Məhkəmə qərarları › İş №2(046)-1591/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1591/2023

05.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1591/2023 05.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Məhəmməd oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X15, Cavabdeh Əlövsəd oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlakda paylarının tanınması iddia tələbinə, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı miras əmlakda payının müəyyən edilməsi qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X12 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildən X19 çatmalı olan ½ hissədə və Ucar rayonu Qazyan kəndində yerləşən 0,29 ha torpaq sahəsi üzərində İddiaçı1 1/2 və İddiaçı2 1/2 hissədə paylarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək mərhum atası X12 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin və Ucar rayonu Qazyan kəndində yerləşən, həyətyanı və pay torpağının miras şərikləri kimi onların arasında qanunamüvafıq qaydada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Cavabdeh qarşılıqlı iddia predmetinin dəqiqləşdirilməsinə dair ərizə verərək mərhum atası X12 miras qalan ünvan 4 ünvanında yerləşən mənzildən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh çatmalı olan 1/2 hissədə və Ucar rayonu Qazyan kəndində yerləşən 0,29 ha torpaq sahəsi üzərində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh çatmalı olan 1/2 hissədə payının müəyyən edilməsi və həmin vərəsəlik payı üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil tam, Ucar rayonu Qazyan kəndində yerləşən torpaq sahəsi isə X16 paylı mülkiyyətindədir. (X5 Vəsilə Hüseyn qızının əri, İddiaçı2 isə atasıdır). X29 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X29 vəfat etməmişdən əvvəl də, sonra da, İddiaçı1 ünvan 6 ünvanında (mərhumla mənzili birgə nikah dövründə almışlar), İddiaçı2 isə Ucar rayonu Qazyan kəndində yerləşən qeyd edilən torpaq sahəsində yerləşən evdə yaşamışlar, həmin əmlaklara yiyələnmişlər, kommunal xərclərini və vergilərini ödəmişlər. X16 mülkiyyətində başqa əmlakı olmamışdır. Yəni, ondan qalmış miras əmlakı faktiki olaraq İddiaçı1 və İddiaçı2 qəbul etmişlər. Buna görə də faktiki qəbulu rəsmiləşdirmək üçün İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Göyçay rayon Notariat Ofisinə müraciət etsələr də notariusun xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cavabları ilə cavabdehlə aralarında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğundan notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Halbuki, cavabdeh miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı1 mərhum atasının ikinci arvadıdır və iddia etdiyi ünvan 4 ünvanında yerləşən mənzil birgə nikah dövründə deyil ondan xeyli əvvəl alınmışdır. Eyni zamanda Ucar rayonu Qazyan kəndində yerləşən mərhum atasından miras qalan fərdi yaşayış evi, pay torpağı və həyətyanı torpaq sahəsinin İddiaçı1 heç bir aidiyyatı yoxdur. Qeyd etdiyi Göyçay şəhərində yerləşən mənzil sahəsi və Qazyan kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi birinci növbəti vərəsələr kimi onların arasında bərabər qaydada bölünməli olduğu halda qarşılıqlı iddia üzrə cavabdehlər bundan imtina edərək onları miras payından məhrum etmək fikrindədirlər. Mərhum atası X1 ona müəyyən vaxtlarda qulluq edilməsi və dəfn olunması ilə bağlı, bütün xərcləri o, böyük qardaşı yerinə yetirmişdir. Cavabdehlərin bununla bağlı heç bir xidmətləri olmamışdır. Atasının və böyük qardaşının dəfn mərasimi onun həyətində olmuşdur. O cümlədən böyük qardaşının dəfn mərasiminin xərclərini 80% o yerinə yetirmişdir. ünvan 4 ünvanında yerləşən mənzilin mənzil - kommunal xidməti üçün mədaxil Qəbzinin bir qismi onun tərəfindən yerinə yetirilmişdir. Mərhum atasının pensiyasının üç ay müddətində İddiaçı1 alması üçün bütün sənədlərin atasının əmək haqqı kitabçasından başlayaraq, digər sənədlərin hazırlanması və Göyçay Dövlət Sosial Müdafiə fonduna, fondun bölmə rəisi Əliyev Bayrama təqdim edilməsi onun tərəfindən yerinə yetirilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etdi, qarşılıqlı iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş əri X12 ünvan 1 və Ucar rayonunun Qazyan kəndində yerləşən 0,29 ha torpaq sahəsi miras qalmışdır. Ərinin vəfatından sonra ondan qalmış miras əmlakı notariat ofisinə ərizə verməklə qəbul etmişdir.Cavabdeh isə mirası qəbul etməmişdir. Qanun üzrə birinci növbə vərəsələrdən Cavabdeh ilə aralarında mirasa dair ixtilaf olduğu üçün Göyçay rayon Notariat Ofisinin notariusu ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. İddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi X30 iddianı müdafiə etdi, qarşılıqlı iddianı etiraf etmədi, İddiaçı1 izahatına oxşar izahat verib iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, qarşılıqlı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, cavabdeh İddiaçı1 mərhum atasının ikinci arvadıdır və iddia etdiyi ünvan 4 ünvanında yerləşən mənzil birgə nikah dövründə deyil ondan xeyli əvvəl alınmışdır. Eyni zamanda Ucar rayonu Qazyan kəndində yerləşən mərhum atasından miras qalan fərdi yaşayış evi, pay torpağı və həyətyanı torpaq sahəsinin İddiaçı1 heç bir aidiyyatı yoxdur. Qeyd etdiyi Göyçay şəhərində yerləşən mənzil sahəsi və Qazyan kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi birinci növbəti vərəsələr kimi onların arasında bərabər qaydada bölünməli olduğu halda iddiaçılar bundan imtina edərək miras payından məhrum etmək fikrindədirlər. Mərhum atası X1 ona müəyyən vaxtlarda qulluq edilməsi və dəfn olunması ilə bağlı, bütün xərcləri o, böyük qardaşı yerinə yetirmişdir. Cavabdehlərin bununla bağlı heç bir xidmətləri olmamışdır. Atasının və böyük qardaşının dəfn mərasimi onun həyətində olmuşdur. O cümlədən böyük qardaşının dəfn mərasiminin xərclərini 80% o yerinə yetirmişdir. ünvan 4 ünvanında yerləşən mənzilin kommunal xərclərinin bir hissəsi onun tərəfindən ödənilmişdir. Mərhum atasının pensiyasının üç ay müddətində İddiaçı1 alması üçün bütün sənədlərin atasının əmək haqqı kitabçasından başlayaraq, digər sənədlərin hazırlanması və Göyçay Dövlət Sosial Müdafiə fonduna təqdim edilməsi onun tərəfindən yerinə yetirilmişdir. İddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə Göyçay rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 Vəsilə Hüseyn qızı ilə 06 mart 199-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşə əlavə edilmiş doğum haqqında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 xx.xx.1960-cı ildə Ucar rayonu Qazyan kəndində anadan olmuş, atası X29, anası X13r. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Əlövsəd oğlu xx.xx.1961-cı ildə Ucar rayonu Qazyan kəndində anadan olmuş, atası X29, anası X13r. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X29 xx.xx.2020-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki,satıcı X31 özünə məxsus olan Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 29, 39 saylı mənzili alıcı X3. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı qaqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarixli ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 29, 39 saylı mənzil tam mülkiyyət hüququ üzrə X16 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 97 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı qaqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Ucar rayonu Qəzyan kəndində yerləşən 2,05 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X16,İddiaçı2,X20,X8,X15,X9,X10 adlarına daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Ucar rayon İHB-nın Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 iyul 2023-cü il tarixli arayışından görünür ki, X19 verilmiş Ucar rayonu Qazyan kəndində yerləşən 2,05 ha həyətyanı torpaq sahəsindən İddiaçı2 Əlövsət oğlu istifadə edir və vergilərini ödəyir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 13 iyun 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı1 Cavabdeh ilə aralarında əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 05 iyul 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı2 Cavabdeh ilə aralarında əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 dekabr 2020-ci il tarixli arayışından görünür ki, X29 vəfat etdiyi tarixədək Göyçay şəhəri, M.Hüseynzadə küçəsi 29, 39 saylı mənzildə ailə üzvləri arvadı İddiaçı1, oğlu X32,oğlu İddiaçı2,oğlu Cavabdeh Əlövsəd oğlu və oğlu X21 olmuşdur. İşə əlavə edilmiş Göyçay «Şəhər Təsərrüfatı Birliyi»-in xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 şəhəri, M.Hüseynzadə küçəsi 29, 39 saylı kommunal evində qeydiyyatdadır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X27 23 avqust 2023-cü il tarixli arxiv arayışından görünür ki, Ucar rayonu Qazyan kənd XDS İcraiyyə Komitəsinə aid 1980-1982-ci illərə dair 5 nömrəli təsərrüfatbaşına kitabın 333 nömrəli təsərrüfatında X33 ailə başçısı olmaqla öhdəsində 0,12 ha həyətyanı torpaq sahəsinin olması, yaşayış evinin ümumi sahəsi 48 kv.m, o, cümlədən yaşayış sahəsi 60 kv.m və ailə üzvləri arvadı X23, oğlu X32, oğlu İddiaçı2 Əlövsət oğlu, oğlu Cavabdeh və oğlu X14r. İşə əlavə edilmiş iddiaçılar tərəfindən təqdim edilmiş Göyçay «Şəhər Təsərrüfatı Birliyi»-in xx.xx.2023-cü il tarixli Mənzil-Kommunal xidmət üçün mədaxil qəbzindən görünür ki, Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29 38 saylı mənzilə kommunal xidmətlərə görə ödənişlər edilmişdir. İşə əlavə edilmiş qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş Göyçay «Şəhər Təsərrüfatı Birliyi»-in xx.xx.2020-ci, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci il tarixli Mənzil-Kommunal xidmət üçün mədaxil qəbzlərindən görünür ki, Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29, 38 saylı mənzilə kommunal xidmətlərə görə ödənişlər edilmişdir. İşə əlavə edilmiş 9 saylı Notariat ofisində təsdiq edilmiş 09 sentyabr 2020-ci il tarixli ərizələrdən görünür ki, X32 və X24 Notariat ofisinə rəsmi şəkildə ərizə təqdim edərək bildirmişlər ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X16 ölümündən sonra miras qalmış onlara çatası payı qəbul etməmişlər. Miras əmlaka faktiki sahiblik və onu idarə etməyə başlamamışlar. Buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaqlar. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: Tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,miras qoyan X29 İddiaçı1 ilə 06 mart 1999-cu ildə nikaha daxil olduğundan,birgə nikah dövründə xx.xx.2003-cü ildə ünvan 1-u əvəzli surətdə alqı-satqı yolu ilə əldə etmişdir.Belə olan halda məhkəmə hesab edir ki,ünvan 1 miras qoyan X29 ilə İddiaçı1 ümumi əmlakı olduğuna görə həmin əmlakda İddiaçı1 bərabər payı müəyyən olunmuş hesab olunmalıdır. Ucar rayonu Qəzyan kəndində yerləşən 2,05 ha həyətyanı torpaq sahəsi də ümumi birgə mülkiyyətdə olduğundan,həmin əmlakda 7 nəfərin ümumi mülkiyyətçilərin bərabər payları müəyyən olunmaqla ,miras qoyan X16 1/7 payının olması nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki,miras əmlaka X25 məxsus ünvan 1-un 1/2 hissəsi və Ucar rayonu Qəzyan kəndində yerləşən 2,05 ha torpaq sahəsinin 1/7 hissəsi daxildir. Miras qoyan X17 17 iyul 2020-ci il tarixdə vəfat etməsi gün mirasın açıldığı vaxt sayılmalıdır.Miras açıldığı zamanı miras qoyan X17 qanun üzrə vərəsəlik zamanı 5 vərəsəsi olmuşdur:1)arvadı İddiaçı1,2)oğlu X32 3)oğlu İddiaçı2 Əlövsət oğlu,4) oğlu Cavabdeh və 5)oğlu X14r.X2 və X24 notariat qaydasında təsdiq edilmiş ərizə verərək miras əmlakdan imtina etdiklərini bildirmişlər. X32 və X7 xeyrinə imtina etdiyini bildirmədiyindən,Azərbaycan Respublikası Mülki Məcəllənin 1262-ci maddəsinin tələblərinə uyğun olaraq onları payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına əlavə edilməlidir.X4 və X11 mirasdan imtina etmələrini nəzərə alıb,məhkəmə hesab edir ki,miras əmlakın qalan 3 vərəsə arasında bölüşdürülməsinin mümkünlüyü yoxlanılmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki,mirasın qəbul edildiyini vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi və ya əmlaka sahiblik etməsi və ya əmlakı idarə eməyə faktiki başlaması hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. İş üzrə tədqiq edilmiş sübutlardan İddiaçı1 miras açıldıqdan sonra ünvan 1-a yaşaması,digər İddiaçı2 Ucar rayonu Qəzyan kəndində yerləşən 2,05 ha torpaq sahəsindən istifadə etməsi və vergiləri ödəməsi,Cavabdeh tərəfindən isə ünvan 1-a dair xx.xx.2020-ci, xx.xx.2020-ci il,xx.xx.2020-ci tarixli kommunal xidmətlərin ödənilməsinə dair qəbzlərin təqdim edilməsi ilə miras əmlaka vərəsələr İddiaçı1,İddiaçı2 və Cavabdeh tərəfindən sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlaması,bununla da mirası qəbul etmək niyyətlərini açıq-aşkar nümayiş etdirmələri müəyyən olunmuşdur. Belə olan halda isə məhkəmə hesab edir ki, miras əmlak iddiaçılar İddiaçı1,İddiaçı2 və Cavabdeh arasında bölüşdürülməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 miras qoyan X12 miras qalmış ünvan 1-un 1/2 hissəsində və Ucar rayonu Qazyan kəndində yerləşən 2,05 ha torpaq sahəsinin 1/7 hissəsində hər birinin 1/3 payları müəyyən edilməli,bununla da iddia qismən təmin edilməli,Cavabdeh da müvafiq olaraq ünvan 1-un 1/2 hissəsində və Ucar rayonu Qazyan kəndində yerləşən 2,05 ha torpaq sahəsinin 1/7 hissəsində 1/3 payı müəyyən edilməklə qarşılıqlı iddiası qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq,Göyçay Rayon Məhkəməsi qət etdi: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 miras qoyan X12 miras qalmış ünvan 1-un 1/2 hissəsində və Ucar rayonu Qazyan kəndində yerləşən 2,05 ha torpaq sahəsinin 1/7 hissəsində hər birinin 1/3 payları müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh miras qoyan X12 miras qalmış ünvan 1-un 1/2 hissəsində və Ucar rayonu Qazyan kəndində yerləşən 2,05 ha torpaq sahəsinin 1/7 hissəsində 1/3 payı müəyyən edilsin. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar