Məhkəmə qərarları › İş №2(046)-1530/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1530/2023

11.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1530/2023 11.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə Ərizəçi, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2ndan miras qalmış ünvan 2 fərdi yaşayış evinin və 319 kv.m torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi tələbini belə əsaslandırmışdır ki, Göyçay şəhəri, Mehman Muradov küçəsi 42 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mərhum X2nun mülkiyyət hüququ xx.xx.1997-ci il tarixdə, 3034 reyestr nömrəsilə dövlət qeydiyyatına alınmışdır. X2 14 iyun 1997-ci il tarixdə kəskin ürək damar çatışmazlığı xəstəliyindən vəfat etdi. Atasının vəfatından sonra tək vərəsəsi olaraq, dəfn və hüzürlə bağlı bütün lazımı işləri aparmış, həmçinin qeydiyyat orqanından xx.xx.1997-ci il tarixdə atasının ölüm haqqında şəhadətnaməsini almışdır. X1 ilə atasının nikahları xx.xx.1966-cı ildə pozulduğu üçün atasının vəfatından sonra tək vərəsə olaraq, atasından miras qalan fərdi yaşayış evini və torpaq sahəsi mülkiyyətinə qəbul edərək, təsərrüfatı idarə etməyə başlamışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq, 1998-ci il tarixdə yaşamaq üçün ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmişdir. Maddi vəziyyəti yaxşı olmadığı, həmçinin uşaqların məktəbə getməsi və digər şəxsi işləri ilə bağlı uzun müddət Azərbaycan Respublikasına gələ bilməmişdir. Rusiya Federasiyasında yaşadığı dövrdə həmin dövlətin vətəndaşlığını qəbul etmişdir. Uşaqlar biraz böyüdükdən sonra 2005-ci il tarixdə yenidən Azərbaycana qayıtmışdır. Mülkiyyətdə olan evi və atasının məzarını ziyarət etdikdən, sonra yenidən Rusiya Federasiyasına qayıtmalı olmuşdur. Azərbaycan Respublikasının ərazisində çox uzun müddət qalmadığı, həmçinin atasının tək vərəsəsi olmağı səbəbindən evi adına sənədləşdirilməsində maraqlı olmamışdır. Evin sənədləşdirilməsi məqsədilə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün 2023-cü ildə Göyçay rayon Notariat Ofisinə müraciət etdiyində ona mirasın qəbulu üçün Mülki Məcəllənin 1246-cı maddəsilə müəyyən olunmuş müddətin ötürülməsi səbəb göstərilərək, vərəsəlik şəhadətnaməsi verilməmişdir. 1998-ci ildən bu günə qədər fasilələrlə uzun müddət ölkədə yaşamamağı və ölkəyə gəldikdə isə əmlakın tək vərəsə olduğu üçün mülkiyyətində olması səbəbindən sənədləşmə aparmadığı üçün hər hansı bir dövlət orqanından və digər idarə, müəssisə, təşkilatlardan (İşıq, qaz, su idarələrindən) nə atasının nə də özünün adına arayış ala bilmir. Odur ki, X2ndan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 319 kv.m torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, izahat verərək bildirdi ki, Göyçay şəhəri, Mehman Muradov küçəsi 42 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mərhum X2nun mülkiyyət hüququ xx.xx.1997-ci il tarixdə, 3034 reyestr nömrəsilə dövlət qeydiyyatına alınmışdır. X2 14 iyun 1997-ci il tarixdə kəskin ürək damar çatışmazlığı xəstəliyindən vəfat etmiş,atasının vəfatından sonra tək vərəsəsi olaraq, dəfn və hüzürlə bağlı bütün lazımı işləri aparmış, həmçinin qeydiyyat orqanından xx.xx.1997-ci il tarixdə atasının ölüm haqqında şəhadətnaməsini almışdır. X1 ilə atasının nikahları xx.xx.1966-cı ildə pozulduğu üçün atasının vəfatından sonra tək vərəsə olaraq, atasından miras qalan fərdi yaşayış evini və torpaq sahəsi mülkiyyətinə qəbul edərək, təsərrüfatı idarə etməyə başlamışdır. 1998-ci ildən bu günə qədər fasilələrlə uzun müddət ölkədə yaşamamağı və ölkəyə gəldikdə isə əmlakın tək vərəsə olduğu üçün mülkiyyətində olması səbəbindən sənədləşmə aparmadığı üçün hər hansı bir dövlət orqanından və digər idarə, müəssisə, təşkilatlardan (İşıq, qaz, su idarələrindən) nə atasının nə də özünün adına arayış ala bilmir.Miras əmlakı qəbul edib orada müvəqqəti yaşaması üçün evi baldızı Sevil Əliyevaya vermişdir. Məhkəmədən X2ndan miras qalmış ünvan 2 fərdi yaşayış evinin və 319 kv.m torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Vəkil ərizəni müdafiə etdi, Ərizəçi izahatına oxşar izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Göyçay rayon Notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən ərizəyə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 göstərdi ki, Ərizəçi 1 qardaşı olmuş və həmin şəxs vəfat etmişdir. Ərizəçinin atasına məxsus Göyçay şəhəri, Mehman Muradov küçəsi 42 ünvanda yerləşən fərdi yaşayış evi vardır. Atasının vəfatından sonra Ərizəçi evə yiyələnmiş,2001-ci ildə onun bacısı Sevil Əliyevaya iki uşağı ilə birlikdə həmin evdə müvəqqəti yaşamasına icazə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 göstərdi ki, Göyçay şəhəri, Mehman Muradov küçəsi 42 ünvanda yerləşən fərdi yaşayış evi X8 məxsusdur. X9 vəfat etdikdən sonra yas mərasimi Göyçay şəhəri, Mehman Muradov küçəsi 42 ünvanda yerləşən fərdi yaşayış evində təşkil edilmişdir. Ərizəçi X11 yas mərasimini təşkil etmiş,xərcləri çəkmiş,evi qəbul edərək idarə etmişdir. Məhkəmə ərizəçinin və nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1957-ci ildə Göyçay şəhərində anadan olmuş, X2, anası X4r. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin 20 iyun 2023-cü il tarixli arayışından görünür ki, X9 ilə X6 arasında olan nikah 05 iyun 1966-cı il tarixdə 32 nömrəli akt qeydi ilə pozulmuşdur. İşə əlavə edilmiş X21 İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Göyçay şəhəri, Mehman Muradov küçəsində yerləşən iki otaqdan ibarət yaşayış sahəsi 36,7 kv.metr,ümumi sahəsi 43,6 kv.metr olan ev 42 şəxsi mülkiyyət hüququ əsasında X5 adına xx.xx.1997-ci il tarixdə, 3034 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, ərizəçinin X2 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 23 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş mirasın qəbulu ilə bağlı müddəti ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirməni üzrlü sayarsa uzada bilər. Ərizəçiyə ötürülmüş müddətin uzadılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DTİMHQİ tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 3034 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X8 məxsusdur. Tətbiq edilən hüquq normaları: xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR-i Mülki Məcəlləsinin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir.Mirasın şərtlə və ya müəyyən qəbul edilməsinə yol verilmir. Vərəsə,miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə,o,eləcə də vərəsəliyi açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə,mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər,vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda,vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində,onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər,bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. xx.xx.2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Təqdim edilmiş qeydiyyat vəsiqəsinə görə miras əmlaka Göyçay şəhəri, Mehman Muradov küçəsində yerləşən iki otaqdan ibarət yaşayış sahəsi 36,7 kv.metr,ümumi sahəsi 43,6 kv.metr olan ev 42 daxildir,evin 319 kv.metr olan həyətyanı torpaq sahəsi xüsusi mülkiyyətdə olmadığından mirasa daxil olmamışdır. Mirasın açıldığı xx.xx.1997-ci il tarixdə qüvvədə olmuş Azərbaycan SSR-i Mülki Məcəlləsinin 552-ci maddəsinə görə mirasın qəbul edilməsinin 2 üsulu vardır:1)vərəsə əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə,2)vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verdikdə.Göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Ərizəçi Qüseyin oğlu atası miras qoyan X9 xx.xx.1997-ci il tarixdə vəfat etdikdən sonra miras əmlak Göyçay şəhəri, Mehman Muradov küçəsində yerləşən 42 saylı evə yiyələnərək,2001-ci ildə evi müvəqqəti yaşaması üçün baldızı Sevil Əliyevaya vermiş,bununla da əmlakı faktiki surətdə idarə etməsini nümayiş etdirmişdir.Belə olan halda isə məhkəmə hesab edir ki,Göyçay şəhəri, Mehman Muradov küçəsi 42 ünvanda yerləşən fərdi yaşayış evinin miras açıldıqdan sonra Ərizəçi Quseyn oğlu tərəfindən miras əmlak qismində qəbul edilməsi faktı müəyyən edilməli, ərizə bu hissədə təmin olunmalıdır. 319 kv.metr torpaq sahəsinə münasibətdə məhkəmə hesab edir ki,ərizə təmin olunmamalı,belə ki,həmin torpaq sahəsi mirasa daxil olmamışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki,ərizə qismən təmin edilməlidir. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə qismən təmin edilsin. X3 miras qalmış Göyçay şəhəri, Mehman Muradov küçəsi 42 ünvanda yerləşən fərdi yaşayış evinin miras əmlak qismində Ərizəçi Qüseyin oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qalan hissədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar