Məhkəmə qərarları › İş №2(046)-1637/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1637/2024

22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1637/2024 22.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi atalıq faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, 28 fevral 1938-ci ildə Göyçay şəhərində anadan olmuş X15 ilə qohumluq münasibətlərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxxx 1958-ci il tarixdə X20 ilə X2 nikahından doğulmuşdur. Onun mərhum X1 və mərhum bibisi X15 ilə ümumi birgə mülkiyyətlərində ünvan 1 ünvanda 0,0252 ha həyətyanı torpaq sahəsi və üzərində mərhum anası ilə paylı mülkiyyətində fərdi yaşayış evi var. (27 avqust 2020-ci il tarixli **********90-10301 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış). X1 17 dekabr 2002-ci il tarixdə, bibisi X15 26 oktyabr 2003-cü il tarixdə vəfat etmişlər. Mərhum bibisi ilə ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin miras hissəsinə qanun üzrə vərəsəlik hüququ əldə etmək məqsədi ilə sənədləri hazırlayarkən notarius mərhum bibisinin qanun üzrə birinci vərəsələri olan mərhum babası X13 və nənəsi X9 ölüm haqqında şəhadətnamələrini təqdim etməsini tələb etmiş və o, həmin sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsinin icrası qaydasında mərhum babası X13 və nənəsi X9 ölüm haqqında şəhadətnamələrini əldə etmişdir. Buna baxmayaraq vərəsəlik hüququ əldə etmək üçün Göyçay rayon Notariat Ofisinə müraciət edərkən X5nın bibisı olmasını təsdiq edə biləcək sonuncunun və mərhum atasının doğum haqqında şəhadətnamələrin təqdim edilməsi ondan tələb olunmuşdur. Lakin Maraqlı şəxsndə mərhum atasının doğum qeydi aşkar edilməmiş və o, mərhum bibisinin miras əmlakına qanun üzrə vərəsəlik hüququ əldə edə bilməmişdir. X10 onun bibisi olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Çünki mərhum atası vəfat etdiyi üçün onun doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi qeyri-mümkündür. X5 ilə qohumluq münasibətlərinin müəyyən edilməsi mərhumun miras əmlakına vərəsəlik hüququ əldə etməyim üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X18 göstərdi ki, Ərizəçi onun qonşusu olmuşdur. X15 ərizəşi ilə birlikdə yaşamışdır. X6 olmuş və 26 oktyabr 2003-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X18 göstərdi ki, ərizəçi onun bibisi, X15 isə atasının bibisi olmuşdur. X8 olmuş və ərizəçi ilə birlikdə yaşamışdır. Qədirova Zərifə 26 oktyabr 2003-cü il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Yazılı sübut qismində işə əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X12 28 iyun 2024-cü il tarixli 116 saylı arxiv arayışından görünür ki, Zərifə Qədirova 15 fevral 1938-ci ildə doğulmuş, atası X22, anası X11r. 19 avqust 1992-ci il tarixli vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, Göyçay şəhəri, Nizami küçəsi 94 saylı evdə yaşayan X7 özünə məxsus olan Göyçay şəhəri, Nizami küçəsi 94 saylı evi Ərizəçi vəsiyyət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 27 avqust 2020-ci il tarixli çıxarışından görünür ki, Göyçay şəhəri, Nizami küçəsi 96 saylı ev X2, Ərizəçi və 0.025179 ha torpaq sahəsi isə X2, Ərizəçi X10 ümumi birgə mülkiyyətindədir. Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X7 arasında nikah 12 yanvar 1959-cu ildə bağlanmışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1958-ci il tarixdə anadan olmuş, atası X23, X1dır. Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X24 xx.xx.1946-cı il tarixdə, X16 xx.xx.1969-cu ildə, X23 xx.xx.1991-ci ildə, X19 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Maraqlı şəxs 04 fevral 2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1936-cı ildə Göyçay şəhərində anadan olmuş X10 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.1954-cü ildən xx.xx.2003-cü ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X10 nikah haqqında akt qeydi aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə iclasında təqdim araşdırılmış iş materialları və verilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, Ərizəçi Taleh qızı vərəsəlik hüququ əldə etmək üçün Göyçay rayon Notariat Ofisinə müraciət edərkən X5nın bibisı olmasını təsdiq edə biləcək lazımı sənədlərin təqdim edilməsi ondan tələb olunmuşdur. Lakin Maraqlı şəxsndə ərizəçinin mərhum atasının doğum qeydi aşkar edilməmiş və o, mərhum bibisinin miras əmlakına qanun üzrə vərəsəlik hüququ əldə edə bilməmişdir. X10 onun bibisi olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçi sənədlərin olmamasına görə onun vərəsə kimi tanına bilməməsi səbəbindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, Ərizəçi Taleh qızı ilə X5 arasında qohumluq münasibəti məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ərizəçinin atası mərhum X3 Zərifə Həkim qızının qardaşıdır. Ərizəçi ilə X15 arasında qohumluq münasibətlərini təsdiqləyən sənədlərin başqa qaydada alınması və ya bərpa edilməsi mümkün deyildir. Beləliklə, yuxarıda qeyd olunanları, ərizəçinin qohumluq münasibətlərini təsdiqləyən sənədləri başqa qaydada ala bilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, 28 fevral 1938-ci ildə Göyçay şəhərində anadan olmuş X15 ilə Ərizəçi Taleh qızının qohumluq münasibətdə olma (bibisi olması) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 28 fevral 1938-ci ildə Göyçay şəhərində anadan olmuş X15 ilə Ərizəçi Taleh qızının qohumluq münasibətdə olma (bibisi olması) faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar