Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1688/2022 11.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Ərizəçi mirasın qəbul edilməsi müddətinin üzürlü hesab edilməsi və müddətin uzadılması tələbinə dair ərizəsinə Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X4 miras qalmış ünvan 1i ünvanında yerləşən sahəsi 0.32 ha olan, ünvan 2 0.06 ha və onun üzərində olan 76.20 kv.metr olan fərdi yaşayış evi, ünvan 2 0.39 ha olan torpaq sahəsinə dair mirasın qəbul edilməsi üçün buraxılmış müddəti üzürlü hesab edilməsi, müddətin bərpa edilməsi və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyətı üzrə Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Mülki işə əlavə edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, mərhum X3 rayon Qaracallı kəndində yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Göründüyü kimi miras qoyan mərhum X2 yaşayış yeri Ucar rayon Qaracallı kəndi olduğundan, mülki işə miras qoyanın yaşayış yeri üzrə yəni Ucar Rayon Məhkəməsində baxılmalı olduğundan Ərizəçi ərizəsi ərazi aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsində baxılmalı deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Ərizəçi mirasın qəbul edilməsi müddətinin üzürlü hesab edilməsi və müddətin uzadılması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Ucar Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1688/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1688/2022
11.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver