Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1876/2025 16.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyanın əvəzi olaraq 59400 manat və məhkəməyə ödədiyi 270 manat dövlət rüsumu olmaqla, ümumilikdə 59670 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu Hacıhüseynli kəndində mülkiyyətində olan 4.38 ha torpaq sahəsində Quba rayon İcra Hakimiyyətinin 28 dekabr 2011ci il tarixli sərəncamı ilə meyvə saxlanılması üçün soyuducu anbar inşa etmişdir. Soyuducu anbar 2011-ci ildən istifadəsindədir. Soyuducu anbarda əsas fəaliyyəti özünə məxsus bağ sahələrində yetişən meyvə məhsullarını saxlanılmasıdır. Soyuducu anbarda boş yer qaldıqda isə digər bağ sahiblərinin meyvə məhsullarını saxlancda saxlamaqdan ibarətdir. Göyçay rayonu Çayarxı kəndində yaşayan Cavabdeh xurma məhsullarını Göyçay rayonundan Rusiya Federasiyasına ixrac etmək üçün təxminən müxtəlif çəkilərdə olan 40 min yeşik xurmanı 10 oktyabr 2023-cü il tarixdə ona məxsus soyuducu anbara yerləşdirmişdir. Hər yeşiyin saxlancda saxlanılması üçün 80 qəpik olmaqla ümumilikdə 40 min yeşik xurma üçün hər ay üzrə 32000 manat məbləğində ona pul ödənilməklə dekabr ayının sonuna qədər, yəni iki ay iyirmi gün olmaqla xurmaların saxlancda saxlanılması barədə Məzahirlə aralarında şifahi şəkildə razılıq əldə olunmuşdur. Məzahir oktyabr-noyabr aylarında soyuducudan meyvə çıxarmamışdır. Dekabır ayında təxminən 4000 latok meyvə soyuducudan çıxarmışdır. Yanvar ayında 13000 latok, fevral ayında 18000 min latok, mart ayında isə Məzahir sonuncu 5000 latok meyvəni soyuducu anbardan çıxarmışdır. Bu müddət ərzində Məzahir saxladığı məhsullara görə ona ümumilikdə 90000 manat pul verməli idi. Məzahir həmin puldan 17000 manatını 2024-ci ilin mart ayında, 13600 manatını isə aprel ayında ona vermişdir. Ümumi yaranan 90000 min manat puldan cəmi 30600 manat məbləğində pulu ona müxtəlif vaxtlarda ödəyərək qalan 59400 manat hissəsini onu aldadaraq ödəmədiyi üçün o, 2024-ci ilin sentyabr ayında Quba RPŞ-nə ərizə ilə müraciət edərək, Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsini, 59400 manat pulun alınaraq ona verilməsinə kömək göstərilməsini xahiş etmişdir. Quba RPŞ-nin TBdə təhqiqatçı Orxan Qasımzadə tərəfindən ilkin araşdırma aparılaraq material 28 oktyabr 2024-cü il tarixində İB-nə göndərilmişdir. Həmin iş müstəntiq Anar Hacıəbdülhəlimzadənin icraatına həvalə edilmişdir. Nəticədə müstəntiq araşdırma apararaq həmin işdə cinayət tərkibinin olmamasına görə 07 noyabr 2024-cü il tarixdə Cavabdeh barəsində cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Eyni zamanda müstəntiq qərarında qeyd etmişdir ki, İddiaçı ərizəsində göstərilən xüsusatların mülki xarakter daşımasını nəzərə alaraq ona mülki iddia qaydasında məhkəməyə müraciət etməsinin məqsədə müvafiq olması izah edilmişdir. Xüsusilə bildirmək istəyir ki, Cavabdehlə 2024-cü ilin may ayının axrı və iyun ayının əvvəllərində sonuncu telefon danışığı olmuşdur. Həmin dövrdə Məzahir ona söz verdi ki, 10 iyun 2024-cü il tarixə kimi ona 59400 manat pulu ödəyəcəkdir. Lakin vəd etdiyi vaxt çatanda yenə bir həftə, on gün gözlə deyərək müxtəlif bəhanələr gətirdi. Məzahir sonrakı dövrdə ona olan borcunu ödəməməsini pərdələmək üçün barəsində DİN-nin 102 xidmətinə müraciət edərək guya o, onun məhsulunu saxlayan zaman məhsulu xarab olmuşdur. Məzahirin bu müraciəti, Quba RPŞ-nin Təhqiqat Bölməsində araşdırılaraq şikayətində bildirdiyi xüsusatlar heçnə ilə sübuta yetmədiyindən Quba RPŞ-nin TB-nin təhqiqatçısı Elçin Həmzəyev tərəfindən 03 sentyabr 2024-ci il tarixdə onun barəsində cinayət işin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Yalnız bunlardan sonra o, Məzahir tərəfindən aldadıldığını bilərək 2024-ci ilin sentyabr ayında Quba RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bildirir ki, Məzahiri bacısı oğlu Ağəmmədin vasitəsi ilə tanımışdır. Uzun illərdir ki, Ağəmməd və digər onun həmkəndliləri və qohumları ona məxsus soyuducu anbara meyvə məhsullarını qoyurlar. Məzahir soyuducuya xurma məhsullarının yerləşdirən vaxtlarda onun bacısı oğlu X5 (tel:050 780-28-28), Məzahirin qohumu və həmkəndliləri X8 (tel:***-***-**-**) və X9 (tel:***-***- **-**) ona məxsus soyuducu anbara xurma məhsulları yerləşdirmişdirlər. Çox maraqlıdır ki, onların meyvələri soyuducu anbarda xarab olmamış, Məzahirə məxsus meyvələr isə xarab oldu? Məzahirə məxsus meyvələr həqiqətəndə xarab olsaydı zərər çəkmiş tərəfindən müvafiq dövlət orqanlarına müraciət edilməliydi, orqanların əməkdaşları gələrək meyvələrin xarab olma faktını aktlaşdırmaqla təsdiq etməli idilər. Göründüyü kimi Məzahir ona qalan 59400 manat borcunu verməmək üçün min-bir bəhanə edir. Xüsusilə bildirmək istəyir ki, Məzahir meyvələri soyuducudan çıxaran zaman o özü və soyuducuda fəhlə işləyən işçiləri X10 (tel: ***-***-**-**), X6 (tel: ***-***-**-**) və X3 (tel:***-***-**-**) orada olmuşlar. Onun məhsullarında heç bir problem olmamışdır. Məzahir malları soyuducudan çıxartdıqdan sonra aidiyyəti dövlət qurumlarından meyvələrin keyfiyyətli olması barədə sertifikat alaraq Xaçmaz rayonuna aparıb oradan vaqonlara yükləyərək Rusiya Federasiyasınsa olan şəriki X2 üstünə göndərmişdir. Bildirir ki, o xx.xx.2005-ci il tarixdən 3 saylı ərazi vergilər idarəsində vergi ödəyicisi kimi (VÖEN nömrə **********) qeydiyyata alınmışdır. İş üzrə Cavabdeh isə vergi ödəyicisi kimi müvafiq dövlət orqanında qeydiyyata alınmamışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin taxes.gov.az saytına baxış keçirərkən, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlarda Cavabdeh vergi ödəyicisi olmadığı qeyd edilmişdir. Hesab edir ki, Cavabdeh ona məxsus soyuducu anbara 40 min yeşik xurma məhsulu qoyaraq ona göstərdiyi xidmət haqı tam ödəmədiyi üçün ona maddi ziyan vurmuşdur. Belə ki, hər il meyvə mövsümü vaxtı ona məxsus soyuducu anbarda boş yer olmur, soyuducu anbara meyvə məhsulları yerləşdirən şəxslər kifayət qədərdir. Məzahir meyvə məhsullarını soyuducu anbara yerləşdirərək oranın bir hissəsini zəbt etməsəydi digər daimi müştəriləri meyvə məhsullarını soyuducu anbara yerləşdirərək onun xidmət haqqını ödəyəcəkdilər. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək göstərmişdir ki, Cavabdeh 40 min yeşik xurmanı ona məxsus soyuducu anbara 10 oktyabr 2023-cü il tarixdə deyil, 23 oktyabr 2023-cü ildə yerləşdirmişdir. Lakin soyuducu anbarda meyvələrin saxlanılması vaxtının başlanılmasını isə 23 oktyabrdan deyil, 01 noyabr 2023-cü il tarixdən hesablanaraq aralarında olan şifahi razılaşmaya əsasən hər yeşik üçün 75 qəpiq olmaqla ümumilikdə hər ay üzrə 30000 (otuz) min manat pul hesablanmışdır. Cavabdeh soyuducu anbarda saxlanılan xurma yeşiklərini 06 dekabr 2023-cü il tarixdən başlayaraq hissə-hissə, təxminən beş ay ərzində, sonuncu meyvələri isə 18 mart 2024-cü il tarixdə götürmüşdür. Aralarında olan şifahi razılaşmaya əsasən Məzahirə məxsus meyvələr soyuducu anbarda iki ay ərzində 60000 (altmış) min manat ona ödənilməklə (noyabr-dekabr) aylarında saxlanılmalı idi. Lakin Məzahir ona məxsus soyuducu anbarın bir hissəsini 2 ay deyil 4 ay 18 gün zəbt etdiyindən o yenə də ona güzəşt edərək, onun üçün 5 (beş) ayın pulunu deyil, 3 (üç) ayın pulunu hesablamışdır. Buda ümumilikdə 90000 (doxsan) min manat edir. Məzahir isə ona həmin məbləğdən cəmi 30600 (otuz min altı yüz) manat ödəyərək, yerdə qalan 59400 (əlli doqquz min dörd yüz) manatı borclu qalmışdır. Məhkəmə iclasında İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, hal-hazırda iddiaçı tərəf sübut etməlidir ki, həqiqətən göstərilən sayda yeşik ambara qoyulmuş, şifahi müqavilə bağlanmış, iddia ərizəsində göstərilən məbləğin olması ilə bağlı razılığ olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, soyuducuya müəyyən qədər xurma yeşikləri yerləşdirilmiş, onun əvəzində 18000 ABŞ dolları Cavabdeh tərəfindən İddiaçı ödənilmişdir. Cavabdeh əlavə 59400 manat pulun ödəməli olması ilə bağlı razılığı qəbul etmir. Hesablanma üsulu ilə də razılaşmır. İddiaçı tərəfin əvvəlki iclasda qeyd etdiyi hesablanma üsulu ilə hazırda dediyi hesablanma üsulu bir-biri ilə ziddiyətlidir. İddiaçı tərəf bununla bağlı mövqeyini dəqiqləşdirə bilməmişdir. O, dəqiq xatırlayır ki, İddiaçı əvvəlki iclasda iclasda pul məbləğini hər yeşik üçün aylıq 80 qəpik olmaqla, ay tamam olmadıqda günlərə görə ödəniş hesablandığı bildirilmişdir. O qeyd etmişdir ki, məsələn yeşik əgər 1 ay deyil, 15 gün anbarda saxlanılırsa onda 80 yox 40 qəpik hesablanır. Daha sonra hər yeşik üçün 80 qəpik olmaqla ümumilikdə aylıq 32000 manata razılıq əldə edildiyini, daha sonra hər yeşik üçün 75 qəpik olmaqla ümumilikdə aylıq 30000 manata razılıq əldə edildiyini bildirmişdir, lakin iddianın bu əsası hər hansı mötəbər sübutla təsdiq olunmur. Üstəlik hər yeşik 80 qəpikdən də hesablandıqda, 75 qəpikdən də hesablandıqda yekun borc məbləği dəyişilməz qalmışdır. Hər yeşik üçün məbləğ dəyişdiyi halda yekun borc məbləğinin dəyişilməz qalmasına dair iddiaçı tərəfin əsaslandırılmış mövqeyi də yoxdur. Əksinə bir-birinə zidd, natamam məlumatlar təqdim edilərək məhkəmədə çaşqınlıq yaradılmağa çalışılır. Ancaq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verildikdən sonra növbəti iclasda iddiaçının nümayəndəsi mövqeyini dəyişərək bildirdi ki, yeşiklərin sayı əhəmiyyət kəsb etmir, əsas soyuducuda otağın tutub-tutmamaqdır, ona görə də yeşiklərin sayından asılı olmayaraq otaq tutulduğu halda bütöv ay hesablanır ancaq 80 qəpikdən yox, 75 qəpikdən hesablanır. Dediklərinə əsasən də hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilən X23 izahat verərək bildirdi ki, cavabdehlə Rusiya Federasiyasının Samara şəhərində olanda xurma məhsulu gəlmişdir. Həmin gələn xurma məhsulu yumuşalmış, cavabdeh həmin məhsulu ucuz qiymətə bazarda satmaq məcburiyyətində qalmışdır. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilən X1 izahat verərək bildirdi ki, o, Samara şəhərində fəhlə işləyir. Elşən Həmidovla işləyir, onun Azərbaycandan gətirdiyi xurma məhsullarını satır. 2024-cü ilin əvvəlində Elşən Azərbaycandan gətirdiyi xurmalar xarab deyildir, amma yumuşaq vəziyyətdə idi. Elə olanda məhsulun qiyməti düşür. Məhkəmə iclasında şahid qismində dindirilən X11 izahat verərək bildirdi ki, o Cavabdeh tanıyır. O, 2023-cü ilin oktyabr ayının sonlarında mal almış, 2450-2550 yeşik malı olmuşdur. Sonra 15 gün müddət keçdikdən sonra Elşən ona zəng etmişdir ki, Məzahirlə gedib mala baxsınlar. Qubaya getmiş, orada olarkən malın boşalaraq keyfiyyətinin itirildiyini görmüşdür. Həmin gün bir maşın danışaraq malın bir qismini çıxartmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahat verərək bildirdi ki, onlar 2023-cü ilin oktyabr ayında soyuducuya xurma məhsullarını yerləşdirməyə başlamış, 2024-cü ilin yanvar ayında bitirmişlər. Xurma məhsullarında boşalma olubsa da, həmin mal çölə atılmamış, satılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahat verərək bildirdi ki, o, X5 ilə şərikdir. İddiaçı məxsus soyuducuya davamlı olaraq məhsul yerləşdirmiş və heç bir vaxt problem olmamışdır. Hər dəfə malı soyuducudan çıxaran zamanda vaxtı-vaxtında pulunu ödəmişdir. Soyuducudan malları çıxarılması 2023-cü ilin dekabr ayından başlamış, 2024-cü ilin yanvar ayında yekunlaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X14 izahat verərək bildirdi ki, İddiaçı 15 il müddətdir ki, tanıyır, onun soyuducusuna mal yerləşdirir. 1 il bundan qabaq Məzahirlə Hüseynə məxsus soyuducuya mal qoymuşdurlar. Həmin ili hər adama 40-45 min dollar arası pul qazanmışlar. Yenidən Məzahir ondan ayrılaraq Hüseynlə danışıqlar aparmış, soyuducunun əlavə kamerasını götürmüş, oraya məhsul yerləşdirmişlər. Hüseynlə arasında gedən sözsöhbətlərdən sonra 2-ci kameranı almış, malı həmin kameraya qoymuş, 3 və 4-cü kameraya onlar mal vurmuşlar. O, götürdüyü kameraya mal vurduqdan sonra Samara şəhərinə getmişdir. Orada olarkən malında heç bir problem olmadan satmışdır. Sonra iddiaçı Hüseyn ilə haqq hesab edərək ona pulu vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 izahat verərək bildirdi ki, o soyuducuda fəhlə işləyir. 2023-cü il tarixdə Məzahirin malın onlar yükləyib boşaltmışlar. Həmin mal yüklənəndə malda hər hansısa bir yumuşalma olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahat verərək bildirdi ki, o operator vəzifəsində işləyir. Cavabdeh soyuducuya mal vuraraq saxlamışdır. Həmin mal yüklənəndə malda hər hansısa bir yumuşalma olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahat verərək bildirdi ki, Cavabdeh soyuducuya mal vurmuş, həmin vaxt o fəhlə kimi iləmişdir. Mal vuralan vaxt xurma məhsulunda heç bir problem olmamışdır. İş materialları: Quba RİHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 220 nömrəli arayışdan görünür ki, Hacıhüseynli kənd İƏD üzrə nümayəndəlik ərazisində İddiaçı məxsus torpaq sahəsində tiilmiş sahəsi 1200 kv.m soyuducu anbar vardır və fəaliyyət göstərir. Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 312 nömrəli sərəncamından görünür ki, İddiaçı özünə məxsus torpaq sahəsində meyvə saxlanması üçün soyuducu anbarın ucaldılmasına razılıq verməsi barədə rayon icra hakimiyyətinin başçısına müraciət etmiş və müvafiq torpaq ayırma sənədləri təqdim etmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK/1-2896 nömrəli material üzrə Cavabdeh barəsndə cinayət işinin başlanması rədd edilmiş və şikayətçi İddiaçı mülki iddia qaydasında məhkəməyə müraciət etməsi izah edilmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göyçay rayonu, Çayarxı kəndində yaşayan Cavabdeh müraciəti əsasında toplanmış materilda İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 82.1. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1.Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. 823.1. Tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. 823.2. Tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir.
827. Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir. İddiaçı Cavabdeh qarşı olan “pul” tələbini onunla cavabdeh arasında 2023-cü ilin oktyabr ayyında şifahi saxlama müqaviləsinin bağlanılması və iddiaçıya məxsus soyuducu anbarda xurma məhsulunun saxlanılmasının qarşısında ona 60 000 manat məbləğində pulun ödənilməsinə dair razılığa gəlmələri ilə əsaslandırmışdır. Cavabdeh isə iddiaçı ilə şifahi saxlama müqaviləsinin həqiqətən bağladığını, lakin razılaşdırılmış məbləğin 60 000 manat deyil, 18 000 ABŞ dolları olduğunu və həmin məbləğin ona tam şəkildə ödədiyini bildirmişdir. Məhkəmə müəyyən etdi ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında yazılı müqavilə mövcud olmasa da, şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından daşınar əşyanın saxlanılmasını özündə əks etdirən, qanunvericilikdə qadağan olmayan müqavilə münasibətləri olmuşdur. Belə ki, iddiaçı və cavadeh arasında şifahi razılaşma olmuş, həmin razılaşma tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmuş, həmin razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus soyuducu anbarda özünə məxsus 40 000 yeşik xurma məhsulunu saxlamaya vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015ci il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən mülki dövriyyə iştirakçıları Mülki Məcəlləyə zidd olmayan istənilən müqaviləni bağlaya bilərlər. Belə olan halda iddiaçı cavabdehə qarşı soyuducu anbarda məhsulun saxlanılması qarşısında muzdun ödənilməsi ilə bağlı iddia tələbi irəli sürməkdə subyektiv hüquqa, yəni məhkəmədə iddia qaldırmaq hüququna malik olmuşdur. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi saxlama müqaviləsi bağlanmış, iddiaçının bildirdiyinə görə cavabdeh ona məxsus soyuducu anbara 40 000 yeşik xurma məhsulunu 2023-cü ilin oktyabr ayında yerləşdirmişdir. Həmin məhsulu 2 aydan sonra yəni dekabr ayında götürərək 60 000 manat ödəməli olduğu təqdirdə, məhsulunu hissə-hissə olaraq gec götürmüş bu səbəbdən də hazırda ondan 3 ayın pulunu yəni 90 000 manat istəyir. Cavabdeh ona 90000 min manat puldan cəmi 30600 manat məbləğində pulu müxtəlif vaxtlarda ödəyərək qalan 59400 manat hissəsini onu aldadaraq ödəməmişdir. Cavabdeh tələb olunan məbləğlə razı olmayaraq saxlanca verilmiş məhsulun müqabilində əvvəlcədən razılaşdırılmış 18000 ABŞ dollarının İddiaçı ödədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsini tənzimləyən normalarının tələblərinə əsasən ilk olaraq iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə həmin əsaslarla bağlı verilən etirazın dəlillərini sübut etmə yükünü daşıyır. (Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi). Sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir və bununla bağlı prosessual qanunvericiliyin tələblərinin pozulması son olaraq məhkəmənin səhv nəticəyə gəlməsinə səbəb ola bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırki iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia tələbinin faktiki halları ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırki mülki iş üzrə İddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş iddia tələbi iddiaçının özünün də məhkəmə iclasında verdiyi ziddiyətli izahata əsaslanır. Bundan başqa hər iki tərəfin verdiyi vəsatətə əsasən məhkəmə iclasında dindirilən şahidlərin heçbiri tərəflər arasında bağlanmış şifahi müqavilənin şərtləri, razılaşdırılmış məbləğ, müqavilənin müddəti və işin tam, hərtərəfli və obyektiv həll edilməsinə kömək edən digər məlumat verməmiş, yalnız məhsulun keyfiyyəti ilə bağlı izahat vermişdirlər ki, bu da hazırkı mübahisənin predmeti olmamışdır. İddiaçı tərəfindən məhkəməyə məhsulun saxlanılması müqabilində razılaşdırılmış vəsaitin məbləği və həmin məhsulun saxlanılma müddəti ilə bağlı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh oğlna qarşı pul tələbi əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir. Həmçinin, nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun, yaxud qarşı tərəf həmin izahatda ifadə edilən faktiki halları mübahisələndirməsin və bu, işin mübahisəsiz hallarını müəyyən etməyə imkan versin. Halbuki, MPM-in 77-ci sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı 59400 manat borc və 270 manat ödənilmiş dövlət rüsumu tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edillsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gğyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir