Məhkəmə qərarları › İş №2(046)-1731/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1731/2021

12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1731/2021 12.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X11 onun xalası olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi ərizəsini müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Mərhum anası X13 1928-ci ildə Göyçay rayonunda anadan olmuş, X17 ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Hal-hazırda anasının yeganə varisdir. X1 05.05.2003-cü il tarixdə ürək asması xəstəliyindən vəfat etmişdir.Göyçay rayonu Aqrar İslahat Komissiyasının 21,07.1998ci il tarixli 39 saylı qərarı ilə Göyçay rayonu Ləkçıplaq kəndindən mərhum X1na və mərhum xalası X15 0.74 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi Məleykə və Fatma Veysəlovanın ümumi birgə mülkiyyətində olmuşdur. Onların ümumi birgə mülkiyyətində olmuş torpaq sahəsində inşa edilmiş evdə anası və xalasə vəfat edənədək bir yerdə yaşamışlar. X24, X25 vəfat edənədək xalasından miras qalmış evdə yaşayaraq onun zəruri qayğıları ilə məşğul olmuşam. X25 ailə həyatı qursa da övladı olmamış, bu səbəbdən həyat yoldaşından ayrılaraq daimi yaşamaq üçün Göyçay rayonu Ləkçıplaq kəndinə gəlmişdir. Anası və xalasından miras qalmış əmlakı faktiki idarə edərək mirasa sahib durmuş, anasının və xalasının başqa heç bir vərəsəsi yoxdur. Onların varisi olduğundan mərhum anası X2 və mərhum xalası X7 miras qalmış evə və torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat kontoruna müraciət edərkən məlum olmuşdur ki, xalasına məxsus doğum haqqında şəhadətnamədə ata və ana qrafasında zəruri məlumatlar qeyd edilməmişdir. Bu səbəbdən vərəsəlik işində xalası ilə anasının bacı olmasını sübut edə bilməmişdir. Onların bacı olmasını təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmədiyim üçün miras qalmış əmlakı adına rəsmiləşdirə bilmir. Bu səbəbdən, hüquqi əhəmiyyəti olan qohumluq münasibətində olma faktının müəyyən edilməsi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Təqdim edilmiş X9 təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. X3, X1dır. Təqdim edilmiş X10 təsdiq edilmiş surətindən görünür ki, X19 ilə X16 18.10.1968-ci il tarixdə nikah bağlamışlar, X12 Nəsirova soyadı verilmişdir. Təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-127A saylı Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Göyçay rayonu Ləkçıplaq kəndində X6 və Veysəlova Fatma Qasım qızına 0.74 ha torpaq sahəsi verilmişdir. Təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 13.07.2021-ci il tarixli arayışdan görünür ki, 1920-ci il tarixdə anadan olmuş X4 və 1928-ci il tarixdə anadan olmuş X11 doğum haqqında akt qeydləri Maraqlı şəxs arxivində aşkar olunmadı. Təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Göyçay Filialının 13.07.2021-ci il tarixli arayışından görünür ki, X4 1920-ci il tarixdə və X11 1928-ci il tarixdə anadan olmalarına dair arayış vermək mümkün olmamışdır. Təqdim edilmiş X5 təsdiq edilmiş surətindən görünür ki, X14 05.05.2003-cü il tarixdə, X20 20.10.2009-cu il tarixdə vəfat etmişlər. Ərizəçi mərhum X1nın və mərhum xalası X11 doğum aktı qeydini əldə edə bilmədiyindən mərhum xalası X11 onun xalası olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 20.10.2009-cu il tarixdə Göyçay rayonu Ləkçıkplaq kəndində vəfat etmiş X11 05.05.2003-cü il tarixdə vəfat etmiş X14 ilə bacı olmaları faktı və mərhum X11 Ərizəçi xalası olması faktı müəyyən edilsin. Bu qətnamə X11 adına olan əmlakların ikinci növbəli vərəsə olan Ərizəçinun adına qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar