüyü kimi, miras əmlakı Azər Cəfərov, daha sonra isə onlar qəbul etmişdir, miras əmlaka faktiki sahibliyi icra edirlər, həmin əmlakı idarə etməklə torpaq vergisini, həmçinin kommunal xərcləri ödəyirlər. İlk iddia üzrə iddiaçılar həmin miras əmlakı nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişlər. İlk iddia üzrə iddiaçılardan İddiaçı2 keçmiş zamanlardan, yəni miras açılmamışdan öncə Rusiya Federasiyasında yaşayır və həmin ölkənin vətəndaşıdır. Miras açılan vaxt mirası faktiki olaraq qəbul etməmişdir. İlk iddia üzrə digər iddiaçı Nümayəndə2 da miras əmlakı faktiki qəbul etdiyini iddia etsə də, bunun nədə ifadə edilməsini izah etməmişdir. İddiaçının qarşılıqlı iddia ərizəsinə qarşı etirazları: İddiaçı Nümayəndə2 qarşılıqlı iddia ərizəsinə qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, qarşılıqlı iddiaçılar ilk iddianı qəbul etməyərək tələblərini mərhum analarından miras qalmış əmlakın ilk əvvəl mərhum qardaşları X10, sonuncunun vəfatından sonra isə özlərinin faktiki qəbul edib idarə etmələri ilə əsaslandırılmış, tələblərini əsaslandırdıqları sübutlar kimi isə qarşılıqlı iddia ərizələrinə təbii qazdan istifadəyə görə Cavabdeh1 adına verilmiş 2010-cu ilin oktyabr ayından 2023-cü ilin sentyabr ayına kimi olan dövrü əhatə edən abonentin saldosunu, Cavabdeh1 Misir qızının elektrik enerjisinə görə 2017-2023-cü illərə aid ödənişlərdən elektron çıxarışları, X6 şəhəri, M.Ə.Rəsulzadə küçəsi 28 saylı ünvanıın torpaq və əmlak vergisinin Cavabdeh1 tərəfindən ödənilməsi barədə arayış və 20 oktyabr 2023-cü il tarixli qəbzləri əlavə etmişlər. Onun və digər iddiaçının miras əmlakı nə faktiki, nə də notariat orqanına ərizə veməklə qəbul etmədiklərini göstərən cavabdehlər İddiaçı2 keçmiş zamanlardan, yəni miras açılmamışdan öncə Rusiya Federasiyasında yaşaması, həmin ölkənin vətəndaşı olması, miras açılan vaxt mirası faktiki olaraq qəbul etməməsi, onun mirası faktiki qəbul etməyinin nədə ifadə olunduğunu izah etmədiyini qeyd ediblər. O və nümayəndəsi olduğu digər qanun üzrə birinci növbə vərəsə İddiaçı2 mərhum qardaşı Azər Cəfərovla birlikdə analarının olan mərhum miras qoyan X2 15 aprel 1998-ci il tarixdə baş vermiş ölümündən sonra ondan miras qalmış, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 28 saylı ünvanda yerləşən fərdi yaşayış evində yaşamış, 0,081080 ha torpaq sahəsinə yiyələniblər. O miras açılandan 4 il sonra, yəni 08 iyun 2002-ci tarixdə ailə qurmuşdur və hətta ailə qurandan sonra təxminən 2 il miras evdə yaşamış, miras evdə daimi qeydiyyatdadır. Digər İddiaçı2 işi ilə bağlı Rusiya Federasiyasına gedib gəlsə də miras əmlakın saxlanması üçün çəkilən xərclər üçün mərhum qardaşı Azər Cəfərovu pul vəsaiti ilə təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Nümayəndə2 iddianı müdafiə etdi, qarşılıqlı iddianı etiraf etmədi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsi və qarşılıqlı iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı Nümayəndə2 nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdi, qarşılıqlı iddianı etiraf etmədi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etmədi, qarşılıqlı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki,miras açıldıqdan sonra ailəsi ilə birlikdə ünvan 1 evdə yaşamışdır.İddiaçı Nümayəndə2 ailə qurub başqa ünvana köçmüş,İddiaçı2 isə Rusiya Federasiyasında yaşamışdır.İddiaçılar miras əmlakı qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmədiklərindən mirasda payları olmamışdır.Qarşılıqlı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Vəkil iddianı etiraf etmədi, qarşılıqlı iddianı müdafiə etdi və Cavabdeh2 izahatına oxşar izahat verib iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi,qarşılıqlı iddianı müdafiə etdi,izahat verərək bildirdi ki,iddiaçılar mirası qanunla müəyyən ediliş qaydada qəbul etməmişlər. X21 vəfat etdikdən sonra mirası qəbul etmiş və uşaqları Cavabdeh2 və Gülnar Cəfərova ilə orada yaşamışdır.İddianın təmin edilməməsini,qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cəfərova (Hacıyeva) Gülnar qızı və Göyçay rayon Notariat Kontorunun nümayəndəsi məhkəməyə gəlməmişlər. İşə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli,qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri, X18 küçəsi 28 saylı ev (Göyçay şəhəri, X13 küçəsi 32 saylı ev) və 0,081080 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü ildə X2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin ölüm haqqında şəhadətnamələrin surətindən və arayışdan görünür ki, Cavabdeh2 Hüseynbaba oğlu xx.xx.1978-ci il tarixdə, X7 xx.xx.1998-ci il tarixdə, X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 xx.xx.1976-cı ildə, X10 xx.xx.1967-ci ildə, İddiaçı2 xx.xx.1965-ci ildə doğulmuşlar, valideynləri–ata Cavabdeh2 Hüseynbala oğlu, ana X3r. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X9 ilə X8 arasında nikah 08 iyun 2002-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 21 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Nümayəndə2 Cavabdeh1 ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Göyçay bələdiyyəsinin 20 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, ünvan 3 ünvanın torpaq və əmlak vergisi Cavabdeh1 tərəfindən Göyçay rayonu Göyçay bələdiyyəsinə ödənilmişdir. Hal hazırda heç bir borcu yoxdur. İşə əlavə edilmiş "xxxx" ASC-nin Göyçay Rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısından görünür ki, ünvan 5 ünvanında quraşdırılmış su sayğacı Cavabdeh2 adınadır. İşə əlavə edilmiş 09 oktyabr 2023-cü il tarixli abonentin saldosundan görünür ki, ünvan 6 ünvanında quraşdırılmış qaz sayğacı Cavabdeh1 adınadır. İşə əlavə edilmiş abunə haqqında çıxarışdan görünür ki, ünvan 5 ünvanında quraşdırılmış qaz sayğacı Cavabdeh1 adınadır. Tətbiq edilən hüquq normaları: xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR-i Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlıqa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlıqa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun, onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir.Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə,miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə,o,eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə,mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər,vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda,vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində,onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər,bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində, mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən, vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. xx.xx.2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1301.1-cü maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında verilmiş şərhə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.(Mülki Məcəllənin 1151.1-ci maddəsi). Miras qoyan X4 Göyçay şəhəri, X18 küçəsi 28 saylı ev (Göyçay şəhəri, X13 küçəsi 32 saylı ev) və 0,081080 ha torpaq sahəsi məxsusdur. Cavabdeh2 Hüseynbala oğlu ilə X2 birgə nikahlarından xx.xx.1976-cı ildə X8, xx.xx.1967-ci ildə X10 və xx.xx.1965-ci ildə İddiaçı2 anadan olmuşlar. X7 xx.xx.1998-ci il tarixdə vəfat etdikdən sonra miras açılmış, Cavabdeh2 Hüseynbaba oğlu xx.xx.1978-ci il tarixdə,X10 xx.xx.2019-cu il tarixdə vəfat etmişlər. Məhkəmə nəzərə alır ki,Azərbaycan Repsublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri ilə mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Repsublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də,bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına,mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla,hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı ,mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnun qeyri-mütənasib şəkildə,hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır….vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması,susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən,Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edildməlidir.Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb,hesab edir ki,miras qoyan X2 qanun üzrə vərəsəlik zamanı 3 vərəsəsi olduğundan və qanunla müəyyən edilmiş müddət ərzində onlardan heç biri mirasdan imtina etmədiyindən,hər biri mirası qəbul etmiş hesab edilməli,miras əmlak 3 vərəsə-Nümayəndə2,İddiaçı2 və X10 arasında bölüşdürülməli,iddia əsaslı olduğundan təmin olunmalıdır. Qarşılıqlı iddiaya gəldikdə isə məhkəmə hesab edir ki,X10 16 mart 2019-cu ildə vəfat etdiyindən,atasından miras qalmış əmlakda olan onun 1/3 payı qanun üzrə vərəsəlik zamanı cavabdehlər Cavabdeh2,Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 arasında 3 hissəyə bölüşdürülməlidir.Baxmayaraq ki,qarşılıqlı iddia üzrə əmlakın bölüşdürülməsi tələbini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 irəli sürmüş məhkəmə hesab edir ki,mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 atası X5 miras qalmış əmlakdan qanunla müəyyən edilmiş qaydada imtina etmədiyindən,mirası qəbul etmiş vərəsə sayılmalı,onun da miras əmlakda payının olması nəzərə alınmalıdır.Beləliklə qarşılıqlı iddia məhkəmə hesab edir ki,qismən təmin edilməli,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 miras əmlakda hər birinin 1/9 payı müəyyən edilməlidir. O ki qaldı iddiaçıların miras əmlakı qəbul etməmələri barədə qarşılıqlı iddia ərizəsinin dəlillərinə,məhkəmə iddiaçılarırn mirasdan qanunla müəyyən edilmiş qaydada imtina etmələrini təsdiq edən sübutların təqdim edilməməsini nəzərə alıb, qarşılıqlı iddiada olan dəlillər üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzüm bilməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki,iddiaçılar Nümayəndə2 və İddiaçı2 Göyçay şəhəri, X18 küçəsi 28 saylı ev və 0,081080 ha torpaq sahəsi üzərində hər birinin 1/3 hissədə payı müəyyən edilərək iddiaları təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Göyçay şəhəri, X18 küçəsi 28 saylı ev (Göyçay şəhəri, X13 küçəsi 32 saylı ev) və 0,081080 ha torpaq sahəsi üzərində hər birinin 1/9 hissədə payı müəyyən edilməklə qarşılıqlı iddiaları qismən təmin olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, Göyçay Rayon Məhkəməsi qət etdi: İddia təmin edilsin. İddiaçılar Nümayəndə2 və İddiaçı2 Göyçay şəhəri, X18 küçəsi 28 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0,081080 ha torpaq sahəsi üzərində hər birinin 1/3 hissədə payı müəyyən edilsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Göyçay şəhəri, X18 küçəsi 28 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0,081080 ha torpaq sahəsini qəbul edilmələri müəyyən edilərək həmin miras əmlak üzərində hər birinin 1/9 hissədə payı müəyyən edilsin. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar