Məhkəmə qərarları › İş №2(046)-1384/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1384/2021

30.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1384/2021 30.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində 30 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı əsasında tərtib edilmiş 50 saylı torpaq sahəsinin planı və ölçü sənədinin subyektlər siyahısında adı qeyd edilmiş Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, 1977-ci ildə X14 ilə nikaha daxil olmaqla ailə qurmuş, Həmidova soyadını qəbul etmişdir. Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli qərarı ilə 07 fevral 2002-ci il tarixdə vəfat etmiş mərhum qaynı İlyas Həmidova, ona və onların ailə üzvlərinə ünvan 1 ünvanında 611.69 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququnu Göyçay rayon torpaq şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü təsdiq edir. Mərhum qaynı İlyas Həmidovdan və mərhum həyat yoldaşı Qiyas Həmidovdan miras qalmış həmin torpaq sahəsinə vərəsəlik şəhadətnaməsinin alınması məqsədi ilə sənədlər topladıqda məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş plan və ölçüsünün subyektlərinin siyahısında adı Esmira əvəzinə səhvən Elmira kimi qeyd edilmişdir. Ona görə də ərizə ilə DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə müraciət edərək səhvin düzəlməsini xahiş etmişdir. Lakin DƏDRX-nin düzəliş etməkdən imtina etmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş A №283569 saylı torpaq sahəsinin planı və ölçüsünü əks etdirən kadastr planından görünür ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli 50 saylı qərarı ilə X10 Göyçay şəhərində 611.69 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsin tərəfindən 07.07.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay şəhəri adlı siyahısında (DBF) 846-ci qrafada X17, X6, X18, X1 Cümşüd Mirzə oğlu, X7 və X8 ibarət ailə üzvlərinin adları qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş X3 surətindən görünür ki, Həsənova (Həmidova) Esmira Yunus qızı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş X4 surətindən görünür ki, X12 29.06.1993-cü il tarixdə X14 ilə nikaha daxil olmuş, nikahdan sonra X9 Həmidova soyadı verilmişdir. Məhkəməyə təqdim edilmiş X2 surətlərindən götünür ki, Ərizəçi ilə X14 arasında bağlanmış nikahdan 06.11.1978-ci il tarixdə X7 və 10.03.1980-ci il tarixdə isə X19 anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş X5 surətindən görünür ki, X16 07.02.2002-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsin tərəfindən 30.01.2020-ci il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi subyektlərin siyahısında Ərizəçi adı “Elmira” kimi ata adı isə “Yunis” kimi yazıldığından Ərizəçi qeydiyyatla bağlı ərizəsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli 50 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərəfindən verilmiş A №283569 saylı torpaq sahəsinin plan və ölçüsünün subyektlər siyahısında 846 nömrəli qeydin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A №289481 saylı torpaq sahəsinin plan və ölçüsünün subyektlər siyahısında 846 nömrəli qeydin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar