Məhkəmə qərarları › İş №2(046)-1463/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1463/2023

07.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1463/2023 07.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğum akt qeydinin bərpa olunaraq doğumun qeydə alınıb yeni doğum şəhadətnaməsinin verilməsinin Maraqlı şəxsnə həvalə olunması, doğum qeydində soyadının Haxverdiyeva, adının Tərifə, ata adının X7, milliyyəti azərbaycanlı, ana adının X8, milliyyəti azərbaycanlı, doğum tarixinin xx xxx 1958-ci il, doğulduğu yerin Ermənistan Respublikası Masis rayonu göstərilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək doğumun qeyd edilmə faktının müəyyən edilməsini, yeni doğum şəhadətnaməsi verilərək doğum qeydində soyadının Haxverdiyeva, adının Tərifə, ata adının X7, milliyyəti azərbaycanlı, ana adının X8, milliyyəti azərbaycanlı, doğum tarixinin xx xxx 1958-ci il, doğulduğu yerin Ermənistan Respublikası Masis rayonu göstərilməsinə, doğum şəhadətnaməsinin Maraqlı şəxsnə həvalə olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəçi tələbini belə əsaslandırmışdır ki, o, xx xxx 1958-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur. 1978-ci ildə Göyçay şəhər sakini X23 ilə ailə quraraq Göyçay şəhərinə köçmüşdür. X23 ilə nikahı 14 iyun 1979-cu il tarixdə Maraqlı şəxsndə qeydə alınmışdır. Valideynləri Ermənistan Respublikasından qaçqın düşərkən ona məxsus doğum haqqında şəhadətnamə Ermənistandakı evlərində qalmışdır. Hazırda bacısı mülkiyyətində olan evi ona bağışlamaq istəyir və bu məqsədlə notariat ofisinə müraciət edərkən ofisin əməkdaşı onun doğum haqqında sənədi tələb etmişdir. Doğum haqqında akt qeydinin bərpası üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxsndən ona bildirdilər ki, doğum akt qeydiyin bərpası üçün yaşadığı rayonun məhkəməsinə müraciət etməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişlər. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 göstərdi ki, Ərizəçi bacısıdır. Bacısı Ərizəçi xx xxx 1958-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur. Valideynləri Ermənistan Respublikasından qaçqın düşərkən bacısı Tərifəyə məxsus doğum haqqında şəhadətnamə Ermənistandakı evlərində qalmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 göstərdi ki, Ərizəçi bacısıdır. Bacısı Ərizəçi xx xxx 1958-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur.O,1978-ci ildəailə quraraq Göyçay şəhərinə köçmüş,lakin doğum haqqında şəhadətnamə valideynlərinin evində qalmışdır.Valideynləri Ermənistan Respublikasından qaçqın düşərkən bacısı Tərifəyə məxsus doğum haqqında şəhadətnamə Ermənistandakı evlərində qalmışdır. Onların atalarının adı Yəhya, analarının adı isə Fatmadır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X23 ilə X6 arasında nikah 14 iyun 1979-cu il tarixdə Göyçay rayon VVAQ Şöbəsində bağlanmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin və arayışların surətindən görünür ki, X24 xx.xx.1980-ci ildə Göyçay şəhərində, X25 23 avqust 1981-ci ildə Göyçay şəhərində, X26 xx.xx.1989-cu ildə Göyçay şəhərində anadan olmuş, ataları X23, anaları Ərizəçidır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X13 xx.xx.1952-ci ildə, X3 xx.xx.1968-ci ildə, X2 23 mart 1960-cı ildə anadan olmuş, ataları X10, anaları X4r. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki,ərizəçinin valideynləri X10 xx.xx.2006-cı il tarixdə, X11 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 29 noyabr 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X1 iddiası təmin edilmiş, X1 23 mart 1960-cı ildə Ermənistan Respublikasının Masis rayonu Dəmirçi kəndində doğumunun qeyd edilməsi, habelə doğum haqqında şəhadətnamədə ana qrafasında X11, ata qrafasında X10 göstərilməsi faktı müəyyən edilmiş hesab edilmişdir İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 05/11-375 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə baxılmış, ərizəçi tərəfindən şöbəyə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (valideyinlərin nikah haqqında şəhadətnaməsi, şəxsiyyəti təsdiq edəın sənəd, doğum haqqında tibbi şəhadətnamə) təqdim olunmadığına görə ərizənin təmin edilməsinin mümkün olmadığı qeyd edilmiş, habelə ərizəçiyə hüquqi faktın müəyyən edilməsi ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək doğumun qeyd edilmə faktının müəyyən edilməsi, yeni doğum şəhadətnaməsi verilərək doğum qeydində soyadının Haxverdiyeva, adının Tərifə, ata adının Yəhya, milliyyəti azərbaycanlı, ana adının X8, milliyyəti azərbaycanlı, doğum tarixinin xx xxx 1958-ci il, doğulduğu yerin Ermənistan Respublikası Masis rayonu göstərilməklə, doğum haqqında şəhadətnamənin verilməsini Maraqlı şəxsnə həvalə olunmasını xahiş etmişdir. Məhkəmə, işin faktiki hallarını araşdırıb hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən, ərizəçinin tələbi təmin edilməlidir. Belə ki, ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası , Masis rayonunda anadan olmuş, atası X12, anası isə X5r. Ərizəçinin doğum haqqında şəhadətnaməsini itirmişdir. O, bu məsələ ilə əlaqədar Göyçay Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, Qeydiyyat Şöbəsi bundan imtina edərək, ərizəçiyə məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxx 1958-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı "Haxverdiyeva”, adı "Tərifə”, ata adı "Yəhya”, doğum tarixi "xx xxx 1958-ci il”, milliyyəti "azərbaycanlı”, doğum yeri "Ermənistan, Masis rayonu”, ata qrafasında "atası X12, milliyyəti azərbaycanlı”, ana qrafasında "anası X8, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1958-ci il tarixdə, Ermənistan Respublikası , Masis rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı "Haxverdiyeva”, adı "Tərifə”, ata adı "Yəhya”, doğum tarixi "xx xxx 1958-ci il”, milliyyəti "azərbaycanlı”, doğum yeri "Ermənistan, Masis rayonu”, ata qrafasında "atası X12, milliyyəti azərbaycanlı”, ana qrafasında "anası X8, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar