Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1508/2021 13.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində 13 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsi haqqında JN-719F saylı şəhadətnamənin X4, Ərizəçi, X7 və X12 məxsus olması faktının müəyyən edilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişlər ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli qərarı ilə Göyçay rayonunun Potu kəndində torpağın mülkiyyətə verilməsi haqqında JN-719F saylı şəhadətnaməyə əsasən təsəsərufat başçısı 15 sentyabr 2014-cü ildə vəfat etmiş mərhum atası X8 olmaqla ümumi birgə mülkiyyətə torpaq sahəsi verilmişdir. Göyçay rayon Notariat Kontoruna əməliyyat aparmaq üçün sənədlər təqdim edərkən məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsi haqqında JN-719F saylı şəhadətnamədə X8 əvəzinə səhvən X6, Ərizəçi əvəzinə səhvən Ərizəçi Ağanisə oğlu, X13 əvəzinə səhvən X9, X17 əvəzinə səhvən X17 yazılmışdır. Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi JN-719F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adlarda olan səhvlərinin dəyişdirilməsi və bütün sənədlər eyni şəxsə məxsus olduğu halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən torpaq sahəsinə çıxarış veriləcəyini bildirmişdir. Buna görə də ərizəsinin təmin edilməsini xahiş etmişlər. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X3 surətindən görünür ki, X8 ilə X14 19.07.1977-ci il tarixdə Nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş X2 surətindən görünür ki, Ərizəçi 23.06.1974-cü il tarixdə, X13 07.04.1986-cı il tarixdə, X17 22.03.1978-ci il tarixdə anadan olmuşdur. X1, anaları X10r. Məhkəməyə təqdim edilmiş X5 surətindən görünür ki, X8 15.09.2014-cü il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-719F saylı Şəhadətnamənin surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21.07.1998-ci il tarixli qərarı ilə Göyçay rayonu Potu kəndində yerləşən 0.28 ha torpaq sahəsi X6, X14, Ərizəçi Ağanisə oğlu, X9 və X11 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 31.05.2021-ci il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-719F saylı torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə X8 əvəzinə “X6”, Umudov Əfqan Ağaisa oğlu əvəzinə “Ərizəçi Ağanisə oğlu”, X13 əvəzinə “X9” və X17 əvəzinə “X15” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi və ailə üzvlərinin adına verilmiş JN-719F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi, X13, X17 və X4 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-719F saylı Şəhadətnamənin Ərizəçi və ailə üzvləri X7, X12 və X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1508/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1508/2021
13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver