Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-167/2021 21.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı və Cavabdeh Mahsun oğlunun iştirakı ilə, torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinə girişinə qadağa qoyulması tələbinə dair mülki işə 20 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Reystrindən RX ******* saylı çıxarışa əsasən mülkiyyətinə verilmiş Göyçay rayonunun Çaxırlı kəndində yerləşən 3.85 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinə cavabdehin daxil olmasına qadağa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişlər. Cavabdeh Mahsun oğlu mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh Mahsun oğluna qarşı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinə girişinə qadağa qoyulması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-167/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-167/2021
21.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver