Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1591/2022 13.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X7 xüsusi mülkiyyətində olan Göyçay şəhəri, M.Hüseynzadə küçəsi 31A saylı binanın, 32 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, mərhum X17la anası İradə Həbullahova 1984-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından o, xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. X11 səhhətində psixoloji problemlər yarandığı üçün X17 onunla boşanmış, bundan sonra cavabdehlə ailə həyatı qurmuş, sonuncu Göyçay şəhəri, M.Hüseynzadə küçəsi 31A saylı binanın, 32 saylı mənzilinə köçərək, birgə yaşamışdır. X17 xx.xx.2006-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra cavabdehlə bir neçə ay öncəyə qədər mehriban mübahisəli mənzildə ailə üzvləri ilə birgə yaşasa da, sonradan aralarında mübahisə yaranmış və nəticə də Cavabdeh onu həmin mənzildə yaşamağa imkan verməmişdir. Qeyd edir ki, mübahisəli mənzili mərhum X17 anası İradə Həbullahova ilə birgə nikah dövründə əldə etmiş, sonuncu hazırda səhhətində olan xəstəliklə əlaqədar 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında stasionar qaydada müalicə olunduğundan ona məxsus əmlakı idarə edir. Hazırda cavabdeh qeyd edilən mənzildə yaşamağına imkan vermir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, mübahisəli fərdi yaşayış evi mərhum əri X4 miras qalmışdır. İddiaçı onun ögey oğludur. Aralarında mütəmadi olaraq mübahisələr olur. Buna görə də iddiaçının həmin evdə yaşamasını istəmir. Məhkəməyə təqdim edilmiş X6 surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. atası X12, anası X8r. Məhkəməyə təqdim edilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Saharə Hümbət qızı ilə xx.xx.1997-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş X9 surətindən görünür ki, X12 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, Göyçay şəhəri M.Hüseynzadə küçəsi bina 31A, 32 saylı mənzil X7 xüsusi mülkiyyəti kimi xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə tərəfləri dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, X2 ilə X5 birgə nikahından İddiaçı anadan olmuşdur. X2 iddiaçının anası X3 boşanmış, Cavabdeh ilə nikah bağlamışdır. X12 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Göyçay şəhəri, M.Hüseynzadə küçəsi 31A saylı binanın, 32 saylı mübahisəli mənzil X2nun xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı anadan olduğu vaxtdan mübahisəli mənzildə yaşanmış mübahisəyədək, yəni hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildiyi günədək mübahisəli fərdi yaşayış evində yaşamışdır. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında hüquq münasibətləri 1985-ci ildə yaranmışdır. İddiaçı mərhum atası X4 miras qalmış mübahisəli mənzildə 5 il fasiləsiz olaraq azyaşlı uşaqları ilə yaşamışdır. Hazırda cavabdeh Sahara Abdullayeva İddiaçı arasında olan ailə münasibətləri pozulduğundan cavabdeh İddiaçı həmin mənzildə yaşamağa imkan verməmişdir. Mübahisəli mənzil X2nun xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında hüquq münasibətlərinin xx.xx.1985-ci il tarixdə yaranmasını nəzərə alaraq, məhkəmə belə hesab edir ki, mülki mübahisə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normalarına uyğun şəkildə həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus evə köçürdüyü ailə üzvləri, onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsində burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mərhum atasına məxsus mənzildə doğulduğu gündən yaşamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələblərinə əsasən həmin evdən istifadə hüququ əldə etmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, İddiaçı köçmək istədiyi mənzildə evində cavabdeh tərəfindən hüququ pozulduğu günədək yaşamış, sonuncunun qanunsuz hərəkətləri nəticəsində yaşadığı evdən məhrum edilmişdir. İddiaçının yaşayış hüququnun pozulması aşkardır, bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, mübahisəli mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı iddia tələbimdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı olaraq köçmək istədiyim evdə yaşamışam və yaşadığım evdən məhrum olunmuşam. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin yaşadığı mənzil üzərində mülkiyyət hüquqları olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mərhum atasından miras qalmış Göyçay şəhəri, M.Hüseynzadə küçəsi 31A saylı binanın, 32 saylı mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid ediləmilidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Göyçay şəhəri, M.Hüseynzadə küçəsi 31A saylı binanın, 32 saylı mənzilə köçürülsün. Qərarın İcrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1591/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1591/2022
13.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver