Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1627/2025 24.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh avtomobilinə dəymiş ziyana görə 11650 manatın və ödənilmiş 124 manat 95 qəpik dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində olan “X9” markalı, ** CK *** dövlət nömrə nişanlı avtomobillə oğlu Rəşid Kərimov xx.xx.2025-ci il tarixdə saat 22:20 radələrində, Göyçay rayonu Natəvan küçəsi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, yol- nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, oğlu Rəşid Kərimov Göyçay rayonu Çayarxı kəndi ilə “Şirvanmest” qəsəbəsinin girişində, Natavan küçəsi ilə B.Mirzəyev küçəsinin kəsişməsində öz yolunda hərəkətdə olarkən, B.Mirzəyev küçəsindən surətlə hərəkət edən “Ford Transit” markalı avtomobil heç bir dönmə etmədən düz şəkildə əsas yola çıxaraq oğlu Rəşidin idarə etdiyi avtomobilin ön sol tərəfindən vurmuşdur. Zərbənin təsirindən avtomobil fırlanmış, arxa hissəsi həmin «Ford Transit» markalı avtomobilə dəymişdir. Ford markalı avtomobil isə hərəkətinə davam edərək yolun sağındakı mağazanın qapısına və pilləkəninə dəyib dayanmışdır. Hədisə nəticəsində təmsil etdiyi şəxsin mülkiyyətində olan avtomobilin ön sol hissəsi, arxa sol hissəsi əzilmiş, ön tərəfdə hər iki hava şarları açılmışdır. Qəzanın baş verməsinə səbəb «Ford» markalı avtomobilin Natavan küçəsinə çıxarkən gözləməli olduğu halda gözləməməyi, oğlu Rəşidin yoluna çıxmağı və surət həddini aşmağı olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Göyçay rayon Polis şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmış və xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-in 327.1 -ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi barədə qərar Göyçay RPŞ-nin DYPB-nə göndərilmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-in 327.1 -ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 40 manat inzibati cərimə edilməsi barədə qərar qəbul edilmişdir. İşin hallarından göründüyü kimi, avtomobilə dəymiş ziyan Cavabdeh təqsirli hərəkəti nəticəsində baş vermişdir. Buna görə Cavabdeh avtomobilinə dəymiş ziyanı ödəməlidir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin Müstəqil eksperti X1 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “X9” markalı, ** CK *** dövlət nömrə nişanlı avtomobilin sıradan çıxmış ehtiyat hissələrinin alınması və bərpası üçün ümumilikdə 11650 manat vəsait tələb olunur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və izahat verərək bildirdi ki, avtoqəzanın baş verdiyi vaxtdan artıq 5 ay müddət keçmişdir. Həmin vaxtdan Cavabdeh bu vaxtda kimi təmsil etdiyi şəxsə dəymiş maddi zərəri aradan qaldırmamışdır. Sığorta şirkəti tərəfindən ona 5000 manat məbləğində pul ödənilmişdir. İddia ərizəsi üzrə tələb edilən məbləğdən 5000 manat pulun çıxarılmasına etiraz etmir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, yolnəqliyyat hadisəsi onun təqsiri ucbatından olsa da, heç bir yerdə işləmir,tələbədir,ona görə də tələb edilən məbləği tam ödəyə bilmir. Dəymiş ziyanı hissə-hissə ödəyəcəkdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş B0349751 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Land-Cruiser Prado» minik markalı ** CK *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi İddiaçıdur. İşə əlavə edilmiş avtomobillərin təmiri üzrə mütəxəssis X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1005 nömrəli arayışdan görünür ki, “Toyota X5” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin qəza zamanı cəmi 11650 manat məbləğində maddi ziyan dəymişdir. İşə əlavə edilmiş 13 may 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İşə əlavə edilmiş 08 may 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh və Kərimov Rəşid Elbrus oğlunun əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işi başlanması rədd edilmiş, Cavabdeh əməlində İXM-nin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Göyçay RPŞ-nin DYPB-nə göndərilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göyçay rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, “Toyota X5” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 11650 manat müəyyən edilmiş və qiymətləndirmə hesabatının xidmət haqqı 400 manat İddiaçı tərəfindən tam ödənilmişdir. İşə əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsindən görünür ki,İddiaçı məxsus »Toyota Land-Cruiser Prado» markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasında sığortalanmış, sığorta məbləği 5000 manat təyin edilmiş, xx.xx.2025-ci il saat 18.27.52-dən xx.xx.2026-cı il saat 18.27.52-dək şəhadətnamə qüvvədədir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən,mexanizmlərdən,yüksək gərginlikli elektrik enerjisindən,atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi,tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar,bu şərtlə ki,zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə görə üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2,13.1,13.2,52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2023cü il tarixli qərarına görə 1. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir.
2. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
3. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 22.20 radələrində idarə etdiyi “Ford Transit” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri, B.Mirzəyev küçəsi ilə Natəvan küçəsinin kəsişməsində hərəkətdə olarkən Bakı şəhəri istiqamətində hərəkətdə olan sürücü Kərimov Rəşid Elbrus oğlunun idarə etdiyi “Toyota X5” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Beləliklə xx.xx.2025-ci il tarixdə saat 22.20 radələrində Göyçay şəhəri, B.Mirzəyev küçəsi ilə Natəvan küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mülki hüquq pozuntusu Cavabdeh törətməsi müəyyən olunduğundan,məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu törətmiş cavabdeh vurduğu zərərin əvəzini ödəməyə borcludur. Sığorta şirkəti tərəfindən İddiaçı sığorta ödənişi olaraq 5000 manat ödənilmiş, dəymiş ziyan isə 11650 manat tələb edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına və avtomobillərin təmiri üzrə mütəxəssisin vermiş olduğu xx.xx.2025-ci il tarixli 1005 nömrəli arayışa görə dəymiş zərər 11650 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qiymətləndiricinin hesabatını və mütəxəssisin arayışını digər sübutlarla müqayisəli şəkildə təhlil edərək mötəbər sübut qismində qəbul edir və nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, “Toyota X5” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 11650 manat məbləğində müəyyən olunmalı, İddiaçı 5000 manat məbləğində sığorta ödənişi verildiyindən, dəymiş zərərin qalan hissəsi 6650 manat (11650-5000=6650) məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 124 manat 95 qəpik dövlət rüsumundan və qiymətləndirilmə hesabatının xidmət haqqı 400 manat , cəmi 524 manat 95 qəpikdən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 124 manat 95 qəpik və 400 manat qiymətləndirilmə hesabatının xidmət haqqı alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 6650 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 524 manat 95 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elçin Qurbanov