Məhkəmə qərarları › İş №2(046)-1459/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1459/2022

02.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1459/2022 02.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evdən çıxarılma» tələbinə dair ilk iddiası; Cavabdeh1 İddiaçı qarşı «alğı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Potu kəndində yerləşən və onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı «alğı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın əsassız olduğu üçün rədd edilməsi; Göyçay rayon Notariat Ofisi tərəfindən 20 aprel 2021ci il tarixli 4Ə-399 reyestrlə təsdiqlənmiş, Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evinin İddiaçı satılmasına dair onunla İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinin; Göyçay rayon Notariat Ofisi tərəfindən 26 may 2021-ci il tarixli 4Ə-533 reyestrlə təsdiqlənmiş, Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsinin İddiaçı satılmasına dair onunla İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqavilələri əsasınd DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsinə və Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göyçay rayon Notariat Ofisində bağlanmış və təsdiq edilmiş xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Göyçay rayonu Potu kəndində yerləşən və Cavabdeh1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evini almışdır. Alğı-satqı müqaviləsinin şərtlərinə görə satıcı Cavabdeh1 razılaşdıqları məbləği aldıqdan sonra xx.xx.2021-ci il tarixdə sözügedən fərdi yaşayış evini boşaltmalı və evi onun sahibliyinə verməli idi. Lakin Cavabdeh1 ona satdığı evin dəyərini tam şəkildə alsa da, xx.xx.2021-ci il tarixdə fərdi yaşayış evini boşaldıb, ona təhvil verməmişdir. Artıq bir ilə yaxındır ki, cavabdehlər onun xüsusi mülkiyyətində olan evdə yaşamaqla, mülkyyətindən rahat və maneəsiz şəkildə istifadə etməsinə imkan vermirlər. Qanunvericiliyə görə satıcı satdığı əmlakın dəyərini aldıqdan sonra müəyyən edilmiş müddət ərzində satdığı əmlakı alıcıya təhvil verməlidir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 5 ildir xurma meyvəsi alıb Rusiya Federasiyasında satmaqla məşğuldur. 2017-ci ildən 2020-ci ilə qədər xurma meyvəsinin alğı-satqısı ilə məşğul olan başqa bir şəxsin yanında işləmişdir. İşi öyrəndikdən sonra, özü müstəqil olaraq həmin fəaliyyətlə məşğul olmaq qərarına gəlmişdir. Lakin 2020-ci ildə xurma meyvəsinin alğı-satqısı ilə məşğul olmaq üçün əlində kifayət qədər vəsait olmadığından borc almağa məcbur olmuşdur. 2020-ci il tarixdə Göyçay sakini X5 ilə tanış olmuş və sonuncu ilə daşınmaz əmlak təminatlı borc pul almağa razılaşmışdır. Mülkiyyətində olan torpaq sahəsini və fərdi yaşayış evini aldığı borcun təminatı olaraq X2 adına keçirmək, pulu qaytardıqdan sonra həmin əmlakları öz adına geri qaytarmaq şərti ilə Lətifə Mirzəyeva ona 17.000 manat borc pul vermişdir. Həmin 17.000 manat pulun təminatı olaraq hazırki mübahisə predmeti olan Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsini və Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evini Göyçay sakini X2 adına keçirmişdir və aralarında 20 aprel 2020-ci il tarixli (4Ə-412 reyestrlə təsdiqlənmiş) alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin vəsaitlə xurma meyvəsi alıb (2020-ci ildə) Rusiaya Federasiyasına göndərmişdir. 10 aydan sonra Rusiya Federasiyasına satdığı xurma meyvəsinin pulu ona göndərilmişdir və o, artıqlaması ilə X2 pulunu qaytarmışdır və aralarında başlanmış 20 aprel 2020-ci il tarixli (4Ə-412 reyestrlə təsdiqlənmiş) alğı-satqı müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilmişdir. Beləliklə, o da həmin işdən pul qazanmış, qazandığı puldan X3 da əlavə pul vermişdir. Bundan sonra eyni ilə X5 ilə təkrar iş görmək istəsə də, hazırda onun evdən çıxmasını tələb edən İddiaçı əri X9 həmin şərtlərlə ona (daşınmaz əmlak təminatlı) 10 min manat borc pul verməyi təklif etmişdir. O, həmin təkliflə razılaşmışdır və təklif əsasında mülkiyyətində olan torpaq sahəsini və fərdi yaşayış evini aldığı borcun təminatı olaraq İddiaçı adına keçirmək, pulu Üzirə Hamidovaya qaytardıqdan sonra həmin əmlakları öz adına geri qaytarmaq şərti ilə 10.000 manat borc almaq barədə İddiaçı ilə razılaşmışdır. Birinci dəfə 2021-ci ilin aprel ayında X4 5.200 manat borc alıb, həmin borcun təminatı olaraq Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsini İddiaçı adına keçirmişdir və aralarında 20 aprel 2021-ci il tarixli (4Ə-399 reyestrlə təsdiqlənmiş) müqavilə bağlanmışdır. İkinci dəfə isə, 2022-ci ilin may ayında X4 4.500 manat borc alıb, həmin borcun təminatı olaraq Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evini İddiaçı adına keçirmişdir, aralarında 20 aprel 2021-ci il tarixli (4Ə- 399 reyestrlə təsdiqlənmiş) müqavilə bağlanmışdır və ondan 524 manat vergi tutulmuşdur. Həmin vəsaitlə xurma meyvəsi alıb (2021-ci ildə) Rusiaya Federasiyasına göndərmişdir. Təxminən 11 aydan sonra Rusiya Federasiyasına satdığı xurma meyvəsinin pulunu əldə etmiş və borclu olduğu 9.700 manat pulu X8 qaytarmaq üçün görüşmüşdür. X12 görüşəndə tamam başqa mənzərə ilə qarşılaşmışdır. Belə ki, əmlaklarını özünə geri qaytarmaq üçün X9 ondan 30.000 manat pul tələb etmişdir. Dəfələrlə bu məsələnin sülh yolu ilə həllinə cəhd etsə də, cavabdehlə razılaşma əldə etmək mümkün olmamışdır. Bundan sonra başa düşmüşdür ki, X9 və İddiaçı tərəfindən aldadılmışdır. X1 və İddiaçı torpaq sahəsini və fərdi yaşayış evini öz adına qaytarmaq qarşılığında ondan 60.000 manat pul tələb edirlər. Qeyd edir ki, xüsusi mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsini və Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evini İddiaçı 9.700 manata satması barədə həqiqi iradə ifadəsi olmamış, konkret olaraq aldadılmışdır. Bunda əvvəl də eyni üsulla (daşınmaz əmlak təminatlı) borc alıb qaytarmışdır və borcu qaytardıqdan sonra əmlaklarını geri qaytarmışdır. X9 ilə 5 il bir yerdə işləmişlər, sonuncuya inanmış, etibar etmiş və qeyd olunan qarşılıqlı razılığa gəlmişlər. Qeyd etməyi zəruri hesab edir ki, Göyçay rayonu Potu kəndində 1 sot torpağın qiyməti 1.500-3.000 manat arası dəyişir. 21 sot torpağın qiyməti sotu 1.500 manatdan hesablansa, (21 sot x 1.500 manat = 31.500 manat) 31.500 manat edir. Deməli, 4.500 manata İddiaçı adına rəsmiləşdirilən torpaq sahəsinin real bazar qiyməti 31.500 manatdır. 5.200 manata İddiaçı adına rəsmiləşdirilən Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evinin real bazar qiyməti isə 60.000 manat civarındadır. Mübahisələndirdiyi Göyçay rayon Notariat Ofisi tərəfindən 20 aprel 2021-ci il tarixli, 4Ə-399 reyestrlə təsdiqlənmiş alğı-satqı müqaviləsində göstərilən 5.200 manat dəyər və Göyçay rayon Notariat Ofisi tərəfindən 26 may 2021-ci il tarixli, 4Ə-533 reyestrlə təsdiqlənmiş alğı-satqı müqaviləsində göstərilən 4.500 manat dəyər görüntü xarakterlidir. Bu da əqdin görüntü xarakterli olmasını, əmlakların dəyərinin real qiymətini əks etdirməməsini sübuta yetirir. Göründüyü kimi, Göyçay rayon Notariat Ofisi tərəfindən 20 aprel 2021-ci il tarixli, 4Ə-399 reyestrlə təsdiqlənmiş müqavilə və Göyçay rayon Notariat Ofisi tərəfindən 26 may 2021-ci il tarixli, 4Ə-533 reyestrlə təsdiqlənmiş müqavilə formal xarakter daşımış, alğı-satqı müqavilələri bağlanarkən satıcı aldadılmış, Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsi və Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evi formal olaraq satılmış, satılan əmlakların dəyəri formal olaraq göstərilmişdir. Həmçinin qeyd edir ki, Göyçay rayon Notariat Ofisi tərəfindən 20 aprel 2021-ci il tarixli 4Ə-399 reyestrlə təsdiqlənmiş alğı-satqı müqaviləsində göstərilən 5.200 manat Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evinin dəyəri kimi və Göyçay rayon Notariat Ofisi tərəfindən 26 may 2021-ci il tarixli 4Ə-533 reyestrlə təsdiqlənmiş alğı-satqı müqaviləsində göstərilən 4.500 manat Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsnin dəyəri kimi reallığı əks etdirmir və həmin əmlakları qarşı tərəfin məhz həmin qiymətə almaları açıq-aşkar əsassızdır. Elə alıcı tərəfin əmlakları məhz həmin qiymətə almasının müqavilədə qeyd edilməsi aldatmanın əvvəlcədən düşünüldüyünü, planlaşdırıldığı qənaətini formalaşdırır. Hesab edir ki, o, vacib əhəmiyyətli yanılmanın təsiri altında hərəkət etdiyindən əmlakların alğı-satqısına dair bağlanmış müqavilələr etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi və izahatında bildirdi ki, ilk iddia əsassızdır. Bu səbəbdən, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin (ilk iddiaya eyni məzmunlu etirazın) məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Nümayəndə izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Göyçay rayon notariat ofisinin xüsusi notariusu P.Nəcəfli tərəfindən 20 aprel 2021ci il tarixdə 4Ə-399 reyestr sayı ilə təsdiq edilmiş AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən, ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evini 5.200 manata İddiaçı satmışdır. - Göyçay rayon notariat ofisinin xüsusi notariusu P.Nəcəfli tərəfindən 26 may 2021ci il tarixdə 4Ə-533 reyestr sayı ilə təsdiq edilmiş AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən, ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsini 4.500 manata İddiaçı satmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı ərazi idarəsi tərəfindən verilmiş 31 mart 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən, ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Hazırki iş üzrə ilk iddianın əsasını alğı-satqı müqavilələri təşkil etdiyi üçün məhkəmə hesab edir ki, ilk öncə qarşılıqlı iddia tələbinə və bunun əsasında ilk iddiaya hüquqi qiymət verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddia tələbində Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini ilk iddia üzrə iddiaçının həyat yoldaşından aldığı 9.700 manat borc əvəzinə İddiaçı adına sənədləşdirildiyini, sövdələşmələrinə görə həmin borc pulu qaytardıqdan sonra aralarında bağlanmış alğı-satqı müqavilələrinin ləğv ediləcəyini, lakin borcu qaytarmaq istəsə də, İddiaçı ərinin ondan əlavə vəsait tələb etdiyini, alğı-satqı müqavilələrində satılan daşınmaz əmlakların real bazar qiymətinə uyğun göstərilmədiyini, bu da özlüyündə həmin müqavilələrin görünüş üçün bağlandığına dəlalət etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına əsasən mənzilin hansı qiymətə satılıb alınması və əvəzinə pulun nə vaxt və hansı qaydada verilməsi alğı-satqı müqaviləsi tərəflərinin iradəsindən asılıdır. Mənzilin əvəzinə pulun verilməsi faktının əlavə hər hansı sənədlə təsdiq olunması mövcud qanunvericilikdə nəzərdə tutulmur və bu hal tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 mülkiyyətində olan, Göyçay rayonu Potu kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini İddiaçı satarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində əqdin etibarsız hesab edilməsinə əsas olan hallardan heç biri baş verməmiş, mübahisələndirilən əqdlər bağlanarkən lazımi subyektlərin iştirakı təmin edilmiş, razılaşdıqları qaydada əmlakların qiymətləri müqavilələrdə qeyd edilmiş, həqiqi iradə ifadələrini bildirərək, müqavilələri imzalamışlar. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 ötən müddət ərzində İddiaçı və sonuncunun həyat yoldaşı tərəfindən aldadılması, onun etibarından sui-istifadə edilməsi və əqdin etibarsızlığına səbəb olan digər əsaslarla hüquq-mühafizə orqanlarına, eləcə də məhkəməyə müraciət etməmiş, yalnız İddiaçı cavabdehlərə qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra, hazırki qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, Cavabdeh1 qarşılıqlı iddia tələbinin əsaslı olması ilə bağlı, yəni iddiaçının həyat yoldaşı X6 ona 9.700 manat məbləğində borc pul verməsi, həmin pulun təminatı olaraq hazırda mübahisələndirilən alğı-satqı müqavilələrinin bağlanmasını və ondan alğısatqı müqavilələrinin predmeti olan əmlakların geri qaytarılması üçün pul tələb etməsinə dair, başqa sözlə ifadə etdikdə alğı-satqı müqavilələrinin etibarsız sayılmasına əsas olan halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, qarşılıqlı iddia tələbinin əsası kimi istinad olunan hallar sübut olunmadığından məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı qarşı «alğı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilə bilməz. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini alğısatqı müqavilələri əsasında dəyərlərini ödəməklə əldə etmiş, həmin müqavilələr əsasında iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmış və adına müvafiq çıxarış verilmişdir. Alğı-satqı müqavilələrinin 11-ci bəndləri ilə satıcı Cavabdeh1 satdığı daşınmaz əmlakı alğı-satqı müqaviləsi bağlandığı andan alıcının faktiki sahibliyinə verəcəyinə dair öhdəlik götürmüş, hakin öhdəliklərini bu günədək icra etməmişdir. Bu səbəbdən, ilk iddia üzrə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evdən çıxarılma» tələbinə dair ilk iddiası təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat, qarşılıqlı iddia ərizəsinin təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evdən çıxarılma» tələbinə dair ilk iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən, ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evindən çıxarılmalı, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ilk iddia üzrə iddiaçıya aid edilməli; Cavabdeh1 İddiaçı qarşı «alğısatqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evdən çıxarılma» tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən, ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evindən çıxarılsın. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Cavabdeh1 İddiaçı qarşı «alğı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar