Məhkəmə qərarları › İş №2(046)-1791/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1791/2023

24.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1791/2023 24.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun cavabdehlər Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində baxaraq məhkəmə, Müəyyənetdi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin 07 iyun 2023-cü il tarixli 16-k saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməyi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin olunması, eləcə də, Göyçay sukanal sahəsinin barəsində "xxxx" MMC-yə verməsi qeyd olunan təqdimatın qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. E-məhkəmə sistemi çıxarışından görünür ki, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, X1 küçəsi 25A-dır Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı oğlunun cavabdehlər Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45, 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı oğlunun cavabdehlər Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar