Məhkəmə qərarları › İş №2(046)-1788/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1788/2021

07.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1788/2021 07.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək Göyçay rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında verilmiş torpağa mülkiyyət hüququna dair JN-156 saylı dövlət aktının X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 17.04.1998-ci il tarixli qərarı ilə Göyçay rayonunun Alpoud kəndində torpağa mülkiyyət hüququna dair JN-156 saylı dövlət aktına əsasən təsəsərufat başçısı 05.02.2005-ci ildə vəfat etmiş atası mərhum X9 olmaqla ümumi birgə mülkiyyətə torpaq sahəsi verilmişdir. Göyçay rayon Notariat Kontoruna əməliyyat aparmaq üçün sənədlər təqdim edərkən məlum olmuşdur ki, torpağa mülkiyyət hüququna dair JN-156 saylı dövlət aktında 22.01.2007-ci il tarixdə vəfat etmiş anası X7 əvəzinə səhvən X8 yazılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Buna görə də ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X6 surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. X1r. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 22.01.2007-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyət Hüququna dair JN-156 saylı dövlət aktının surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 17.04.1998-ci il tarixli qərarı ilə Göyçay rayonu Alpoud kəndində yerləşən 1.46 ha torpaq sahəsi X5 və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 22.07.2021-ci il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-156saylı Torpağın mülkiyyətə hüququna dair dövlət aktında X2 adı səhvən “X8” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, JN-156 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının mərhum anası X3 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-156 saylı dövlət aktında mülkiyyətçilər siyahısının 2-ci bəndində X5 adı qeyd edilmiş dövlət aktının Ərizəçi mərhum anası X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar