Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1565/2023 19.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Məhəmməd oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı mirasda payının tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən daşınmaz əmlakın dövlət reyestrində **********86- 10301 № ilə qeydiyyatdan keçmiş 0,23 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən ibarət mirasda payının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar İddiaçı1, İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində **********86-10301 № ilə qeydiyyatdan keçmiş 0,23 hektar həyətyanı torpaq sahəsinin mərhum anaları X5 miras qalmış 1/9 hissəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən ibarət mirasda hər birlərinə 1/3 hissədə payının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar iddia tələbini belə əsaslandırmışdır ki, onların anası X28 23 fevral 1992-ci il tarixdə vəfat etmişdir. Mərhum anasından ümumi birgə mülkiyyətdə olan 0,23 ha torpaq sahəsinin 1/9 hissəsi və sahəsi 130,20 kv. m olan yaşayış evi miras qalmışdır. X3 01 iyun 1985-ci il tarixdə vəfat etmişdir. Mərhum analarının onlardan başqa aşağıdakı vərəsələri var: X46 - 2002-ci ildə vəfat etmişdir, X47 - Ukrayna vətəndaşıdır, X39 - 2004-cü ildə vəfat etmişdir. X52 - Ukrayna vətəndaşıdır, X53 - 20 oktyabr 2020-ci ildə vəfat etmişdir. X29 ölümündən sonra arvadı X40 azyaşlı uşaqları ilə birlikdə miras evdə yaşayırlar. Digər qanun üzrə birinci növbə vərəsələr valideynlərinin sağlığında ayrı ev tikib ata evini tərk etmişlər. Mərhum qardaşı X29 arvadı X40 ilə aralarında mirasa görə ixtilaf olduğu üçün miras əmlakı qanun üzrə vərəsələr arasında notariat qaydada bölə bilməmişlər və bu səbəbdən də mirasda paylarının tanınması tələbinə dair iddia ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6, X20, X52, X66, X41 və Göyçay rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçıların izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1- xx xxxx 1963-cü il tarixdə, İddiaçı2 xx xxxx 1971-ci il tarixdə anadan olmuş atası X42, anası X13r. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, X42 xx.xx.1985-ci ildə, X30 xx.xx.1992-ci ildə vəfat etmişlər. İşə əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X50 01 iyun 2023-cü il tarixli arxiv arayışından görünür ki, Göyçay rayon İHB-nın Şəhadət kəndi üzrə nümayəndəsinin 1-ci Ərəbcəbirli kəndində aid 1991-1995-ci illərə dair 12 nömrəli təsərrüfatbaşına kitabın 784-cü təsərrüfatında X31 ailə başçısı olmaqla öhdəsində 0,30 ha həyətyanı torpaq sahəsinin olması, yaşayış evinin ümumi sahəsi 74 kv.m, o, cümlədən yaşayış sahəsi 48 kv.m və ailə üzvləri oğlu X39, oğlu X52, oğlu X53, qızı İddiaçı2, gəlini X4, nəvəsi X32, gəlini X66, nəvəsi X21r. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın 1-ci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 may 2022-ci il tarixli arayışından görünür ki, X30 vəfat etdiyi 23 fevral 1992-ci ilədək Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində pasport qeydiyyatında olmuş və yaşamışdır. X9 vəfat etdiyi tarixədək onunla birgə yaşamış X33 (1985-ci ildə vəfat edib), X46 (2022-ci ildə vəfat edib), X47, X39 (2004-cü ildə vəfat edib), İddiaçı1, X52 (Ukrayna Respublikası), X53 (2020-ci ildə vəfat edib), İddiaçı2 varisləridir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0.23 ha torpaq sahəsi üzərində X14, X34, X22, İddiaçı2, X2, X7 X48, X15 1/9 hissədə və fərdi yaşayış evi üzərində X9 payı paydır, daşınmaz əmlakın dövlət reyestrində **********86- 10301 saylı nömrə ilə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 19 iyun 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X9 adına xx.xx.2022-ci il tarixdə Göyçay rayon notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 iyun 2023-cü il tarixli arayışından görünür ki, mərhum X9 (1992-ci ildə vəfat etdib) övladları mərhum X14 (2004-cü ildə vəfat edib) arvadı X4 təsərrüfat başçısı olmaqla nümayəndəliyin 16 nömrəli təsərrüfatbaşına kitabın 02-ci səhifəsində, oğlu- X20, qızı-X16(hal- hazırda Türkiyədə yaşayır), gəlini-X23 və nəvəsi- X24 ilə birlikdə qeydiyyatdadılar və yaşayırlar. Mərhumun övladı X52 (Ukraynada yaşayır) təsərrüfat başçısı olmaqla nümayəndəliyin 08 nömrəli təsərrüfatbaşma kitabın 90- cı səhifəsində arvadı-X43, qızı-Tarverdiyeva ldvira Niman qızı və oğlu-X49(hal-hazırda hərbi xidmətdədir) ilə birlikdə qeydiyyatdadılar və yaşayırlar. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 iyun 2023-cü il tarixli arayışından görünür ki, nümayəndəlikdə mövcud olan 2016-2020 və 2021 -2025-ci illərə aid təsərrüfatbaşına kitablarda mərhum X30 1992-ci ildə vəfat etdiyi üçün qeydiyyatı barədə məlumat yoxdur. Hazırda nümayəndəliyin 2016- 2020 və 2021-2025-ci illərə aid 08 nömrəli təsərrüfatbaşına kitabların 87 və 89 səhifələrində, 610 və 611 nömrəli təsərrüfatlarda ümumi sahəsi 130.2m2 olan, 3 otaqdan ibarət fərdi yaşayış evinin qeydiyyatı var və həmin təsərrüfatda mərhumun qızı İddiaçı1 təsərrüfat başçısı olmaqla, X44, Cavabdeh, X45 və X25 qeydiyyatdadırlar və yaşayırlar. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(046)- 141/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçılar X17, X18 Cavabdeh qarşı Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,23 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçilərinin paylarının müəyyən edilməsi barədə tələbi təmin edilmiş, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,23 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyətçilərin 1/9 hissədə payı ayrılmışdır. İşə əlavə edilmiş X10 xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X35 xx.xx.1992-ci il tarixdə vəfat etmiş nənəsi X8 qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmiş, etmir. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. İşə əlavə edilmiş X7 xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X20 xx.xx.1992-ci il tarixdə vəfat etmiş nənəsi X8 qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmiş, etmir. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. İşə əlavə edilmiş X1 xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X4 xx.xx.1992-ci il tarixdə vəfat etmiş qaynanası X8 qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmiş, etmir. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. İşə əlavə edilmiş X11 xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X36 xx.xx.1992-ci il tarixdə vəfat etmiş qaynanası X8 qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmiş, etmir. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 11 may 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 Cavabdeh ilə aralarında əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq normaları: xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR-i Mülki Məcəlləsinin 532-ci maddəsinə görə qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla,uşaqlar ( o cümlədən övladlığa götürənlər),ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir.Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə,miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə,o,eləcə də vərəsəliyi açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə,mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər,vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda,vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində,onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər,bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə,vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölrsə,ona çatası miras payını almaq hüququ,onun vərəsələrinə keçir. Həmin Məcəllənin 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə,vərəsəlik açıldığı gündən altı ay müddətində,mirasdan imtina etməyə haqlıdır.Bu halda o,qanun üzrə və ya vəsiyyə üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə,dövlətin və ya ayrıca dövlət,kooperativ təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina,mirası qəbul etməmək hallarından baş verən nəticələrə səbəb olur. Həmin Məcəllənin 557-ci maddəsinə əsasən vərəsə mirasdan imtina etdiyi halda və vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə onun payına düşən miras hissəsi qanun üzrə vərəsəliyə çağırılan vərəsələrin səroəncamına keçi rvə onların arasında bərabər payda bölünür. Azərbaycan Respublikası Mülkt Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: Tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, miras əmlaka X19 məxsus Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən ümumi sahəsi 130,20 kv.metr olan fədi yaşayış evi və həmin evin 0,23 ha torpaq sahəsinin 1/9 hissəsi daxildir.Miras qoyan X12 23 fevral 1992-ci il tarixdə vəfat etməsi ilə vərəsəlik açılmışdır.Vərəsəliyin açılması zamanı xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR-i Mülki Məcəlləsinin 532-ci maddəsinə görə iddiaçılar İddiaçı1 və İddiaçı2 miras qoyanın uşaqları olmaqla birinci növbə vərəsə hesab edilirlər.Cavabdeh iddia ərizəsinə görə miras qoyanın oğlu 20 oktyabr 2020-ci ildə vəfat etmiş X29 arvadıdır.Miras qoyanın qanun üzrə vərəsəlik zamanı 7 vərəsəsi vardır. İddiaçılar İddiaçı1, İddiaçı2,cavabdehin əri X53, X46, X39,X54,X52. X46 2002-ci ildə,X39 2004-cü ildə və X53 2020-ci ildə vəfat etmişlər.Birinci növbə vərəsələrdən X26 arvadı X36 və qızı X35, X14 arvadı X4 və oğlu X20 miras əmlakı qəbul etməmələri barədə notariat qaydasında təsdiq edilmiş ərizə verdiklərindən,mirası qəbul etməkdən imtina etmişlər.X47 və X52 isə Ukrayna Respublikasında yaşadıqlarından vərəsəlik açıldıqdan sonra mirasın qəbul edilməsi ilə bağlı öz hüquqlarından istifadə edərək mirası əmlakı əldə etmək və almaq niyyətlərini ifadə etməmişlər və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirilməsi iş materialları ilə sübut olunmur. Belə olan halda isə məhkəmə hesab edir ki, miras əmlakdan imtina edən vərəsələrin payları mirası qəbul etmiş vərəsələrin paylarına əlavə edilməli,iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh arasında bərabər şəkildə 3 hissəyə bölünməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 X8 miras qalmış Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən sahəsi 130,20 kv.metr olan fərdi yaşayış evində hər birisinin 1/3 hissədə və sahəsi 0,23 ha torpaq sahəsinin 1/9 hissəsinin 1/3 hissədə payı müəyyən edilməli, bununla iddia təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq,Göyçay Rayon Məhkəməsi qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 X8 miras qalmış Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən sahəsi 130,20 kv.metr olan fərdi yaşayış evində hər birisinin 1/3 hissədə və sahəsi 0,23 ha torpaq sahəsinin 1/9 hissəsinin 1/3 hissədə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1565/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1565/2023
19.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver