Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1512/2021 09.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və etibarlı sayılması tələbi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 02 mart 2005-ci il tarixli Göyçay rayon Tİ və MHQ İdarəsinin 7 saylı reyestr kitabında (1073) invertar nömrə ilə qeydə alınmış 3988 saylı qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanmda ümumi sahəsi 43.9 kv/m, yaşayış sahəsi 36.6 kv/m olan 2 otaqlı fərdi yaşayış evinə dair 13.05.2005-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişlər ki, 02 mart 2005-ci il tarixli Göyçay rayon Tİ və MHQ İdarəsinin 7 saylı reyestr kitabında (1073) inevrtar nömrə ilə qeydə alınmış və 3988 saylı qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 43.9 kv/m, yaşayış sahəsi 36.6 kv/m olan 2 otaqlı fərdi yaşayış evi Cavabdeh tərəfindən 13 may 2005-ci il tarixdə ona satılmış və həmin fərdi yaşayış evi ona təhvil verilmiş, fərdi yaşayış evini bütövlükdə qəbul etmiş və fərdi yaşayış evinin əvəzində cavabdehə 12000 manat məbləğində pul vermiş, cavabdeh isə həmin pul məbləğini qəbul etmişdir. Cavabdeh alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirməyi söz versə də bununla bağlı notariat kontoruna gəlməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etdiyi barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evini İddiaçı satmış, evin dəyərini İddiaçı təhvil almışdır. Aralarında yazılı müqavilə bağlanmışdır. Hal-hazırda həmin fərdi yaşayış evi İddiaçı istifadəsindədir. Səhətində olan problemə görə notariusa gedə bilməmişdur. Qeyd edir ki, ünvan 3 ünvanında 2 otaqlı fərdi yaşayış evi ilə bağlı İddiaçı qarşı heç bir tələbi və şikayəti yoxdur. Buna görə də mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arixtektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 3988 nömrəli 02.03.2005-ci il tarixli 07 nömrə ilə reyestr kitabına yazılmış Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 43.9 kv/m, yaşayış sahəsi 36.6 kv/m olan 2 otaqlı fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş 13.05.2005-ci il tarixli Müqavilədən görünür ki, Cavabdeh Göyçay rayon Tİ və MHQ İdarəsinin 7 saylı reyestr kitabında (1073) inevrtar nömrə ilə qeydə alınmış 3988 saylı qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 43.9 kv/m, yaşayış sahəsi 36.6 kv/m olan 2 otaqlı fərdi yaşayış evini İddiaçı 12.000 manat satmışdır. İş üzrə iddiaçının izahatını dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 13.05.2005-ci il tarixdə Göyçay rayon Tİ və MHQ İdarəsinin 7 saylı reyestr kitabında (1073) inevrtar nömrə ilə qeydə alınmış 3988 saylı qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 43.9 kv/m, yaşayış sahəsi 36.6 kv/m olan 2 otaqlı fərdi yaşayış evini İddiaçı 12.000 manat satmışdır. Həmin tarixdən bu vaxtadək fərdi yaşayış evi İddiaçı faktiki istifadəsindədir. Səhhətində olan problemlərlə əlaqədar həmin alqı satqı müqaviləsini notarial qaydada təsdiq edə bilməmişdir. Hazırda İddiaçı həmin fərdi yaşayış evinə dair Cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarlı sayılmasını məhkəmədən xahiş edir. 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəllənin 335.1-ci maddəsinə əsasən Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Həmin Məcəllənin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 13.05.2015-ci il tarixdə bağlanmış 02 mart 2005-ci il tarixli Göyçay rayon Tİ və MHQ İdarəsinin 7 saylı reyestr kitabında (1073) invertar nömrə ilə qeydə alınmış 3988 saylı qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanmda ümumi sahəsi 43.9 kv/m, yaşayış sahəsi 36.6 kv/m olan 2 otaqlı fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi etibarlı sayılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 13.05.2015-ci il tarixdə bağlanmış, 02 mart 2005-ci il tarixli Göyçay rayon Tİ və MHQ İdarəsinin 7 saylı reyestr kitabında (1073) invertar nömrə ilə qeydə alınmış 3988 saylı qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanmda ümumi sahəsi 43.9 kv/m, yaşayış sahəsi 36.6 kv/m olan 2 otaqlı fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi etibarlı sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1512/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1512/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver