Məhkəmə qərarları › İş №2(046)-144/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-144/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-144/2021 03.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı debitor borcunun və dəymiş ziyanın ödənilməsi və dəymiş ziyanın azaldılması barədə qarşılıqlı iddia tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 795.20 manat qazdan istifadəyə görə borcun, 604.80 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə borcun, 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı olmaqla ümumilikdə 1430.40 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia qaldıraraq İddiaçı tərəfindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 604.80 manat borcun azaldılaraq 120 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay şəhəri Uşaq baxçasında yaşayan Cavabdeh evində istifadə edilmiş təbii qaza görə İddiaçı Ağsu X3 İdarəsinin Göyçay Xidmət Sahəsinə 795.20 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə istehlakçı arasında sonuncu dəfə bağlanmış qazın alqı-satqısı barədəki xx.xx.2020-ci il tarixli müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini 1 (bir) ay müddətində Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Bundan başqa xx.xx.2020-ci il tarixində ’’İddiaçı” X1 RQİİ- nin Göyçay Xidmət Sahəsinin əməkdaşları Göyçay şəhəri Bakı küçəsində yerləşən Uşaq baxçasında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinə baxış keçirən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmiş, bununla bağlı xx.xx.2020-ci tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.2020-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək Cavabdeh Göyçay XS-nin abonent bazasındakı abonent koduna 60408m3 – 604.8 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacıdan kənar əlavə qaz xəttindən istifadə edilməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh hər ay bildiriş almış, axırıncı dəfə 2020-ci ilin may ayında cəmi 15 manat pul ödəmişdir. Təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmişdir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Cavabdeh rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda cavabdehə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin Cavabdeh yaranmış borcu yenə də tam ödəməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay şəhəri Uşaq baxçasında məskunlaşmış, 2020-ci ilin fevral ayıdan yaşadığı binanın qaz sayğacında yaranmış nasazlıqla əlaqədar qaz istismar idarəsinin Göyçay şöbəsinə məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə qaz istismar idarəsinin əməkdaşları yaşadığı evə baxış keçirmiş, sayğaca kənar qoşulma müəyyən edərək qız mövüsümünə uyğun olaraq itirilmiş qazın bərpası barədə akt tərtib edərək 604.80 manat hesablama aparılmışdır. Halbuki, sayğaca kənar qoşulmanı 2020-ci ilin aprel ayının əvvəlindən etmişdir. Buna görə də hazırda İddiaçı İB-nə 120 manat sayğacandan kənar əlavə xəttindən istifadə etdiyinə görə borcu vardır. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı ilə Cavabdeh arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt vasitəsi ilə tam ödəməlidir. Məhkəməyə təqdim edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Göyçay Uşaq baxçasında yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş **********00000 saylı Abonentin saldosundan görünür ki, Cavabdeh qazdan istifadəyə görə, eləcə də hesablanmış aktlar üzrə 2020-ci ilə İddiaçı İB-nə 1400 manat borcu vardır. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci tarixli tələbnamədən görünür ki, istehlakçı Cavabdeh yaşadığı evə sayğacdan kənar qeyriqanuni qaz xətti ləğv edilsin. Qaz işlədicilərindən PQ2-in maksimal saatlıq qaz sərfi 0.6 m3/saat. orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, 1 ədəd dəmir soba maksimal saatlıq qaz sərfi 14 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün,1 ədəd radiator sobası maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın. Məhkəmə hesab edir ki, Cavabdeh 2020-ci ilin aprel ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozmasına nəticəsində 604.80 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, Cavabdeh 2020-ci ilin aprel ayında qanunsuz olaraq qazdan istifadə etmiş, İddiaçı İB isə Cavabdeh 90 gün müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 604.80 manat hesablamışdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. (604.80/3=201.6.) Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2020-ci ilin aprel ayında qazdan istifadə etmişdir. Cavabdeh istifadə etdiyi qazın dəyərini təşkil edən 795.20 manat, eləcə də 201.60 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə borcu iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 443.1-ci öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il № 80 saylı Qərarının 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 795.20 manat qazdan istifadəyə görə borc, tutularaq İddiaçı İB-nə ödənilməli, qarşılıqlı iddia qismən təmin olunmalı, Cavabdeh sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə dəymiş ziyan 201.60 manat İddiaçı İB-nə ödənilməli, qalan hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh 795.20 manat qazdan istifadəyə görə borc 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı olmaqla ümumilikdə 825.60 manat alınaraq İddiaçı İBnin xeyrinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə dəymiş ziyan olan 201.60 manat məbləğində pul İddiaçı İB-nə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar