Məhkəmə qərarları › İş №2(046)-155/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-155/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-155/2021 16.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh3 iştiraki ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 228 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdehlərə məxsus 6 ha torpaq sahəsini icarəyə götürdüyü TC 5050 markalı kombaynlı biçmişdir. Respublika üzrə taxıl zəmilərinin hər hektarı 38 manata müəyyən edildiyindən o da həmin qiymətə biçini həyata keçirmiş və cavabdehlər 228 manatı ona ödəməyi öz öhdələrinə götürmüşdür. Lakin cavabdehlər bu vaxta qədər həmin pulu ona ödəməmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ona məxsus torpaq sahəsində yetişdirilmiş taxıl məhsulunu kombaynla biçmiş, biçinin haqqı kimi ona 228 manat pul verməyi öhdəsinə götürmüşdür. Həmin pulu iddiaçıya ona görə verməmişdir ki, hesab edir ki, həmin kombayn anasına əmlak payı kimi verilməli kombayn olmuşdur. Bundan başqa digər cavabdeh olan atası və qardaşına bu tələbin heç bir aidiyatı yoxdur. Buna görə də iddianın rədd edilməsin xahiş etmişdir. İş üzrə digər cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Arolizinq ASC-nin Göyçay rayon bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, Arolizinq ASC-nin Yevlax RN Göyçay rayon bölməsinin mexanizatoru İddiaçı ona təhkim olunmuş TC-5050 markalı kombaynla Cavabdeh1 Burçalı oğluna məxsus 6 ha torpaq sahəsini biçnmişdir. Biçinin müqavilində Cavabdeh1 Burçalı oğlu ödəməli olduğu 228 manat pulu ödəməmişdir. Məhkəmə baxışı zamanı cavabdehin verdiyin izahatla müəyyən edilir ki, İddiaçı 2020-ci ilin taxıl biçini zamanı Cavabdeh3 məxsus torpaq sahəsində taxıl məhsulunu, icrayə götürdüyü kombayn vasitəsi ilə biçmiş, cavabdeh isə zəhmət haqqı kimi 228 manat pul ödəməyi öhdəsinə götürmüş, iddiaçı işi yerinə yetirdikdən sonra cavabdeh ona ödəməli olduğu 228 manat pulu ödəməmişdir. Аzərbaycan Рespublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışı zamanı İddiaçı 228 manat pulun digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona verilməsi barədə heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh3 qarşı qaldırılan hissədə təmin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırılan hissədə rədd edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 228 manat məbləğində pul vəsaiti Cavabdeh3 qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 228 manat və 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırılan hissədə rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh3 228 manat və 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar