Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1383/2021 27.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində 27 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı əsasında tərtib edilmiş 50 saylı torpaq sahəsinin planı və ölçü sənədinin X9 və subyektlər siyahısında adı qeyd edilmiş Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, 29.06.1993-cü il tarixdə Göyçay şəhərində X18 ilə nikaha daxil olmuş, nikahdan sonra Qurbanova soyadı verilmişdir. Göyçay rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı ilə Göyçay şəhəri Ə.Kərim küçəsindən ona və ailə üzvlərinə 520.4 m torpaq sahəsi ayrılmış və bu barədə 14 may 1999-cu il tarixli 50 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Mərhum anası X3 miras qalmış torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün anasına məxsus ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almaq üçün DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti araşdıran sözügedən inzibati orqan 04 may 2021-ci il tarixli **********63 saylı məktubla mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata almaqda imtina etmişdir. İmtinanın səbəbi kimi Göyçay rayonu Aqrar İslahat Komissiyasının tərtib etidiyi subyektlərin siyahısında mərhum anasının adı “X15” əvəzinə “X16” yazılması və ata adının “X17” əvəzinə “X12” göstərilmişdir. Mülkiyyətçilərə dair məlumatların qeyri-dəqiq yazılmasının səbəbini araşdırdıqda məlum olmuşdur ki, islahat zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq payı almaq hüququna malik olan subyektlərə dair Aqrar İslahat Komissiyasına məlumatlar verilərkən bu kimi nöqsanlara yol verilmiş və nəticədə mülkiyyət hüquqununun dövlət qeydiyyatına aldırmaqda çətinlik yaratmışdır. Mərhum anasının adının “Maisa” və öz ata adının “Məmməd” olması digər hüquq müyyənedici sənədlərlə təsdiq olunur. Göyçay rayonu Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında tərtib edilmiş plan və ölçü sənədində anasının adı “Maisə” deyil “Maisa”, subyektlərin siyahısında isə öz ata adının “Məmməd” olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyi üçün, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş A №289481 saylı torpaq sahəsinin planı və ölçüsünü əks etdirən kadastr planından görünür ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli 50 saylı qərarı ilə X5 adına Göyçay şəhərində 520 kv.m torpaq sahəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsin tərəfindən 07.07.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay şəhəri adlı siyahısında (DBF) 3075-ci qrafada X13, X12 və X4 ibarət ailə üzvlərinin adları qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş X7 surətindən görünür ki, X17 oğlu xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. X2 olmuşdur. Məhkəməyə təqdim edilmiş X8 surətindən görünür ki, X17 29.06.1993-cü il tarixdə X18 ilə nikaha daxil olmuş, nikahdan sonra X14 Qurbanova soyadı verilmişdir Məhkəməyə təqdim edilmiş X11 surətindən görünür ki, X15 07.08.2005-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsin tərəfindən 04.05.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi subyektlərin siyahısında X10 ata adı “Məhəmməd” kimi və X6 adı və ata adı X1 yazıldığından Ərizəçi qeydiyyatla bağlı ərizəsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli 50 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərəfindən verilmiş A №289481 saylı torpaq sahəsinin plan və ölçüsünün Ərizəçi və ərizəçinin mərhum X2na məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A №289481 saylı torpaq sahəsinin plan və ölçüsünün sübeyktlərin siyahısının 3075 saylı qeydlərin Ərizəçi və ərizəçinin mərhum X2na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1383/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1383/2021
27.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver