Məhkəmə qərarları › İş №2(046)-1766/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1766/2021

25.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1766/2021 25.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, X2 və Cavabdeh4 qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsinə Göyçay şəhərində 25 avqust 2021-ci il tarixdə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qalmış torpaq sahəsinin mərhum X3 tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və onun həmin əmlaka vərəsəlik hüququn tanınması, X3 vəfat etdikdən sonra ondan miras qalmış əmlakın onlar tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlaklar üzərində vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, cavabdehlərin ünvanlarının iddia ərizəsində düzgün qeyd etmədiyindən iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən MPM-nin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, X2 və Cavabdeh4 qarşı qanun üzrə vərəsəlik hüququnun tanınmasıtələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıların vəsatətinə əsasən geri qaytarılsın. Qərardaddan alındığı və ya təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar