Məhkəmə qərarları › İş №2(046)-1849/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1849/2023

11.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1849/2023 11.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X2 hakimliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh,nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçı Əzı̇ z oğluna qarşı mülkiyyət hüquqlarının müdafiəsi,mülkiyyətindən əldə olunmuş gəlirə görə pulun alınması ,mirasın qəbulu faktının müəyyən olunması,əldə olunmuş gəlirindən pulun alınıb verilməsi,mirasın əmlakın naturada bölünməsi,mümkün olmadıqda hərracdan satılıb pulunun paylara uyğun bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin olunması mülkiyyətində olan xx.xx.1998-ci il tarixli JN-278 KOD 40812018 saylı "Torpağa Mülkiyyət Hüququna dair dövlət aktı əsasında məxsus olan Göyçay rayonun Potu kəndində yerləşən 0.37 ha torpaq sahəsinə qanunsuz daxil olmasını, müdaxiləsini cavabdehə qadağan edilməsi, 2021-2022-ci illərdə yığılan meyvənin satışından əldə edilmiş 20.000 (iyirmi min) manat pulun alınıb ona verilməsi, xx.xx.2020-ci il tarixdə Göyçay rayonun Potu kəndində vəfat etmiş atası İddiaçı Məmmədtağı oğlu və xx.xx.2020-ci il tarixdə Göyçay rayonun Potu kəndində vəfat etmiş anası X1 miras qalmış JN-277, kod 40812018 No-lu "Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən əmlakının, o cümlədən 0.30 ha torpaq sahəsinin onların ölümündən sonra tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, mirasdan payın müəyyən edilməsi, mirasın naturada bölünməsi, mümkün olmadıqda açıq hərracdan satılıb pulunun paylara uyğun bölünməsi, JN-277, kod 40812018 saylı "Torpağa Mülkiyyət Hüququna dair dövlət aktına əsasən atası İddiaçı Məmmədtağı oğlu və anası X1 miras qalmış 0.30 ha torpaq sahəsindən 2021-2022ci illərdə yığılan meyvənin satışından əldə olunmuş 10.000 manat pul alınaraq ona verilməsi, JN-277, kod 40812018 saylı "Torpağa Mülkiyyət Hüququna dair dövlət aktına əsasən atası İddiaçı Məmmədtağı oğlu və anası X1 miras qalmış 0.30 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törədilməsi cavabdeh İddiaçı qadağan edilməsi, tərəfindən ödənilmiş 150 manat dövlər rüsumunun və vəkilə ödənilmiş 360 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı Əzı̇ z oğluna qarşı mülkiyyət hüquqlarının müdafiəsi,mülkiyyətindən əldə olunmuş gəlirə görə pulun alınması ,mirasın qəbulu faktının müəyyən olunması,əldə olunmuş gəlirindən pulun alınıb verilməsi,mirasın əmlakın naturada bölünməsi,mümkün olmadıqda hərracdan satılıb pulunun paylara uyğun bölünməsi tələbinə dair ərizəsi üzrə işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verilmiş, iddianın məhkəməyə çıxarılması məsələsi müzakirə edilmişdir. İşi məhkəmədə baxılmağa hazırlamaq qaydasında Azərbaycan Respublikası MPM-nin 167-ci maddəsində nəzərdə tutulmuş zəruri hərəkətlər edilmişdir. Eyni tərəflər arasında Göyçay Rayon Məhkəməsinin icraatında olan digər 2(046)- 1849/2023 saylı mülki iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum babası İddiaçı Məmmədtağı oğlu və mərhum nənəsi X1 miras qalmış, ümumi birgə mülkiyyətlərində olmaqla Göyçay rayonunun Potu kəndində yerləşən, 0,30 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi (JN-277 saylı dövlət aktı), 0,15 ha (JN-424 A saylı şəhadətnamə) və 0,33 ha (JN-424 F saylı şəhadətnamə) həyətyanı torpaq sahələrində tam miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli mülki işlər olduğundan bu işlərin birləşdirilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 171, 263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Göyçay Rayon Məhkəməsi qərara aldı: İddiaçı Cavabdeh İddiaçı Əzı̇ z oğluna qarşı mülkiyyət hüquqlarının müdafiəsi, mülkiyyətindən əldə olunmuş gəlirə görə pulun alınması ,mirasın qəbulu faktının müəyyən olunması, əldə olunmuş gəlirindən pulun alınıb verilməsi, mirasın əmlakın naturada bölünməsi, mümkün olmadıqda hərracdan satılıb pulunun paylara uyğun bölünməsi tələbinə dair 2(046)-1843/2023 saylı mülki işə Göyçay Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı qanun üzrə miras əmlakda payının tanınması tələbinə dair digər 2(046)- 1849/2023 saylı mülki iş birləşdirilsin. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi qarşılıqlı iddia ərizəsi hesab edilsin. İşdə iştirak edən şəxslərə məhkəmə hazırlıq iclasının «25» sentyabr 2023-cü il tarixə, saat 14.30-a Göyçay Rayon Məhkəməsinin binasına təyin edilməsi barədə məlumat verilsin. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar