Məhkəmə qərarları › İş №2(046)-18/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-18/2022

16.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-18/2022 16.05.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçınun Cavabdeh2 qarşı torpaq sahəsinə gediş-gəliş yolunun müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh2 qarşı torpaq sahəsinə gediş-gəliş yolunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonun Qarabaqqal kəndində 0.3104 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 19. 12. 1998 - ci il tarixli JN -598Z nömrəli Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Göyçay Dövlət Notariat Kontorunda 25. 02 2004- cü il tarixdə 40-88 nömrəli alqı-satqı müqaviləsi bağlamış və həmin torpaq sahəsini almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar rayon Ərazi İdarəsi tərəfindən Gövçay rayonu Qarabaqqal kəndində 0.3104 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Seriya MN ******* saylı 21.01.2009—cu il tarixli çıxarışa əsasən qeydə alınmışdır. Lakin torpaq sahəsinə gedən gediş-gəliş yolu müəyyən edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Gövçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolu cavabdeh tərəfindən zəbt edilərək bağlanmışdır. Buna görə də tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində gedən gediş-gəliş yolunu zəbt etməmişdir. Həmin yol və ətrafdakı torpaq sahələri onun faktiki istifadəsindədir. Göyçay-Qaraməryəm yolunun kənarında sağ tərəfdə darvaza qoymaqla həmin ərazini bağlamış, hazırda həmin ərazidən istifadə edir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH ******* saylı çıxarışdan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsi İddiaçı adına 21.01.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 16.12.2019-cu il tarixli rəydən və sxemdən görünür ki, elektron baza məlumatlarında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Dövlət qeydiyyatına alınmış Göyçay rayonu Qarabaqgal kəndində yerləşən 0.3104 ha torpaq sahəsinə gediş-gəliş yolu qərb hissədən nəzərdə tutulmuşdur. Çöl ölçmə işlərinin nəticəsində faktiki vəziyyəti əks etdirən sxem əlavə olunur. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30.12.2019-cu il tarixli 28092 saylı rəydən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələrinə suvarılmasına xidmət edən suvarma arxının elektron baza məlumatlarında əks edilmədiyi müəyyən olundu. Lakin Sözügedən suvarma arxının naturada mövcud olduğunu müəyyən olundu.(mütəxəssis rəyinə əlavə edilmiş sxemdə öz əksini tapmışdır). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 02.04.2021-ci il tarixli 10/2160 saylı rəydən görünür ki, mülki iş materiallarında olan yerquruluşu xəritəyə, çıxarışlara əlavə olunmuş Torpaq sahəsi və ölçüsünə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Dövlət qeydiyyatına alınmış Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,3104 ha torpaq sahəsinə gediş- gəliş yolu torpaq sahəsinin kənarı ilə hər iki tərəfdən nəzərdə tutlmuşdur. Lakin İddiaçı mülkiyyətinə olan torpaq sahəsinə gedən gedişgəliş yolunu Cavabdeh2 tərəfindən və ya digər qonşu torpaq saləri tərəfindən tutulubtutlmaması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssisləri tərəfindən ətraf torpaq sahələrinin sərhədləri ölçüldükdən sonra müəyyən oluna bilər. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş X3 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş 16.07.2021 tarixli rəydən görünür ki, MN ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,3104 ha torpaq sahəsinə birinci kənd daxili yoldan keçməklə cavabdehin həyətinin əks tərəfindən 280 metr hissədən gedib-gəlmək mümkündür. Kəndin pay torpaqlarının bölgü layihəsində ikinci boş sahə birbaşa mərkəzi asfalt yola çıxan boşluq kimi saxlanılmışdır. MN ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolları Cavabdeh2 tərəfindən zəb edilməmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 27.09.2021-ci il tarixli 10/4335 saylı rəydən görünür ki, X3 və Ekspertiza Mərkəzi MMC-nin mütəxəssisləri tərəfindən araşdırılmış və bu barədə 16.07.2021 tarixli 36 saylı mütəxəssis rəyinə əsasən, MN ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolları Cavabdeh2 tərəfindən tutulmamışdır. Mübahisəli torpaq sahəsinə dair ərazinin koordinatları mütəxəssis rəyinə əlavə olunmadığı, torpaq sahəsinə dair verilmiş baza məlumatları (kompleks yerquruluşu xəritələri) ortofoto üzərinə aydın göstərilmədiyi üçün, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonun Qarabaqqal kəndində 0.3104 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən gedişgəliş yolunun Cavabdeh2 tərəfindən zəbt edildiyini iddia edir, buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yolun açılmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edərək, müvafiq rəylər almış, torpaq sahəsinə tərəflərin və DƏDRX-nin Ucar ərazı idarəsinin Yerqulurluşu mühəndisi X1 iştirakı ilə yerli baxış keçirilmişdir. GPS vasitəsi ilə torpaq sahəsinin plan sxeminin koordinatlarına uyğun ölçmə işləri aparılmış, müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinə gedən gedişgəliş yolu magistral yol tərəfdən və həmin torpaq sahəsindən keçən suvarma arxının magistral yol tərəfdən başlanğıcından cavabdeh Cavabdeh2 tərəfindən darvaza qoyulmaqla bağlanmış, iddiaçıya məxsus torpaq sahəsinə qədər olan məsafə cavabdeh tərəfindən çəpərlənmişdir. İddiaçıya məxsus torpaq sahəsini yarıya bölərək həmin torpaq sahəsindən keçən su arxının kənarından iddiaçı yol kimi istifadə edə bilər. Hazırki vəziyyətdə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu olmadığından istifadə edə bilmir. Cavabdeh isə suvarma arxının kənarından yol kimi istifadə edilməsinə iddiaçıya imkan vermir. İstinad olunan maddi hüquq normalarının tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davamlı şəkildə edildikə isə hüququ pozulmuş şəxs pozulmuş hüquqularının bərpasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırki işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmuş, mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş yolu cavabdeh tərəfindən bağlanmışdır. Belə olan halda iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolu açılmalı və həmin gediş-gəliş yolundan iddiaçının istifadəsinə yaradılan maneələr aradan qaldırılmalıdır. İddiaçı iddia ərizəsində torpaq sahəsinə gedən gediş-gəliş yolunun müəyyən edilməsi tələbini qoyur, lakin məhkəmə baxışı zamanı müəyyən edilir ki, torpaq sahəsinə gedən gediş-gəliş yolu Cavabdeh2 tərəfindən bağlanmışdır. Buna görə də məhkəmə iddia tələbindən kənara çıxaraq, həmin yolun Cavabdeh2 tərəfindən bağlanıldığını əsas götürərək, həmin yolun cavabdehin hesabına açılması barədə qətnamə qəbul edilməsini qanuni hesab edir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə ekspertiza xərci olan 300 manat cavabdehdən tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolu cavabdehin vəsaiti hesabına açılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh2 tərəfindən darvaza qoyulmaqla magistral yol tərəfdən bağlanmış, İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qarabqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsinə suvarma arxının kənarından gedən gediş-gəliş yolu cavabdeh Cavabdeh2 hesabına açılsın. İş üzrə ekspertiza xərcləri olan 300 manat cavabdehlər Cavabdeh2 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat cavabdehdən alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar