Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1866/2021 19.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs rəisi Nümayəndə iştirakı ilə, doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 19 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 31.12.1982-ci il tarixdə Göyçay rayon Yeniarx kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 113 saylı doğum haqqında akt qeydinin uşaq bəndində 2-ci qrafada adının X4 əvəzində Ərizəçi kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi ərizəsini müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, xx xxx 1982-ci il tarixdə Göyçay rayon Yeniarx kəndində anadan olmuşdur. X1 01.10.1954-cü il tarixdə, anası X6 29.08.1959-cu il tarixdə anadan olmuşlar. Göyçay rayonunun Yeniarx kənd orta məktəbini bitirmiş və hal-hazırda orada yaşayır. Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin satılması zəruriyyəti yaranmış və bununla bağlı Göyçay rayon Notariat kontoruna müraciət etmişdir. Daha sonra ona məlum olmuşdur ki, doğum haqqında akt qeydində səhfən adı Alim kimi qeyd olunmuşdur. Həmin doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ona Göyçay Rayon Məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi Nümayəndə doğum haqqında akt qeydinə düzəliş olunmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş № 113 saylı Doğum Haqqında akt qeydinin surətindən görünür ki ərizəçinin adı X2 qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş X3 surətindən görünür ki, X7 04.11.2008-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. Ata qırafasında adı Ərizəçi kimi qeyd olunmuşdur. Məhkəmə təqdim edilmiş AN 315554 saylı orta təhsil haqqında attestatın surətindən görünür ki, ərizəçinin adı Ərizəçi kimi qeyd olunmuşdur. Məhkəməyə təqdim edilmiş Torpağa Mülkiyyət hüququna dair JN-59 saylı dövlət aktın surətindən görünür ki, ailə üzvlərinin birgə mülkiyyətində olan Göyçay rayonunun Yeniarx kəndində 2.30 ha torpaq sahəsinin mülkiyyətçiləri siyahısında ərizəçinin adı Ərizəçi kimi qeyd olunmuşdur. Məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Göyçay rayonunun Yeniarx kəndində anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş hərbi biletin surətindən görünür ki, Ərizəçi 25.02.2002ci il tarixdə Göyçay rayon Hərbi Komissarlığı tərəfindən qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş 85 saylı nikah haqqında akt qeydindən görünür ki, X5 ilə X6 arasında 19.10.1978-ci il tarixdə nikah bağlanmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi adı doğum haqqında akt qeydində Alim kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Müvafiq İcra Hakimiyyəti orqanı ilə aidiyyati şəxslər arasında mübahisə olduqda, qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi doğum haqqında akt qeydində düzəliş edilməsi barədə ərizəsi qanuni olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə Ərizəçi adına tərtib edilmiş 31.12.1982-cı il tarixli 113 saylı doğum haqqında akt qeydində Ərizəçi adına düzəliş edilməsi üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1866/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1866/2021
19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver