Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1512/2022 26.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-079F saylı şəhadətnamədə (kod 4********) göstərilən 0,42 hektar torpaq sahəsinin, yəni mirasın faktiki qəbul edilməsinin müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X19 02 dekabr 1993-cü il tarixdə, anası X11 14 aprel 2011-ci il tarixdə vəfat etmişdir. Ondan başqa valideynlərinin X12 adlı bir oğulları da olmuşdur və sonuncu 14 yanvar 2007-ci il tarixdə vəfat etmişdir. Mərhum anasından Göyçay rayonu Kürd kəndində 0,42 ha həyətyanı torpaq sahəsi miras qalmışdır (torpağın mülkiyyətə verilməsinə dair JN-079F saylı şəhadətnamə (kod ********)). Mərhum analarının vəfatından sonra ondan qalan mirası qanun üzrə vərəsələrdən yalnız o, faktiki qəbul edib idarə etmişdir. Digər qanun üzrə birinci növbə vərəsə X12 mərhum analarının sağlığında Göyçay rayonu Şəhadət kəndində yaşasmış və mərhum analarının sağlığında vəfat etmişdir. Mərhum analarının ölümündən sonra mərhum Əhməd Əliyevin uşaqları miras əmlakı nə rəsmi, nə də faktiki qəbul etməmişlər. Cavabdehlər mirası qəbul etməsələr də, dəfələrlə xahiş etməsinə baxmayaraq müxtəlif bəhanələr gətirib mirası qəbul etməmələri barədə notariusa ərizə vermirlər. Bu səbəbdən də, miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı anası, miras qoyan X11 vəfat edən günədək və bundan sonra torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş, torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşamış, torpaq sahəsində olan ağaclara və bitkilərə qulluq etmiş, bütün kommunal xərc, vergi və rüsumları gecikdirmədən ödəmişdir. İddiaçının qardaşı Əhməd Əliyev isə 2007-ci ildə vəfat edənədək Şəhadət kəndində yerləşən özünə məxsus təsərrüfatda yaşamışdır, miras əmlakda yaşamamış, təyinatı üzrə istifadə etməmişdir. Bunu arxiv arayışı da təsdiq edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X15 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, X27 sağlığında mərhum nənəsi X3 miras qalmış, Göyçay rayonu Kürd kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsindəki evdə yaşamışdır. X27 nənəsi vəfat etməmişdən öncə, 2007-ci ildə vəfat etmişdir. X23 isə 2011-ci ildə vəfat etmişdir. Atası sağlığında nənəsindən miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsindəki evdə yaşadığından hesab edir ki, miras əmlak olan torpaq sahəsində onların da payı var. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və 3-cü şəxs Göyçay rayon notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdeh İlahə Seyidovanın izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - JN seriyalı 079F saylı, 40812048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 sayı qərarı ilə Göyçay rayonu Kürd kəndi ərazisində yerləşən 0,42 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. - Potu kənd Ərazi Nümayəndəliyinin 22 yanvar 2020-ci il tarixli 30 saylı arayışından görünür ki, X11 xx.xx.2011-ci il tarixədək Göyçay rayonu Kürd kəndində 1335 saylı təsərrüfatda pasport qeydiyyatında olmuş və yaşamışdır. - X13 Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 06 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X4 ölümündən sonra miras qalmış əmlaklardan ona çatası hissəsini qəbul etmir, etməmişdir, qəbul etmək niyyətində deyil. Gələcəkdə bununla əlaqədar məhkəmədə iddia qaldırmayacaq. - Milli Arxiv İdarəsinin X17 filialının 11 aprel 2022-ci il tarixli 132 saylı arxiv arayışından görünür ki, Göyçay rayon İHB-nin Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Şəhadət kəndinə aid 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabında ailə başçısı X12 olmaqla onun təsərrüfatında X4 adı yoxdur. Göyçay rayon İHB-nin Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Kürd kəndinə aid 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabında ailə başçısı X19 olmaqla arvadı X11 onun öhdəsindədir. X1 adı yoxdur. - Göyçay notariat ofisinin 13 may 2022-ci il tarixli 291 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən yaşayış evinə və torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Mülki Məcəllənin 1291-ci maddəsinə istinad edilməklə bildirilmişdir ki, miras şərikləri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün Göyçay rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. - xx.xx.2022-ci il tarixli 454 saylı arayışdan görünür ki, X19 xx.xx.1993-cü il tarixdə Göyçay rayonu Kürd kəndində kəskin beyin qan dövranının pozulmasından vəfat etmişdir. Bu barədə xx.xx.1993-cü il tarixdə 26 saylı akt qeydi aparılmışdır. - xx.xx.2022-ci il tarixli 368 saylı arayışdan görünür ki, X11 xx.xx.2011-ci il tarixdə Göyçay rayonu Potu kəndində kardiogen şokdan vəfat etmişdir. Bu barədə xx.xx.2011-ci il tarixdə 06 saylı akt qeydi aparılmışdır. - xx.xx.2020-ci il tarixli 147 saylı arayışdan görünür ki, X12 xx.xx.2007-ci il tarixdə Göyçay rayonu Şəhadət kəndində ağ ciyərin çatmamazlığından vəfat etmişdir. Bu barədə xx.xx.2007-ci il tarixdə 01 saylı akt qeydi aparılmışdır. - AZ-İV seriyalı 481270 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1937-ci il tarixdə Göyçay rayonu Şəhadət kəndində doğulmuşdur, atası Cavabdeh3 Fətullah oğlu, anası X8r. - AZ seriyalı 206373 saylı evlənmək haqqında şəhadətnamədən görünür ki, X16 ilə X7 arasında nikah 28 sentyabr 1971-ci il tarixdə 211 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Tağıyeva soyadı verilmişdir. - AZ-T seriyalı 126496 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Nümayəndə xx.xx.1957-ci il tarixdə Göyçay rayonu Kürd kəndində doğulmuşdur, atası X16, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri- formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə - vərəsənin mirasın açıldığı yerin notariat orqanına mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşulür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: məsələn, vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və sair hallar. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə - vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o, hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və sair hallar aiddir. Eyni zamanda miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən verilən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və sair. Lakin, yuxarıda qeyd olunduğu kimi, mirasın qəbuluna istər rəsmi, istərsə də faktiki yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə Göyçay rayonu Kürd kəndi ərazisində yerləşən 0,42 ha torpaq sahəsi mərhum X4 mülkiyyətinə verilmiş, miras qalmış mübahisəli torpaq sahəsinə X4 14 aprel 2011-ci il tarixdə vəfatından sonra qızı İddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş, həmin torpaq sahəsinə sahiblik və istifadə etmişdir. İddiaçı həmin torpaq sahəsində yerləşən evdə yaşamış, torpaq sahəsində olan ağac və bitkilərə qulluq etmiş, evi təmir etdirmiş, kommunal və sair xərcləri mütəmadi olaraq ödəmişdir. İddiaçı bu günədək həmin torpaq sahəsində yerləşən evdə yaşamaqla, miras əmlakı faktiki olaraq qəbul etmiş, öz mülkiyyəti kimi həmin əmlaka yiyəlik və sahiblik edir. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Mülki Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 fevral 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. Vərəsələrin dairəsinin müəyyən edilməsi irsi transmissiya ilə bağlı məsələnin həllində mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Məhkəmə cavabdeh X6 öz etirazının əsası kimi istinad etdiyi dəlillərlə bağlı qeyd edir ki, mülki qanunvericilik mirasın qəbulunun iki şərtini müəyyən etmişdir. Bunlardan biri, miras açıldığı andan qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbul edilməsi ilə bağlı notariat kontoruna ərizə verilməsi, biri də qanunla müəyyən olunmuş qaydada mirasın faktiki qəbul edilməsidir. İşin faktiki hallarından göründüyü kimi, X12 anası (miras qoyan) vəfat etməmişdən öncə vəfat etmişdir, vəfat etdiyi günədək isə miras əmlak olan torpaq sahəsində yerləşən evdə yaşamamış, ailə üzvləri ilə Göyçay rayonu Şəhadət kəndində yerləşən təsərrüfatda yaşamışdır. Cavabdehlər miras qoyan X3 miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş vaxt ərzində notariat kontoruna ərizə ilə müraciət etməmiş, eləcə də, mirası faktiki qəbul etməmişlər. İşin faktiki hallarından görünür ki, miras açılan andan 11 ildən çox vaxt keçmiş, bu müddət ərzində cavabdehlər mirasın faktiki qəbulunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi, cavabdeh tərəfin iddiaya etirazı əsaslı deyil. Azərbaycan Respublikası MPM-nin 305.1-ci və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2-ci və 307.2.9-cu maddələrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iddia tələbi ilə bağlı yekun olaraq qeyd edir ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakı miras açıldığı vaxt qızı İddiaçı qəbul etdiyi üçün, iddia təmin edilməli, X2 miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən 0,42 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilməli; həmin əmlak üzərində iddiaçının vərəsəlik və mülkiyyət hüququ tanınmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X2 miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən 0,42 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilməli; həmin əmlak üzərində İddiaçı vərəsəlik və mülkiyyət hüquqları tanınmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 miras qalmış Göyçay rayonu Kürd kəndində yerləşən 0,42 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilsin. Həmin əmlak üzərində İddiaçı vərəsəlik və mülkiyyət hüquqları tanınsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İ.B.Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1512/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1512/2022
26.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver