Məhkəmə qərarları › İş №2(046)-1382/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1382/2021

09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1382/2021 09.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, X1 ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəyə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək JN-470 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Ərizəçi1 ünvan 1 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi1 sənədin şəxsə məxsus olması barədə ərizə ilə müstəqil olaraq yaşadığı yerin məhkəməsinə, yəni Ağdaş Rayon Məhkəməsinə müraciət etməli olduğu halda Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə hər biri ayrılıqda yaşadıqları yerin məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar