Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-175/2024 04.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakda payın tanınması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X8ndan miras qalmış, ünvan 1 ünvanında yerləşən 0,034340 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinin, yəni 0,006868 ha torpaq sahəsində tam miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx xxx 1983-cü il tarixdə X32 ilə X4 05 sentyabr 1989-cu il tarixdə bağlanmış nikahından doğulmuşdur. X8 20 avqust 2016-cı il tarixdə vəfat etmişdir. Mərhum X8 vəfat edərkən onunla və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,034340 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Mərhum atasının vəfatından sonra qalan mirası faktiki qəbul edib idarə etmişdir. Hazırda da miras əmlak onun istifadəsində və sahibliyindədir. Belə ki, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin üzərində onun mülkiyyətində olan fərdi yaşayış evi mövcuddur. Mərhum X8nun ondan başqa aşağıdakı vərəsələri var: arvadı, yəni anası X17, birinci nikahından olan qızı X18 - vəfat etmişdir, birinci nikahından olan qızı X19, birinci nikahından olan oğlu Cavabdeh, birinci nikahından olan oğlu X33,qardaşı X34, bacısı X2. Qanun üzrə birinci növbə vərəsə, mərhum atasının birinci nikahından olan oğlu olan Cavabdeh miras əmlakı faktiki və ya rəsmi qəbul etmədiyi halda mirasın bölüşdürülməsi ilə bağlı onunla mübahisə yaratmışdır. Cavabdehlə ixtilaf səbəbindən miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ala bilməmiş və Göyçay rayon Notariat Ofisi məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənın baxış iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəməyə ərizə ünvanlayaraq, X8ndan miras qalmış həyətyanı torpaq sahəsinə miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X33, X19, X17, X34, X2 və Göyçay rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarından əlavə edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,034340 ha həyətyanı torpaq sahəsi X16, X4, X24, X5 və X20 ümumi birgə mülkiyyətindədir. Hüququ rəsmiləşdirilən şəxs İddiaçıdur. Göyçay rayon Qeydiyyat Şöbəsinin 16 mart 2024-cü il tarixli nikah akt qeydinin çıxarışından görünür ki, X32 ilə X6 arasında nikah xx.xx.1968-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Rzayeva soyadı verilmişdir. Göyçay rayon Qeydiyyat Şöbəsinin 16 mart 2024-cü il tarixli arayışlarından görünür ki, xx.xx.1969-cu ildə anadan olmuş X9, xx.xx.1970-ci ildə anadan olmuş X7, xx.xx.1971-ci ildə anadan olmuş Cavabdeh, xx.xx.1976-cı ildə anadan olmuş X21 X8, anası X3r. Göyçay rayon Qeydiyyat Şöbəsinin 16 mart 2024-cü il tarixli arayışından görünür ki, X32 ilə X10 arasında nikah xx.xx.1979-cu il tarixdə 10 saylı akt qeydi ilə pozulmuşdur. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X32 ilə X11 arasında nikah 05 sentyabr 1989-cu il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 196 akt qeydi ilə bağlanmış, nikah bağlandıqdan sonra arvada Rzayeva soyadı verilmişdir. Göyçay rayon Qeydiyyat Şöbəsinin 16 mart 2024-cü il tarixli arayışlarından görünür ki, xx.xx.1980-ci ildə anadan olmuş X5, xx.xx.1981-ci ildə anadan olmuş X24, xx.xx.1983cü ildə anadan olmuş İddiaçı X8, anası X12r. AZ-l 129949 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X22 arasında nikah 07 avqust 2004-cü il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 240 saylı akt qeydi ilə bağlanmış, nikah bağlandıqdan sonra arvada Məmmədyarova soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X23 xx.xx.1990-cı ildə, X32 xx.xx.2016-cı ildə ölmüşdür. Göyçay rayon İHB-nın şəhər inzibati ərazi nümayəndəliyinin 01 noyabr 2023-cü il tarixli arayışından görünür ki, vəfat edərkən Göyçay şəhəri, Z.Nəcəfov küçəsi dalan 1, 2 saylı evdə qeydiyyatda olmaqla yaşamış mərhum X16 ailə üzvləri- yoldaşı X17, qızları X2, X25, X19, oğlanları X34, İddiaçı, Cavabdeh, X26r. Göyçay rayon Notariat Ofisinin 27 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X14 miras qalmış əmlaka, mərhumun vərəsələri tərəfindən miras qəbul edilib-edilməməsi barədə ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin e-Notariat sistemində aşkar edilməmişdir. Göyçay rayon Notariat Ofisinin 26 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1301.1-cü maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında verilmiş şərhə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (MM1151.1-ci maddəsi). Miras qoyan X27 ünvan 1 ünvanında yerləşən 0,034340 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsi, yəni 0,006868 ha torpaq sahəsi məxsusdur. Miras qoyan X16 X17 adlı arvadı, X23, X23 (xx.xx.1990-cı ildə vəfat etmişdir) X19, Cavabdeh, X33, X34, X2, İddiaçı adlı uşaqları olmuşdur. Məhkəmə hesab edir ki, X23 miras açılmamışdan əvvəl (xx.xx.1990-cı ildə) öldüyündən, yəni miras qoyanın öldüyü məqamda sağ olmadığından qanun üzrə vərəsəlik zamanı vərəsə sayılmır, ona görə də miras əmlak 7 vərəsə arasında bölüşdürülməldir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri ilə mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də,bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnun qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır….vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb,hesab edir ki, miras qoyan X16 öldüyü məqamda qanun üzrə 7 vərəsəsi sağ olduğundan və qanunla müəyyən edilmiş müddət ərzində onlardan heç biri mirasdan imtina etmədiyindən, hər biri mirası qəbul etmiş hesab edilməli, miras əmlak 7 vərəsə- X17, X19, Cavabdeh, X33, X34, X2, İddiaçı arasında bölüşdürülməli, iddia qismən təmin olunmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli ünvan 2 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan mərhum X14 miras qalmış 0,006868 ha torpaq sahəsinin 1/7 hissəsi üzərində İddiaçı miras payı müəyyən edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan mərhum X14 miras qalmış 0,006868 ha torpaq sahəsinin 1/8 hissəsi üzərində İddiaçı miras payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-175/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-175/2024
04.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver