Məhkəmə qərarları › İş №2(046)-1881/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1881/2021

02.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1881/2021 02.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, faktının müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Dövlət arxivi tərəfindən İsmayıllı rayon keçmiş “Pravda” sovxozunda 1981-1984-cü illər üzrə əmr və əmək haqqı barədə vermiş olduğu 08.09.2021-ci il tarixli 156 saylı arayış üzrə Şirinova Gülünə və Mürsəlova Gülünə ad və soyadı ilə qeyd edilmiş əmr və əmək haqqının ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi tələbini müdafiə edərək göstərmişdir ki, 1964-cü ildə İsmayıllı rayon Mollaisaqlı kəndində anadan olmuş və həmin kənddə 1981-ci ildə orta məktəbi bitirmişdir. yəni 14 aprel 1981-ci il tarixli 84 saylı əmrlə sinif yoldaşları ilə birlikdə Mollaisaqlı kəndini əhatə edən “Pravda” sovxozuna fəhlə kimi işə qəbul olunmuş və orta məktəbi də bitirdikdən sonra əmək fəaliyyətini davam etdirmişdir. İşə qəbul əmrində onun və bütün sinif yoldaşlarının soyadı və adı qeyd edilsə də ata adları qeyd edilməmişdir. Sovxoz tərəfindən 1983-cü ildə 22 dekabr tarixli 280 saylı əmrlə məzuniyyətə buraxılarkən soyadı Mürsəlova kimi qeyd edilmişdir. Buna səbəb isə ailəsini bir hissəsinin Mürsəlova soyadını daşıması və əmri yazan vəzifəli şəxsin şəxsiyyət sənədini araşdırmadan hamını öz tanıdığı kimi soyad və adla yazmışdır. 1984-cü ildə Göyçay şəhər sakini ilə ailə qurub Göyçay şəhərinə gəlin köçənədək həmin təsərrüfatda işləmişdir. Ona məlum olmayan səbəblərdən işdən çıxma əmrim yazılmamışdır. Hazırda yaşa görə əmək pensiyasına çıxmaq istəyir, lakin İsmayıllı rayon Dövlət Arxivindən aldığı arayışdan göründüyü kimi işə qəbul əmrində ata adının yazılmaması, habelə 1983-cü ildə 22 dekabr tarixli 280 sayh əmrlə məzuniyyətə buraxılarkən soyadı “Mürsəlova” kimi qeyd edilməsi əmək haqqı sənədlərində ziddiyyətlər yaradır və arxiv arayışının və həmin arayışda qeyd edilən sosial sığorta stajının mənə məxsusluğunda şübhə doğurur, əmək pensiyası hüququndan istifadə edə bilmir. İşlədiyi təsərrüfat artıq mövcud olmadığından həmin texniki səhvlərin düzəldilməsi mümkün deyildir. Buna görə də məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Ərizəçi onun bacısıdır. 1981-1984-cü illərdə Ərizəçi ilə birlikdə Mollaisaqlı “Pravda” sovxozunda bir yerdə işləmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, 1981-1984-cü illərdə Ərizəçi ilə birlikdə Mollaisaqlı “Pravda” sovxozunda bir yerdə işləmişdir. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçini dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X1 təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1964cü il tarixdə İsmayıllı rayonun Mollaisaqlı kəndində anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş X2 təsdiq edilmiş surətindən görünür ki, X4 ilə X5 25.06.1984-cü il tarixdə nikah bağlamışlar. X3 Həşimova soyadı verilmişdir. Milli Arxiv İdarəsinin İsmayıllı rayon Dövlət Arvixi tərəfindən 08.09.2021-ci il tarixdə verilmiş 156 saylı arayışdan görünür ki, İsmayıllı rayon 05 nömrəli arxiv fondunda saxlanılan Mollaisaqlı “Pravda” sovxozunda 1981-1984-cü illərin əmr və əmək haqqı ödənişi üzrə hesablaşma kitablarında Ərizəçi adı aşkar edilməmişdir. 1981-1984-cü illərin əmr və əmək haqqı ödənişi üzrə hesablaşma kitablarında digər familiya ilə Gülünə adı qeyd olan əmr və əmək haqqı aşağıdakı kimi qeyd olunub.

1. Mollaisaqlı “Pravda” sovxozunun 14.04.1981-ci il tarixli 64 nömrəli əmrlə məktəb yaşlı şagirdlər müvəqqəti olaraq fəhlə qəbul edilib. 17-18 yaşlılar üzrə .... 26-cı Şirinova Gülünə (ata adı qeyd olunmayıb)

2. Mollaisaqlı “Pravda” sovxozunun 22.12.1983-cü il 280 nömrəli əmrlə aşağıda adları qeyd olunan fəhlələr məzuniyyətə buraxılsın .... 9-cu Mürsəlova Gülünə (ata adı qeyd olunmayıb). Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı Regional Ərazi Filialı tərəfindən Ərizəçi verilmiş 08.04.2021-ci il tarixli imtina məktubundan görünür ki, İsmayıllı rayon keçmiş “Pravda” sovxozunda 1981-1984-cü illərə aid əmr kitabları olmadığı üçün pensiya təyin edilməsi qanunamüvafiq olmadığı müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi Həşimova (Şirinova) Gülünə Mürsəl qızı 14.04.1981-ci il tarixdə İsmayıllı rayonu Mollaisaqlı kənd Pravda sovxozuna fəhlə kimi işə qəbul edilmiş, orta məktəbi həmin ildə bitirdikdən sonra sözügedən sovxozda əmək fəaliyyətini davam etdirmişdir. 1984-cü ildə ərizəçi Həşimova (Şirinova) Gülünə Mürsəl qızı ailə qurduğu üçün işdən öz ərizəsinə əsasən azad edilmiş və daimi yaşamaq üçün həyat yoldaşının yaşadığı Göyçay rayonuna köçmüşdür. Ərizəçi Həşimova (Şirinova) Gülünə Mürsəl qızına dair əmr və əmək haqqı ödənişi üzrə hesablaşma kitablarında qeydlər düzgün aparılmamış, nəticədə maraqlı şəxs tərəfindən Həşimova (Şirinova) Gülünə Mürsəl qızının İsmayıllı rayonu Mollaisaqlı kənd Pravda sovxozunda işlədiyi illəri sosial sığorta stajı daxil etməkdən imtina etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İsmayıllı rayon Dövlət Arxiv idarəsində saxlanılan İsmayıllı rayonu Mollaisaqlı kənd Pravda sovxozunun 1981-1984-cü illərin əmr və əmək haqqı ödənişi üzrə hesablaşma kitablarında ərizəçinin sovxoza fəhlə kimi qəbul edilməsi barədə verilmiş 14.04.1981-ci il tarixli 64 nömrəli əmrdə soyadı “Şirinova” adı “Gülunə”, eləcə də məzuniyyətə buraxılması barədə 22.12.1983-cü il tarixli 280 nömrəli əmrdə soyadı ”Mürsəlova” adı “Gülunə” qeyd edilsə də, ata adı hər iki əmrdə qeyd edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X2 təsdiq edilmiş surətindən görünür ki, X6 ilə X5 ilə 25.06.1984-cü il tarixdə nikah bağlamış, ona Həşimova soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, İsmayıllı rayon Dövlət arxivi tərəfindən İsmayıllı rayon keçmiş “Pravda” sovxozunda 1981-1984-cü illər üzrə əmr və əmək haqqı barədə vermiş olduğu 08.09.2021-ci il tarixli 156 saylı arayışda göstərilmiş Mollaisaqlı “Pravda” sovxozunun məktəb yaşlı şagirdlər müvəqqəti olaraq fəhlə qəbul edilib. 17-18 yaşlılar üzrə .... 26-cı “Şirinova Gülünə” adına verilmiş 14.04.1981-ci il tarixli 64 nömrəli əmrin və Mollaisaqlı “Pravda” sovxozunun aşağıda adları qeyd olunan fəhlələr məzuniyyətə buraxılsın .... 9-cu “Mürsəlova Gülünə” adına verilmiş 22.12.1983-cü il 280 nömrəli əmrin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ :

Ərizə təmin edilsin. İsmayıllı rayon Dövlət arxivi tərəfindən İsmayıllı rayon keçmiş “Pravda” sovxozunda 1981-1984-cü illər üzrə əmr və əmək haqqı barədə vermiş olduğu 08.09.2021-ci il tarixli 156 saylı arayışda göstərilmiş Mollaisaqlı “Pravda” sovxozunun məktəb yaşlı şagirdlər müvəqqəti olaraq fəhlə qəbul edilib. 17-18 yaşlılar üzrə .... 26-cı “Şirinova Gülünə” adına verilmiş 14.04.1981-ci il tarixli 64 nömrəli əmrin və Mollaisaqlı “Pravda” sovxozunun aşağıda adları qeyd olunan fəhlələr məzuniyyətə buraxılsın .... 9-cu “Mürsəlova Gülünə” adına verilmiş 22.12.1983-cü il 280 nömrəli əmrin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar