Məhkəmə qərarları › İş №2(046)-1732/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1732/2021

08.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1732/2021 08.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Aqrar İslahat Komissiyasının 06.01,1998-ci il tarixli 42 nömrəli qərarı ilə X3, Baxışov Azər və X15 adına verilmiş 1.10 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən J№- 1421, KOD 40806018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının X4, X10 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Qarabaqqal kəndində ona və ailə üzvlərinə məxsus J№-1421 torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 1.10 ha torpaq sahəsi vardır. Həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edərək çixarış almaq itəyərəkdən məlum olmuşdur ki, dövlət aktının 1-ci adlı siyahısında X1 adı səhvən X11, 2ci adlı siyahısında X7 adı səhvən Baxışov Azər və 6-cı adlı siyahısında Ərizəçi adı səhvən X6 qeyd edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin ərizəçəyə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir.Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-1421 saylı dövlət aktından görünür ki, Göyçay rayon Qarabaqqal kəndində 1.10 ha torpaq sahəsi X5, Azər Baxışovun və X15 və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsin tərəfindən 07.07.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay şəhəri adlı siyahısında (DBF) 3075-ci qrafada X20, X21 və X8 ibarət ailə üzvlərinin adları qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş X17 surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. X16, atası X12r. Məhkəməyə təqdim edilmiş X26 görünür ki, X18 15.02.1961-ci il tarixdə anadan olmuşdur. X2, atası Ərizəçi Həsən oğludur. Məhkəməyə təqdim edilmiş X14 surətindən görünür ki, X18 08.11.2008-ci il tarixdə,X9 20.02.2004-cü il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-1421saylı dövlət aktında 1-ci adlı siyahısında X1 adı səhvən X11, 2- ci adlı siyahısında X7 adı səhvən Baxışov Azər və 6-cı adlı siyahısında Ərizəçi adı səhvən X6 qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi X7 ərizəsi təmin edilməli, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 17.09.1998-ci il tarixli 42 saylı qərarı əsasında Torpağa mülkiyyət hüququna dair JN-116 saylı dövlət aktının Ərizəçi, və ərizəçinin mərhum atası X13 və mərhum nənəsi X4 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Göyçay rayonu Aqrar İslahat Komissiyasının 17.09.1998-ci il tarixli qərarı əsasında Torpağa mülkiyyət hüququna dair JN-116 saylı dövlət aktının Ərizəçi, və ərizəçinin mərhum atası X10 və mərhum nənəsi X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar