Məhkəmə qərarları › İş №2(046)-1780/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1780/2022

14.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1780/2022 14.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 xx.xx.1945-ci il tarixdə Göyçay rayonu Mırtı kəndində anadan olması, doğum qeydində soyadının Məmmədov, adının Sovqat, ata adının X5, ana adının X2, milliyətinin Azrəbaycanlı olaraq qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışlar ki, xx xxxxxx 1945-ci il tarixdə Göyçay rayonunun Mırtı kəndində anadan olmuşdur. Sahibliyində olan torpaq sahəsinə mülkiyyət hüququnu qeydə aldırmaq istəyərkən məlum omuşdur ki, şəxsiyyət vəsiqəmdə adı Sovqat əvəzinə Sövqat kimi göstərilmişdir. Lakin uzun illər əvvəl sahibliyində olan ev yanarkən evdəki sənədləri də yandığından doğum haqqında şəhadətnaməsi olmamışdır . Şəxsiyyət vəsiqəsi almağı üçün doğum haqqında şəhadətnamə təqdim etməyi zəruri olduğundan doğum haqqında şəhadətnaməmin təkrarını almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsinin arxivində doğum qeydi tapılmamış və şöbə, məhkəməyə müraciət etməyimi tövsiyyə etmişdir.Buna görə də məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxsnə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Ərizəçi ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş Nikah Haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X7 xx.xx.1964-cü il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 xx.xx.1976-cı il tarixdə, X4 xx.xx.1965-ci il tarixdə, X15 xx.xx.1969-cu il tarixdə və X12 xx.xx.1974-cü il tarixdə anadan olmuşlar. X1r. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, 1942-1948-ci illər üzrə Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Göyçay filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki,Göyçay rayon Mırtı kənd XDS İcraiyyə Komitəsinin Mırtı kəndinə aid 1957-1959-cu illərə aid 03 nömrəli təsərrüfatbaşına kitabın 121-ci təsərrüfatında ailə başçısı X5 olmaqla öhdəsində aşağıdakı tərkibdə ailə üzvünün olmadı göstərilmişdir: Anası - X16 Arvadı – X2 Oğlu - X9 Qızı - X10 Oğlu - X17 Oğlu - X13 Məhkəməyə təqdim edilmiş Göyçay RPŞ-dən daxil olmuş fərdi uçot kartoçkasından görünür ki, X14 xx.xx.1945-ci il tarixdə Göyçay rayon Mırtı kənddində anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş AZE0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1945-ci il tarixdə Göyçay rayon Mırtı kənddində anadan olmuşdur. Məhkəmə hesab edir ki, Ərizəçinın doğum aktı qeydinin müəyyən edilməsini başqa qaydada əldə edə bilməz. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçinın ərizəsi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDI: Ərizə təmin edilsin. Ərizəçi X3 xx.xx.1945-ci il tarixdə Göyçay rayonu Mırtı kəndində doğum faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Bu qətnamə xx.xx.1945-ci il tarixdə anadan olmuş X3 doğumunun qeydə alınması və doğum aktı qeydində doğum tarixinin xx.xx.1945-ci il, soyadının Məmmədov, adının Sovqat, ata adının Məmməd, atasının X5, anasının X2, milliyətinin Azərbaycanlı kimi qeyd edilməsi üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar