Məhkəmə qərarları › İş №2(046)-1687/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1687/2022

02.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1687/2022 02.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 650 manat olan gül formalı brilyant üzük, 2000 manat dəyərində zəncir boyunbağı klonla, kale qaşlı qolbaq, qaşlı sırğa, dəyəri 300 manat olan vasmoyka üzük, dəyəri 280 manat olan meduza formalı üzük, dəyəri 230 manat olan halqa formalı üzük, dəyəru 350 manat olan alyans üç sırğa, dəyəri 500 manat olan iki ədəd qaşlı üzük, dəyəri 940 manat olan sünbül qolbaq və dəyəri 250 manat olan gül sırğanın, mövcud olmadığı halda qızıl-ziynət əşyalarının ümumi dəyəri olan 5500 manat pulun və dövlət rüsumu kimi ödədilmiş 75 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə nikah bağlamışlar. Nişan və toy mərasimində cavabdeh və ailə üzvləri ona qızıl-ziynət əşyaları olan - dəyəri 650 manat olan gül formalı briliyant üzük, 2000 manat dəyərində zəncir boyunbağı klonla, kale qaşlı qolbaq, qaşlı sırğa, dəyəri 300 manat olan vasmoyka üzük, dəyəri 280 manat olan meduza formalı üzük, dəyəri 230 manat olan halqa formalı üzük, dəyəru 350 manat olan alyans üç sırğa, dəyəri 500 manat olan iki ədəd qaşlı üzük, dəyəri 940 manat olan sünbül qolbaq və dəyəri 250 manat olan gül sırğanı əşyalarını hədiyyə vermişlər. Evləndikdə bir neçə gün sonra cavabdeh onu döyərək təhqir etməyə başlamışdır. Evdə ailə üzvlərindən məhrum olaraq, əsir vəziyyətində yaşamışdır. Cavabdeh və ailə üzvləri ona qarşı dözülməz münasibət bəsləmiş, onu özlərindən ayrı tutmuşlar. Evləndikdən sonra məlum olmuşdur ki, cavabdeh ağır dərəcəli nevroloji xəstəlikdən əzab çəkir, cavabdehin valideyinlərinə dəfələrlə bu barədə bildirsə də onlar “hər ailədə olan şeydir, kişi arvadını döyər” bildirmişdir. Bu cür münasibətin dözülməz olduğundan öz valideyinlərinə də bildirmışdır. 20 yanvar 2022-ci il tarixdə cavabdeh onu döyərək atasına məxsus Bığır kəndində yerləşən fərdi yaşayış evinə gətirmiş, anasına bu barədə bildirdikdən sonra, anası ona səbrli olmağını bildirmişdir. Gecə saatlarında cavabdeh onu yenidən evə aparmışdır. Ertəsi gün yəni 21 yanvar 2022-ci il tarixdə cavabdeh yenidən onu heç bir əsas olmadan döydüyündən Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə və valideynlərinə cavabdeh tərəfindən döyülməyi barədə zəng vuraraq bildirmişdir. Bir müddət sonra Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları və valideynləri cavabdehlə yaşadıqları ünvana gəlmişlər, döyülməyinin şahidi olmuşlar. Bundan sonra elə həmin gün cavabdehə məxsus evdən polisin nəzarəti altında valideynləri ilə çıxıb getmişdir. Evdən çıxarkən özü ilə heç bir qızıl-ziynət əşyası və digər əşya aparmamışdır. Bundan sonra Göyçay rayon Bığır kənd sahə rəisi X2 məndən izahat almışdır. Hadisədən 4-5 gün sonra polis şöbəsi tərəfindən ona verilmiş göndəriş ilə əlaqədar tibbi ekspertizadan keçmişdir. Daha sonra sahə rəisi X1 iştirakı ilə, cavabdehə məxsus evdən özünə məxsus geyim əşyalarınə götürmüş, həmin vaxt cavabdehə qızılziynət əşyalarının verilməsini tələb etsə də, cavabdeh buna etiraz edərək verməmişdir. Daha sonra nikahın pozulması ilə bağlı Göyçay rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsinə əsasən bağlanmış nikah pozulmuşdur. Hal-hazırda nişan və toy mərasimlərimdə ona hədiyyə edilmiş qızıl-ziynət əşyaları olan dəyəri 650 manat olan gül formalı brilyant üzük, 2000 manat dəyərində zəncir boyunbağı klonla, kale qaşlı qolbaq, qaşlı sırğa, dəyəri 300 manat olan vasmoyka üzük, dəyəri 280 manat olan meduza formalı üzük, dəyəri 230 manat olan halqa formalı üzük, dəyəru 350 manat olan alyans üç sırğa, dəyəri 500 manat olan iki ədəd qaşlı üzük, dəyəri 940 manat olan sünbül qolbaq və dəyəri 250 manat olan gül sırğa cavabdehin qanunsuz sahibliyində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdeh və ailə üzvləri toy mərasimindən sonra ona məxsus qızıl-ziynət əşyalarını gizlətmişdir. Evlilik dövründə heç bir qızıl-ziynət əşyasını taxmamışdır. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, İddiaçı onlara məxsus evdə heç bir qızıl-ziynət əşyası qalmamışdır. İddiaçı evdən çıxarkən bütün əmlakını və qızıl-ziynət əşyalarını özü ilə aparmışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə xəsarət yetirməsi sübuta yetirilmiş, Cavabdeh əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş, inzibati qaydada tədbir görülməsi üçün Göyçay RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay RPŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məhkəmə-tibi ekspert rəyindən görünür ki, İddiaçı bədəni üzərindən aşkar edilmiş xəsarətlərin xx.xx.2022-ci il tarixdə əmələ gəlməsi inkar edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərdir. Məhkəməyə təqdim edilmiş foto şəkillərdən görünür ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi qızıl-ziynət əşyaları, foto şəkillərdə öz əksini tapmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı məxsus qızıl-zinət əşyaları Cavabdeh qanunsuz sahibliyindədir. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçını vurduğundan, cavabdeh bu barədə Göyçay RPŞ-nə və valideyinlərinə məlumat vermiş, cavabdeh həmin evdən valideyinlərinin və polisin nəzarəti ilə çıxıb getmişdir. Onun həmin evdən çıxarkən, qızıl-ziynət əşyalarını özü ilə aparması ağlabatan deyildir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı məxsus iddia ərizəsində qeyd edilən qızıl-ziynət əşyaları cavabdehin qanunsuz sahibliyində qalmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 75 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, İddiaçı məxsus dəyəri 650 manat olan gül formalı brilyant üzük, 2000 manat dəyərində zəncir boyunbağı klonla, kale qaşlı qolbaq, qaşlı sırğa, dəyəri 300 manat olan vasmoyka üzük, dəyəri 280 manat olan meduza formalı üzük, dəyəri 230 manat olan halqa formalı üzük, dəyəru 350 manat olan alyans üç sırğa, dəyəri 500 manat olan iki ədəd qaşlı üzük, dəyəri 940 manat olan sünbül qolbaq və dəyəri 250 manat olan gül sırğanın, həmin qızıl-ziynət əşyaları mövcud olmadığı halda onların ümumi dəyəri olan 5500 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Dəyəri 650 manat olan gül formalı brilyant üzük, 2000 manat dəyərində zəncir boyunbağı klonla, kale qaşlı qolbaq, qaşlı sırğa, dəyəri 300 manat olan vasmoyka üzük, dəyəri 280 manat olan meduza formalı üzük, dəyəri 230 manat olan halqa formalı üzük, dəyəri 350 manat olan alyans üç sırğa, dəyəri 500 manat olan iki ədəd qaşlı üzük, dəyəri 940 manat olan sünbül qolbaq və dəyəri 250 manat olan gül sırğanın, həmin qızıl-ziynət əşyaları mövcud olmadığı halda onların ümumi dəyəri olan 5500 manat Cavabdeh alınaraq İddiaçı verilsin. 75 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar