Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1708/2023 14.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı, nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladları 2013-cü il təvəllüdlü X8 və 2015-ci il təvəllüdlü X11 Göyçay şəhəri H.Z.Tağıyev küçəsi 115 saylı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qohumları X25 ilə 2012-ci ildə ailə qurmuşdur. Ailə qurduqdan sonra Göyçay şəhəri H.Z.Tağıyev küçəsi 115 saylı fərdi evə köçmüşdür. Birgə nikah dövründə iki övladı anadan olmuşdur. 2012-ci ildən övladları ilə birlikdə həmin fərdi evdə yaşayır və qeydiyyatdadır. Fərdi evdə 01 iyul 2023-cü il tarixədək yaşamışdır. Fərdi yaşayış evi Cavabdeh1 mərhum həyat yoldaşı X9, mərhum qayınatası X15, Cavabdeh2 ümumi birgə mülkiyyətində olmuşdur. Həyat yoldaşı və cavabdehlərlə uzun müddət həmin evdə yaşamaqla orada ümumi təsərrüfatı idarə etmişdir. 05 iyul 2023-cü il tarixdə həyat yoldaşı X25 ağır cinayəti törətməkdə təqsirləndirilərək həbs edilmişdir. Həyat yoldaşı həbs edildikdən sonra cavabdehlər ona orada yaşamağa imkan vermədilər. Məcbur olub uşaqları ilə birlikdə həmin evi tərk etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona fərdi yaşayış evinə daxil olmağa icazə vermirlər. Onun və uşaqlarının hal-hazırda başqa yerdə yaşamağa imkanı yoxdur. Müvəqqəti olaraq bacısının yanında yaşayır. Bacısının ailə üzvləri bacısıgildə qalmağına etiraz edir. Hazırda bütün əşyaları yaşadığı Göyçay şəhəri H.Z.Tağıyev küçəsi 115 saylı evdə yerləşir. Cavabdehlərin etirazları: Cavabdeh1 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, Göyçay şəhəri, H.Z.Tağıyev küçəsi 115 saylı fərdi yaşayış evi mərhum əri X9 mülkiyyətində olmuş, onun vəfatından sonra isə vərəsəlik işinin açılması üçün Göyçay rayon Notariat Ofisinə müraciət etmişdir. Yəni gözlənilən mülkiyyət hüququ yaranıb. İddiaçı Əlisurət qızı və onun övladları şifahi razılıq əsasında ərinin mülkiyyətində olan fərdi yaşayış evinə qeydiyyata salınıblar. Mərhum ərinin mülkiyyətində olan fərdi yaşayış evində yaşamaları üçün nə əri ilə, nə də onunla müqavilə bağlamayıblar. Göyçay Rayon Məhkəməsinin icraatında olan 2(046)- 1708/2023 saylı iş üzrə baxılan, İddiaçı Əlisurət qızının verdiyi iddia ərizəsində onun özü qeyd etmişdir ki, o, xx.xx.2023-cü il tarixdə ərinin mülkiyyətində olan fərdi yaşayış evindən könüllü şəkildə çıxmış və hazırda həmin evdə yaşamır. Onun əri X25 isə xx.xx.2023-cü il tarixdən ağır cinayət törətdiyi üçün cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onlarla birlikdə yaşadıqları dövrdə onun əri X25 mərhum əri və onun barəsində qanunsuz hərəkətlər elədiyi üçün Göyçay rayon Polis şöbəsində onun barəsində araşdırma aparılmışdır. Beləliklə göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı və nümayəndəsi X12 iddianı müdafiə etdilər, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi, izahat verərək birdirdi ki, Göyçay şəhəri, H.Z.Tağıyev küçəsi 115 saydı fərdi yaşayış evi mərhum əri X9 mülkiyyətində olmuş, onun vəfatından sonra isə vərəsəlik işinin açılması üçün Göyçay rayon Notariat Ofisinə müraciət etmişdir. Hazırda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.Cavabdeh İddiaçı Əlisurət qızı və onun övladları şifahi razılıq əsasında ərinin mülkiyyətində olan fərdi yaşayış evinə qeydiyyata salınıblar. Mərhum ərinin mülkiyyətində olan fərdi yaşayış evində yaşamaları üçün nə əri ilə, nə də onunla müqavilə bağlamayıblar. Göyçay Rayon Məhkəməsinin icraatında olan 2(046)-1708/2023 saylı iş üzrə baxılan, İddiaçı Əlisurət qızının verdiyi iddia ərizəsində onun özü qeyd etmişdir ki, o, xx.xx.2023-cü il tarixdə ərinin mülkiyyətində olan fərdi yaşayış evindən könüllü şəkildə çıxmış və hazırda həmin evdə yaşamır. Onun əri X25 isə xx.xx.2023-cü il tarixdən ağır cinayət törətdiyi üçün cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etmədi,izahat verərək bildirdi ki, Göyçay şəhəri, H.Z.Tağıyev küçəsi 115 saydı fərdi yaşayış evi atası X26 məxsus olmuşdur.Atası vəfat edəndən sonra onun vərəsələri miras əmlakdan imtina etdiyi üçün ev digər qardaşı X9 adına rəsmiləşdirilmişdir.X2 o vaxt miras əmlakdan imtina etmişdir.İddianın təmin edilməməsini xahiş etdi. İş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin 25 iyul 2023-cü il tarixli çıxarışından görünür ki, X25 ilə X10 arasında nikah Göyçay rayon Qeydiyyat Şöbəsində 18 oktyabr 2013-cü il tarixdə 374 saylı aktla bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə İddiaçı birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X18 və xx.xx.2015-ci il tarixdə X22 doğulmuşdur. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X4 arasında nikah Göyçay rayon Qeydiyyat Şöbəsində 12 fevral 2008-ci il tarixdə 35 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2022-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2023-cü ildə vəfat etmişdir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixili məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X9 adına xx.xx.2023-cü il tarixdə mərhumun arvadı Cavabdeh1 ərizəsinə əsasən Göyçay rayon notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Lakın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsindən daxil olmuş sənədlərdən görünür ki,xx.xx.1989-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki,03 yanvar 1978-ci ildə ölmüş X23 əmlakı oğlu X19 göstərilən payda irs almalıdır. İşə əlavə edilmiş Rayonlararası Texniki İnventarlaşdırma Bürosunun qeydiyyat vəsiqəsinin surətindən görünür ki,Göyçay şəhəri K.Marks küçəsi 3 otaqdan ibarət,yaşayış sahəsi 94,4 kv.metr,ümumi sahəsi 135 kv.metr olan 117 saylı ev X13 xüsusi mülikiyyət hüququ üzrə məxsusdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri, X20 küçəsi 115 saylı ev daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi xx.xx.2023-cü ildə X9 adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X9 vərəsələri ünvan 1 ünvanında yaşayan arvadı Cavabdeh1, ünvan 2nvanında yaşayan xx.xx.2010-cu ildə anadan olmuş oğlu X5, onların hər biri miras əmlakdan ½ irs almalıdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri),habelə onun uşaqları və valideynləri aid edilir.Digər qohumlar,mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə ,onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa,mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki,ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları).Buna uyğun olaraq,şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa,həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir.Bunun davamı olaraq ,şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa,onda həmin şəxs Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.Konstitusiya Məhkəməsi qərara almışdır ki,Azərbaycan Respublikası Mənzil Məcəlləinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil,ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki,həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi,həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan,notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə tərəflər arasında Göyçay şəhəri, Z.Tağıyev küçəsi 115 saylı evdən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin 2012-ci ildə yaranmasını və mübahisəli evin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 əri X13 məxsus olmasını nəzərə alıb, hesab edir ki, mövcud mübahisə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq həll edilməlidir. Məhkəmə iddiaçı X6 mübahisəli evin mülkiyyətçisi olan Cavabdeh1 əri X7 ailə qanunvericiliyi əsasında özünün saxlanılmasını tələb etmək hüququnun olmamasını nəzərə alıb,hesab edir ki, iddiaçı X16 Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxil olmamışdır. Ona görə də onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmamışdır. Məhkəmə eyni zamanda iddiaçı X6 Göyçay şəhəri H.Z.Tağıyev küçəsi 115 saylı evdən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri əsasında istifadə hüququna malik olub-olmamasını da yoxlamalı olmuşdur. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçı X1 şəhəri H.Z.Tağıyev küçəsi 115 saylı evə 2012-ci ildə köçdükdən sonra evin mülkiyyətçisi olan Cavabdeh1 əri X19 ilə evdən istifadə edilməsi ilə əlaqədar notariat qaydasında təsdiqlənən yazılı razıraşma bağlamamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli evin mülkiyyətçisi Cavabdeh1 əri X19 ilə İddiaçı Əlisurət qızının evdən istifadə edilməsi ilə əlaqədar notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmadığından, İddiaçı Əlisurət qızının evdən istifadə hüququ əmələ gəlməmişdir. O ki qaldı,İddiaçı Əlisurət qızının Göyçay şəhəri H.Z.Tağıyev küçəsi 115 saylı evdə qeydiyyatda olması dəlilinə,məhkəmə nəzərə çatdırır ki,şəxsin yaşayış yeri üzrə qeydiyyatda olması onun yaşayış sahəsindən istifadə hüququnun olmasına dəlalət etmir. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Bu baxımdan məhkəmə şəxsin yaşayış yeri üzrə qeydiyyatda olmasının heç də onun yaşayış sahəsindən istifadə və ya istifadə etmək hüququnun olması mənasını kəsb etməməsini nəzərə alıb, yaşayış sahəsindən «istifadə etmək hüququnun» və «istifadə» hüququnun hüquqi əsaslarını yoxlamışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Əlisurət qızının Göyçay şəhəri H.Z.Tağıyev küçəsi 115 saylı evdən nə Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən istifadə etmək hüququ,nədə ki,Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən istifadə hüququ yaranmadığından onun uşaqları ilə birlikdə evə köçürülməsi tələbi təmin olunmamalı, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Göyçay şəhəri H.Z.Tağıyev küçəsi 115 saylı evə uşaqları ilə birlikdə köçürülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1708/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1708/2023
14.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver