Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-18/2025 28.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh zəbt etdiyi, Göyçay rayonu Xəlitli kəndində yerləşən və onun xüsusi mülkiyyətində olan 0.90 ha torpaq sahəsindən cavabdehin çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : Göyçay rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə X8 və ailə üzvərinə Göyçay rayonu Xəlitli kəndi ərazisindən 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair Hümbət Abdullayevin və ailə üzvlərinin adına mülkiyyət hüququnu təsdiq edən JN 165 nömrəli Dövlət Aktı verilmişdir. Sözügedən torpaq sahəsini xx.xx.2023-cü il tarixdə Göyçay rayon Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Alqı-satqı müqaviləsi əsasında 1.80 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Bundan sonra tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR PHŞ 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilərək, mülkiyyətində olan 1.80 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi xahiş olunmuşdur. Müraciəti əsasında qeyd edilən idarənin əməkdaşları tərəfindən ərazidə çöl ölçmə işləri aparılmış və müəyyən edilmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin 0.90 ha hissəsini cavabdeh zəbt edərək, istifadə edir. Buna görə də torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən imtina edilmişdir. Cavabdehlə danışıqlar aparıb zəbt etdiyi torpaq sahəsini boşaldılmasını tələb etsə də, bir nəticəsi olmamış, öz qanunsuz tələbində israrlı olaraq dayanmışdır. Cavabdehin qanunsuz hərəkətləri barədə kənd icra nümayəndəliyinə, eləcə də bələdiyyəyə müraciət edilsə də, sözügedən qrumların inzibati tədbirləri də bir nəticə verməmişdir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materialları : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 1.80 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 22 nömrəli vərəqəsində X2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 1.80 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 147 nömrəli reyestr kitabının 37 nömrəli vərəqəsində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-4429/2023 saylı məktubundan görünür ki, ünvan 1ində yerləşən 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən təkrar texniki pasportun verilməsi ilə bağlı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə edildiyi müəyyən edilmiş, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılaraq hüququnuz çıxarışla rəsmiləşdirilmiş, ərizənin ikinci məqsədi olan plan və ölçü (texniki pasport) sənədinin verilməsindən isə imtina edilmişdir. xx.xx.2023-cü il tarixli, AN-İ № ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar X9, X5, X3 və X1 rayonu, Xəlitli kəndi ünvanında yerləşən ümumi sahəsi 1.80 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə özlərinə məxsus hissələrini alıcı İddiaçı mülkiyyətinə vermişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2025-ci il tarixli, 10/43 nömrəli ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-4867/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, idarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) məlumatlarında göstərilən, **********43 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın tərtib edilməsinə əsas olan JN-165 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə verilmiş 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci və üçüncü sualları üzrə: Qərardadın bu sualları ilə bağlı mütəxəssis rəyində məlumat olmadığına görə cavablandırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, idarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS-AzCad) məlumatlarında göstərilən, **********43 reyestr, ********** qeydiyyat nömrəli (İddiaçı) çıxarışın tərtib edilməsinə əsas olan JN-165 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə verilmiş 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.88 ha hissəsi baxış zamanı cavabdeh tərəfindən istifadə edildiyi mütəxəssis tərəfindən müəyyən edilmişdir. Cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 1.02 ha torpaq sahəsinin qalan 0.14 ha hissəsi TEKUİS-AzCad məlumatlarında göstərilən JN- 163 nömrəli Dövlət Aktı ilə X12 mülkiyyətinə verilmiş 0.64 ha torpaq sahəsinin 0.14 ha hissəsi ilə üst-üstə düşür. Cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiyi 1.02 ha torpaq sahəsinin 0.88 ha hissəsində cavabdehin istifadəsində olan fərdi yaşayış evi və yardımçı tikililər və 0.14 ha hissəsində isə cavabdehin istifadəsində olan fərdi yaşayış evinin bir hissəsi mövcuddur. İdarənin elektron baza məlumatlarında mövcud olan Göyçay rayonu Xəlitli kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DVJ) cavabdehin istifadəsində olan 1.02 ha topaq sahəsinin 0.76 ha torpaq sahəsinin JN-164 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X10 mülkiyyətinə verilmiş 1.84 ha torpaq sahəsi ilə, 1.02 ha topaq sahəsinin 0.14 ha hissəsi JN-163 nömrəli Dövlət Aktı ilə X12 mülkiyyətinə verilmiş 0.64 ha torpaq sahəsinin 0.14 ha hissəsi ilə, 1.02 ha torpaq sahəsinin qalan 0.12 hissəsi **********43 reyestr, ********** qeydiyyat nömrəli (İddiaçı) çıxarışın tərtib edilməsinə əsas olan JN-165 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Tərəflərin izahatları: Məhkəmə baxışında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş, poçt vasitəsi ilə teleqrama göndərərək yaxın qohumunun vəfatı ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclası başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İlkin məhkəmə baxış iclasında Cavabdeh izahat verərək bildirdi ki, onun öz torpağına dair sənədləri vardır. İddiaçı tərəf isə sənədsiz akt alaraq göstərmişdir ki, ona aid Göyçay rayon Xəlitli kəndində torpaq sahəsi vardır. İddiaçının iddia etdiyi yer onun yerində deyil. Belə ki, həmin torpaq sahəsində 4 dəfə ölçü işləri aparılmışdır. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində və Prezident Administrasiyası da olmuş, ona həmin sənədlərinin qaydasında olduğu, oradan reyestr xidmətinə zəng edilərək nə səbəbə görə vətəndaşı boş yerə incidildiyi bildirilmişdir. İddiaçı tərəf ilə aralarında səs yazıları vardır. Həmin səs yazısında ona “sənin mənə bircə evin və həyətin lazımdır mən ordan torpaq almışam o torpaq mənim üçün maraqsızdır” demişdir. Qeyd edir ki, faktiki istifadəsində olan torpaq sahəsində 1995-ci il tarixdən yaşayır, ondan istifadə edir və hər ay yaşadığı evə dair komunal ödənişlər edir. O, istifadəsində olan torpaq sahəsinin hardan başlayıb harda qurtardığını bilir. İddiaçı tərəf şifahi şəkildə torpaq almış, həmin torpaq sənədinin xəritəsi belə yoxdur ki, torpaq sahəsinin konkret yeri müəyyən edilsin. Onun istifadəsində olan torpaq sahəsinə 1-2 dəfə ölçü işləri aparmağa gəlmişlər, lakin o, gələn əməkdaşları həyətinə buraxmamış, onlara torpaq sahəsinin aktını göstərmişdir. İlkin məhkəmə baxış iclasında 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi X16 izahat verərək bildirdi ki, onlara verilən suallara aid cavabın qısa olmağı məhkəmənin qoyduğu suala əsasən olmuşdur. Məhkəmənin qərardadında göstərilən 1 suala cavab verilmişdir. Hazır ki, vəziyyətdə torpaqların elektron kadastr uçotunun informasiya sistemində məhkəmənin sual kimi göstərdiyi 5743 reyestr nömrəli çıxarışın alınmasına əsasən olan JN- 165 nömrəli dövlət aktı 1.80 ha. Həmin torpaq sahəsi cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Ölçü işləri aparılan zaman Cavabdeh dəfələrlə torpağa dair sənəd təqdim edilməsi bildirilməsinə baxmayaraq, heç bir sənəd təqdim edilməmişdir. Cavabdeh tərəfindən onlara heç bir sənəd təqdim olunmadığı üçün onun torpaq sahəsinə hansı hüquqları olduğunu müəyyən etmək mümkün olmamışdır. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki halı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin çıxarışına əsasən ünvan 1ində yerləşən 1.80 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 147 nömrəli reyestr kitabının 37 nömrəli vərəqəsində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İddiaçı bildirir ki, mülkiyyətində olan torpaq sahəsinin 0.90 ha hissəsini cavabdeh zəbt edərək istifadə edir. Cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də, hüquqmüəyyənedici sənədlərin təqdim edilməsindən imtina edir və iddianı qəbul etmir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 78.1 Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi: Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndi:
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi
Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndi:
Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndi:
Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndi:
Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.
«Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı:
Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006cı il tarixli qərarı:
Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
Məhkəmənin mövqeyi:
İddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin halları ilə müəyyən olunur ki, ekspert və mütəxəssis rəylərinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,88 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Odur ki, iddia qaldırmış İddiaçı torpaq sahəsindən çıxarılma tələbini irəli sürmək subyektiv hüquqa malik olmuşdur. Mülki qanunvericiliyin tələbinə görə mülkiyyətçi öz əmlakı üzərində sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Nəticə:
Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı mülkiyyətində olan 1.80 ha torpaq sahəsinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququna malik olduğundan, pozulmuş mülkiyyət hüququ bərpa edilməli, mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, İddiaçı məxsus Göyçay rayonu Xəlitli kəndində yerləşən 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.88 ha hissəsindən cavabdeh çıxarılmalı, qalan hissədə iddia təmin olunmamalı, bununla da iddia qismən təmin olunmalıdır.
Məhkəmə xərcləri:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi isə aşağıdakı qaydada həyata keçirilməlidir. Məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumundan və ekspertiza tədqiqatının aparılması üçün 100 manat ekspertiza xərcindən, cəmi 200 manatdan ibarətdir. Beləliklə məhkəmə xərcləri 200 manat cavabdehə aid edilməli, Cavabdeh 100 manat ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilməli və dövlət rüsumu üçün ödənilmiş 100 manat alınaraq İddiaçı verilməlidir. Mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 95 manat xərc isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 1.80 ha torpaq sahəsinin 0,88 ha hissəsindən Cavabdeh çıxarılsın. Cavabdeh 100 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilsin. Dövlət rüsumu üçün odənilmiş 100 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülnaz Qurbanova